Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-222/2021 01.07.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı «xxxx» MMC-nin nümayəndəsi X2 və Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı «pul tələbi»nə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» MMC iddia ərizəsi ilə Şuşa Rayon Məhkəməsinə müraciət edərək,Cavabdeh «xxxx» MMC-nin xeyrinə 1) 18 yanvar 2020-ci il tarixli 20045576 saylı müqavilə üzrə 575,40 (beş yüz yetmiş beş manat qırx qəpik) manat ödənilməmiş hissə,171,60 (bir yüz yetmiş bir manat altmış qəpik) manat cərimə borcu, 2) 03 mart 2020ci il tarixli 20142225 saylı müqavilə üzrə 2128,80 (iki min yüz iyirmi səkkiz manat səksən qəpik) manat ödənilməmiş hissə,640,20 (altı yüz qırx manat iyirmi qəpik) manat cərimə borcu olmaqla,ümumilikdə hər iki müqavilə üzrə 3516 (üç min beş yüz on altı) manat borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,iddiaçı «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış 18 yanvar 2020-ci il tarixli 20045576 saylı müqaviləyə əsasən borclu alqı-satqı qiyməti 686,40 manat olan (12 ay x 57,2 manat +) İMEİ kodu **********74837 nömrəli «X10 8T» markalı telefon və «X9» markalı qulaqcıq almışdır.Cavabdeh müqavilə üzrə cəmi 111 manat məbləğində ödəniş etmişdir.Hazırda 15.04.2021-ci il tarixinə ümumilikdə 747 manat olmaqla ondan,575,40 manat ödənilməmiş əsas hissə və 300 gün üçün güzəşt olunaraq 171,60 manat cərimə borcu hesablanmışdır. «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış 03 mart 2020-ci il tarixli 20142225 saylı müqaviləyə əsasən borclu alqı-satqı qiyməti 2351,80 manat olan (12 ay x 178,90 manat + 205 manat ilkin ödəniş) İMEİ kodu **********32323 nömrəli «iPhone11» markalı telefon almışdır.Cavabdeh müqavilə üzrə cəmi 223 manat məbləğində ödəniş etmişdir.Hazırda 15.04.2021-ci il tarixinə cavabdehin 2769 manat olmaqla,ondan 2128,80 manat ödənilməmiş hissə və 360 gün üçün güzəşt olunaraq 640,20 manat cərimə borcu yaranmışdır.Müqavilələr bağlanan an cavabdehə üzərinə götürdüyü öhdəliyin məsuliyyəti izah edilmişdir.Lakin buna baxmayaraq cavabdeh ödəməli olduğu kredit borcunu ödəməmişdir.Cavabdehin imzaladığı müqavilələrə görə 15.04.2021-ci il tarixə hər iki müqavilə üzrə ümumi borcu 3516 manat təşkil edir.Müqavilə şərtləri müqavilə bağlayan tərəflər üçün məcburidir və müqavilənin bütün bəndləri icra edilməli və ya müqavilə şərtlərini pozmuş tərəf müqavilə ilə nəzərdə tutulmuş cəriməni əsas borcla birgə digər tərəfə ödəməlidir.Cavabdehə borcunun ödənilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq heç bir nəticəsi olmamışdır. Məhkəmə prosesində çıxış edən iddiaçı «xxxx» MMC-nin nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Cavabdeh nümayəndəsi X4 iddia tələbini qismən qəbul edərək bildirdi ki,oğlu Cavabdeh «xxxx» MMC-yə olan borcunu ödəməkdən imtina etmir,lakin cərimə borcunu ödəməyə maddi imkanı yoxdur. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatını dinləyib,iş materiallarını tədqiq edərək hesab edir ki,iddia aşağıdakı göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 18 yanvar 2020-ci il tarixli 20045576 saylı müqavilədən görünür ki, Cavabdeh “xxxx” MMC-dən 12 ay müddətinə alqı-satqı qiyməti 686,40 manat olan «X10 8T» markalı telefon və «X9» markalı qulaqcıq almışdır. - 18 yanvar 2020-ci il tarixli 20045576 saylı müqaviləyə Əlavədən görünür ki,Cavabdeh 686,40 manat məbləğində almış olduğu avadanlığın qiymətini 18.02.2020-ci il tarixdən başlayaraq hər ay 57,20 manat ödəniş etməklə 18.01.2021-ci il tarixədək ödəməli idi. - “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 03 mart 2020-ci il tarixli 20142225 saylı müqavilədən görünür ki,Cavabdeh “xxxx” MMC-dən 12 ay müddətinə alqı-satqı qiyməti 2351,80 manat olan «iPhone11» markalı telefon almışdır. - 03 mart 2020-ci il tarixli 20142225 saylı müqaviləyə Əlavədən görünür ki,Cavabdeh 2351,80 manat məbləğində almış olduğu avadanlığın qiymətini 16.04.2020-ci il tarixdən başlayaraq hər ay 178,90 manat ödəniş etməklə 16.03.2021-ci il tarixədək ödəməli idi. - “xxxx” MMC-nin 15.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki,cavabdehin 1) 18 yanvar 2020-ci il tarixli 20045576 saylı müqavilə üzrə 575,40 manat ödənilməmiş hissə,cərimə borcu üzrə 171,60 (0.57 manat x 300 gün) manat olmaqla,cəmi 747 manat borcu və 2) 03 mart 2020-ci il tarixli 20142225 saylı müqavilə üzrə 2128,80 manat ödənilməmiş hissə,cərimə borcu üzrə 640,20 (1.78 manat x 360 gün) manat olmaqla,cəmi 2769 manat,hər iki müqavilə üzrə ümumilikdə 3516 manat borcu vardır. - «xxxx» MMC tərəfindən cavabdehə göndərilmiş 18.09.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki,cavabdehə yaranmış borcla əlaqədar rəsmi məlumat verilməklə,öhdəliklərinin icra edilməsi tələb edilmiş və əks təqdirdə kreditin,kredit faizlərinin ödənilməsi barədə məhkəməyə iddia veriləcəyi nəzərinə çatdırılmışdır. - X5 ödənilmiş 16.04.2021-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki,iddiaçı məhkəmədə iddia qaldırılmasından ötrü 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə,yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə,öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən bəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər.Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki,Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.İddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilələrə əsasən cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehə qarşı irəli sürdüyü borcun tutulması tələbi əsaslıdır.Buna görə də,cavabdehdən 18 yanvar 2020-ci il tarixli 20045576 saylı müqavilə üzrə 575,40 manat ödənilməmiş hissə və 03 mart 2020-ci il tarixli 20142225 saylı müqavilə üzrə 2128,80 manat ödənilməmiş hissə müqavilədən irəli gələn öhdəlik icra edilmədiyinə görə tutularaq «xxxx» MMC-yə ödənilməlidir. Dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıran məhkəmə hesab edir ki,həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir.Belə ki,cavabdehin öhdəliyini lazımınca icra etmədiyindən müqavilənin şərtlərindən irəli gələn dəbbə pulunu da iddiaçıya ödəməlidir.Lakin Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri,həm də bütün əsas mənafelər nəzərə alınır.Odur ki,məhkəmə 18 yanvar 2020-ci il tarixli 20045576 saylı müqavilə üzrə ödənilməsi tələb edilən 171,60 manat dəbbə pulunu bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə azaldaraq 17 manat və 03 mart 2020-ci il tarixli 20142225 saylı müqavilə üzrə ödənilməsi tələb edilən 640,20 manat dəbbə pulunu bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə azaldaraq 64manat həddində müəyyən edilməsini ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki,iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 20 manatı cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu,ziyan və dəbbə pulunu (cərimə,penya) ayrıayrılıqda müəyyən etməklə alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə,məhkəmə iclasında tədqiq olunmuş sübutları məcmu halında qiymətləndirərək və yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 18 yanvar 2020-ci il tarixli 20045576 saylı müqavilə üzrə 575,40 manat ödənilməmiş hissə,17 manat cərimə borcu olmaqla,cəmi 592,40 manat borc və 03 mart 2020-ci il tarixli 20142225 saylı müqavilə üzrə 2128,80 manat ödənilməmiş hissə,64 manat cərimə borcu olmaqla,cəmi 2192,80 manat borc,ümumilikdə hər iki müqavilə üzrə 2785,20 manat məbləğində borc və ödənilmiş 20 manat dövlət rüsumu tutularaq «xxxx» MMC-nin xeyrinə ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 77, 88, 106, 172-179, 182, 183,192, 209-214, 216-220 və 360-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 18 yanvar 2020-ci il tarixli 20045576 saylı müqavilə üzrə 575,40 (beş yüz yetmiş beş manat qırx qəpik) manat ödənilməmiş hissə,17 (on yeddi) manat cərimə borcu və 03 mart 2020-ci il tarixli 20142225 saylı müqavilə üzrə 2128,80 (iki min yüz iyirmi səkkiz manat səksən qəpik) manat ödənilməmiş hissə,64 (altmış dörd) manat cərimə borcu olmaqla,ümumilikdə hər iki müqavilə üzrə 2785,20 (iki min yeddi yüz səksən beş manat iyirmi qəpik) manat məbləğində borc və ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq «xxxx» MMC-nin xeyrinə ödənilsin. Ödənilmiş 10 (on) manat dövlət rüsumu «xxxx» MMC-yə aid edilsin Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(077)-222/2021
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-222/2021
01.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver