Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-23/2022 24.02.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kreditin,ona hesablanmış faiz və cərimənin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kreditin,ona hesablanmış faiz və cərimənin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 15295,68 (bir on beş min iki yüz doxsan beş manat altmış səkkiz qəpik) manat məbləğində əsas borcun,131,54 (bir yüz otuz bir manat əlli dörd qəpik) manat məbləğində faiz borcu,8,02 (səkkiz manat iki qəpik) manat məbləğində cərimə borcu olmaqla,cəmi 15435,24 (bir on beş min dörd yüz otuz beş manat iyirmi dörd qəpik) manat məbləğində pulun və 136,71 (bir yüz otuz altı manat yetmiş bir qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,"xxxx" KB ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında 19 aprel 2021-ci il tarixli 520nkSHEK/21 saylı kredit və zaminlik müqaviləsi imzalanmışdır.Bu müqaviləyə görə bank borcalana 60 ay müddətinə,19.04.2026-cı il tarixinədək illik 9% ödəmək şərti ilə 15600 manat məbləğində kredit vermişdir.Kredit müqaviləsinin 4.1-ci bəndinə əsasən zamin Əkbərov X1 Cavabdeh1 bu Müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə,bu Müqavilə üzrə müəyyən edilmiş borc məbləğini,məhkəmə xərclərini və digər xərclərin ödənilməsini öhdəsinə götürmüşdür. Müqavilə bağlanan an cavabdehlərə üzərlərinə götürdüyü öhdəliyin məsuliyyəti izah edilmişdir.Lakin buna baxmayaraq cavabdeh ödəməli olduğu kredit borcunu vaxtında və lazımi qaydada ödəməmişdir.Cavabdehin imzaladığı kredit müqaviləsinə görə 26.11.2021ci il tarixinə banka olan əsas borcu 15295,68 manat,faiz borcu 131,54 manat və cərimə borcu 8,02 manat təşkil edir.Müqavilə şərtləri müqavilə bağlayan tərəflər üçün məcburidir və müqavilənin bütün bəndləri icra edilməlidir.Cavabdehlərə müxtəlif vaxtlarda xəbərdarlıq edilməsinə baxmayaraq banka olan borc ödənilməmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi məhkəməyə gəlməmiş,nümayəndə X3 ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir.Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər.Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdəki sənədləri, sübutları işin bütün faktiki hallarını tam,hərtərəfli və obyektiv araşdırıb belə qərara gəlir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan: - "xxxx" KB ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 19 aprel 2021-ci il tarixli 520nkSHEK/21 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 60 ay müddətinə illik 9% hesablanmaqla 15600 manat məbləğində kredit verilmişdir. - "xxxx" KB ASC-nin 26.11.2021-ci il tarixli,UB-BANK/PİKMD/997258 saylı maliyyə arayışından görünür ki,Cavabdeh1nın 19 aprel 2021-ci il tarixli 520nkSHEK/21 saylı kredit müqaviləsinə əsasən "xxxx" Kommersiya Bankı ASC-yə 296,82 manat məbləğində əsas və 4,90 manat məbləğində faiz borcu olmaqla,cəmi 301,72 manat məbləğində borcu vardır. - X4 ödənilmiş 26.11.2021-ci il tarixli,837145738 saylı qəbzin surətindən görünür ki,"xxxx" KB ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar olaraq 136,71 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-cu maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabehdir. 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə ücün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu üçün 136,71 manat cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir Beləliklə,məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" Kommersiya Bankı ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında kredit və zaminlik müqaviləsi bağlanmasına baxmayaraq, cavabdehlər həmin müqavilə ilə üzərlərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 15295,68 manat, faiz borcu üzrə 131,54 manat, cərimə borcu üzə 8,02 manat olmaqla, cəmi 15435,24 manat məbləğində pul tutularaq "xxxx" Kommersiya Bankı ASC-yə ödənilməlidir Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 77, 88, 172-179, 182, 183,192, 209-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 15295,68 (bir on beş min iki yüz doxsan beş manat altmış səkkiz qəpik) manat məbləğində əsas borc,131,54 (bir yüz otuz bir manat əlli dörd qəpik) manat məbləğində faiz borcu,8,02 (səkkiz manat iki qəpik) manat məbləğində cərimə borcu olmaqla,cəmi 15435,24 (bir on beş min dörd yüz otuz beş manat iyirmi dörd qəpik) manat məbləğində borc və ödənilmiş 136,71 (bir yüz otuz altı manat yetmiş bir qəpik) manat dövlət rüsumu tutularaq "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(077)-23/2022
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-23/2022
24.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver