Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-214/2022 21.07.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ilə məhkəməyə müraciət edərək,Cavabdeh 8400 (səkkiz yüz dörd) manat məbləğində pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,Cavabdeh İddiaçı qonşusudur.Cavabdehin özünü və ailə üzvlərini tanıyır və yaxın münasibətləri vardır.Bir neçə dəfə cavabdeh ondan borca pul almış və vaxtlı-vaxtında qaytarmış,bu səbəbdən ona güvənmişdir.2018-ci il tarixdən etibarən Cavabdeh ümumilikdə 8400 manat məbləğində borc pul vermiş,lakin hazırkı vaxtadək həmin pulları geri qayıtmamışdır.Borcun ödənilməsini tələb etmək məqsədilə xx.xx.2022-ci il tarixdə saat 12:00 radələrində yaşadığı binanın həyətində yerləşən və Cavabdeh işlətdiyi meyvə mağazasına gedərək cavabdehdən borcunu ödəməyini tələb etmişdir.Lakin aralarında münaqişə yaranmış,ona görə də,xx.xx.2022-ci il tarixdə 102 xidmətinə zəng edərək Cavabdeh şikayət etmişdir.Abşeron rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı,polis mayoru X5 tərəfindən şikayəti araşdırılmış və xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərar qəbul edilmişdir.Həmin qərarda Cavabdeh izahatında ona 8400 manat borc deyil,2000 manat borclu olduğunu etiraf etmiş və həmin puldan 1700 manatı qaytardığını,qalan 300 manat borcu olduğunu bildirmişdir.Lakin Cavabdeh özü yazdığı xx.xx.2019-cu il tarixli sadə yazılı qeyddə iddiaçıya 3000 manat və xx.xx.2019-cu il tarixli qeyddə isə ayrı-ayrılıqda 4000 manat və 1400 manat olmaqla,cəmi 5400 manat məbləğində borcu olduğunu yazaraq imza etmişdir.Ona görə də,qeyd edilən borc məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh iddia tələbi ilə razı olduğunu,lakin borcunu birdəfəlik ödəməyə maddi imkanı olmadığını bildirmişdir.Həmçinin qəbzdə qeyd etdiyi 8400 manat borc və 1500 manat borc ayrı borclardır və 8400 manatdan heç bir ödəniş etməmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib,işdəki sənədləri tam və hərtərəfli araşdırıb belə qərara gəlir ki,iddia tələbi təmin olunmalıdır. Mülki işin materiallarında olan: - Abşeron Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı,polis mayoru X3 xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki,İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və tərəfə məhkəməyə müraciət edilməsi izah edilmişdir. - xx.xx.2019-cu il tarixli qeyddən görünür ki, Cavabdeh İddiaçı aldığı 1500 manat və 3000 manat məbləğində pulu qaytaracağına söz vermişdir. - xx.xx.2019-cu il tarixli qeyddən görünür ki,Cavabdeh İddiaçı 4000 manat məbləğində borc pul almış və özü imzalamışdır. - xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 8400 manat məbləğində pul aldığını yazmış və özü imzalamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə tərəfindən müəyyən edildi ki,İddiaçı Cavabdeh müxtəlif vaxtlarda ümumi olaraq 8400 manat məbləğində pul vermiş,Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2022ci il tarixli ərizəsində 400 manatını geri qaytardığını yazsa da,bu faktı təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmiş və məhkəmə iclasında həmin borc məbləğini qəbul etmişdir.Ona görə də,məhkəmə hesab edir ki,iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə,dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki,iddia təmin edildiyindən 104 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət nəfinə ödənilməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki,iddia tələbi təmin edilməli,Cavabdeh 8400 manat məbləğində borc pul alınaraq İddiaçı və 104 manat dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 8400 (səkkiz min dörd yüz) manat məbləğində borc alınıb İddiaçı verilsin. Cavabdeh 104 (bir yüz dörd) manat dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilsin. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(077)-214/2022
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-214/2022
21.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver