Məhkəmə qərarları › İş №2(077)-216/2021

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-216/2021

01.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-216/2021 01.07.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı «xxxx» Kommersiya Bankı ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı «xxxx» Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı «kreditin və ona hesablanmış faizlərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» KB ASC Cavabdeh qarşı «kreditin və ona hesablanmış faizlərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh 3091,63 (üç min doxsan bir manat altmış üç qəpik) manat məbləğində əsas borcun, 34,78 (otuz dörd manat yetmiş səkkiz qəpik) manat məbləğində faiz borcu olmaqla,cəmi 3126,41 (üç min yüz iyirmi altı manat qırx bir qəpik) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı «xxxx» KB ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,«xxxx» KB ASC ilə Cavabdeh arasında 05 avqust 2019-cu il tarixli 407rstMNG/19 saylı güzəştli kredit və bank hesabı müqaviləsi imzalanmışdır.Həmin müqaviləyə əsasən borclu bağlamış olduğu 4034micMNG/14 saylı 30 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləği olan 3094 manat məbləğində krediti illik 1% faizlə 12 ay güzəşt müddəti tətbiq edilməklə 60 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür.Müqavilə bağlanan an cavabdehə üzərinə götürdüyü öhdəliyin məsuliyyəti izah edilmişdir.Lakin buna baxmayaraq cavabdeh ödəməli olduğu kredit borcunu vaxtında ödəməmişdir. Cavabdehin imzaladığı kredit müqaviləsinə görə 28.04.2021-ci il tarixinə banka olan əsas borcu 3091,63 manat və faiz borcu 34,78 manat təşkil edir.Müqavilə şərtləri müqavilə bağlayan tərəflər üçün məcburidir və müqavilənin bütün bəndləri icra edilməlidir.Cavabdehə müxtəlif vaxtlarda xəbərdarlıq edilməsinə baxmayaraq banka olan borcunu ödəməmişdir. Məhkəmə prosesində çıxış edən iddiaçı «xxxx» KB ASC-nin nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq,məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə,yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə,işə baxmağa haqlıdır.Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin fikrini nəzərə alaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib,işdəki sənədləri, sübutları işin bütün faktiki hallarını tam,hərtərəfli və obyektiv araşdırıb belə qərara gəlir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan: - «xxxx» KB ASC ilə Cavabdeh arasında bağlanmış 05 avqust 2019-cu il tarixli 407rstMNG/19 saylı güzəştli kredit və bank hesabı müqaviləsindən görünür ki, borclu bağlamış olduğu 4034micMNG/14 saylı 30 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləği olan 3094 manat məbləğində krediti illik 1% faizlə 12 ay güzəşt müddəti tətbiq edilməklə 60 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. - 407rstMNG/19 saylı kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, Cavabdeh 3094 manat məbləğində almış olduğu krediti 05.09.2019-cu ildən başlayaraq ilk 12 ay güzəşt tətbiq edilməklə,sonrakı aylar 66 manat,sonuncu ay 55,38 manat ödəniş etməklə 05.08.2024-cü il tarixədək ödəməli idi. - «xxxx» KB ASC tərəfindən Cavabdeh göndərilmiş 12.10.2020-ci il tarixli UB- BANK\PİKMD saylı bildirişdən görünür ki, cavabdehə yaranmış borcla əlaqədar rəsmi məlumat verilməklə, öhdəliklərinin icra edilməsi tələb edilmiş və əks təqdirdə kreditin,kredit faizlərinin ödənilməsi barədə məhkəməyə iddia veriləcəyi nəzərinə çatdırılmışdır. - «xxxx» KB ASC-nin 28.04.2021-ci il tarixli,UB-BANK/PİKMD/950656 saylı maliyyə arayışından görünür ki,Cavabdeh 05 avqust 2019-cu il tarixli 407rstMNG/19 saylı güzəştli kredit və bank hesabı müqaviləsinə əsasən «xxxx» Kommersiya Bankı ASC-yə 3091,63 manat məbləğində əsas və 34,78 manat məbləğində faiz borcu olmaqla, cəmi 3126,41 manat məbləğində borcu vardır. - X3 ödənilmiş 28.04.2021-ci il tarixli,764248741 saylı qəbzin surətindən görünür ki,«xxxx» KB ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar olaraq 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn,pulu ödəməli,əmlakı verməli,iş görməli,xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə,öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə,onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi,mallarda,işlərdə və xidmətlərdə) qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilməmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə,borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla,onu qaytarmaqdan boyun qaçırmaqla,habelə onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödəməlidir. İş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki,Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehə qarşı irəli sürdüyü kredit müqaviləsi üzrə borcun tutulması tələbi əsaslıdır.Buna görə də,Cavabdeh kredit müqaviləsi üzrə öhdəlik icra edilmədiyinə görə 3091,63 manat əsas borc və 34,78 manat faiz borcu tutularaq «xxxx» KB ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki,iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu,ziyan və dəbbə pulunu (cərimə,penya) ayrıayrılıqda müəyyən etməklə alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə,məhkəmə iclasında tədqiq olunmuş sübutları məcmu halında qiymətləndirərək və yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 3091,63 manat əsas borc,34,78 manat faiz borcu olmaqla,cəmi 3126,41 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq «xxxx» KB ASC-nin xeyrinə ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 77, 88, 172-179, 182, 183,192, 209-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. «xxxx» KB ASC ilə Cavabdeh arasında bağlanmış 05 avqust 2019-cu il tarixli 407rstMNG/19 saylı güzəştli kredit və bank hesabı müqaviləsi üzrə Cavabdeh 3091,63 (üç min doxsan bir manat altmış üç qəpik) manat məbləğində əsas borc,34,78 (otuz dörd manat yetmiş səkkiz qəpik) manat məbləğində faiz borcu olmaqla,cəmi 3126,41 (üç min yüz iyirmi altı manat qırx bir qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq «xxxx» Kommersiya Bankı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar