Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-238/2021 29.06.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul tələbi»nə dair mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə Şuşa Rayon Məhkəməsinə müraciət edərək,25.06.2019-cu il tarixli 00742500 saylı müqaviləyə əsasən 115 (bir yüz on beş) manat ödənilməmiş hissə və 11 (on bir) manat cərimə borcu, 30.12.2019-cu il tarixli 01178383 saylı müqaviləyə əsasən 208,8 (iki yüz səkkiz manat səksən qəpik) manat ödənilməmiş hissə və 20,2 (iyirmi manat iyirmi qəpik) manat cərimə borcu olmaqla,ümumilikdə hər iki müqavilə üzrə 355 (üç yüz əlli beş) manat borc və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,"xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 25.06.2019-cu il tarixli 00742500 saylı müqaviləyə əsasən alqı-satqı qiyməti 444 manat olan (12 ay x 37 manat) İMEİ kodu **********85074 nömrəli «X5» markalı telefon cavabdehə verilmişdir. Cavabdeh müqavilə üzrə cəmi 329 manat məbləğində ödəniş etmişdir.Hazırda 28.04.2021-ci il tarixinə ümumilikdə 126 manat olmaqla ondan,115 manat ödənilməmiş əsas hissə və müştəriyə 90 gün üçün güzəşt olunaraq 11 manat cərimə borcu hesablanmışdır. Tərəflər arasında bağlanmış 30.12.2019-cu il tarixli 01178383 saylı müqaviləyə əsasən alqı-satqı qiyməti 486,8 manat olan (12 ay x 34.4 manat + 74 manat ilkin ödəniş) İMEİ kodu **********79841 nömrəli «X4 8» markalı telefon cavabdehə verilmişdir.Cavabdeh müqavilə üzrə cəmi 278 manat məbləğində ödəniş etmişdir.Hazırda 28.04.2021-ci il tarixinə ümumilikdə 229 manat olmaqla ondan,208,8 manat ödənilməmiş əsas hissə və müştəriyə 180 gün üçün güzəşt olunaraq 20,2 manat cərimə borcu hesablanmışdır.Cavabdehə müxtəlif vaxtlarda borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmiş,lakin xəbərdarlığın heç bir nəticəsi olmamışdır.Ona görə də,hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin iki min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi 18 may 2021-ci il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı, həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İş materiallarında olan : - iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 25.06.2019-cu il tarixli 00742500 saylı müqaviləyə əsasən satıcı alqı-satqı qiyməti 444 manat olan «X5» markalı telefonu alıcıya vermiş,alıcı isə onları qəbul edərək avadanlığın qiymətini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. - Ödəniş cədvəlindən görünür ki,Cavabdeh 25.06.2019-cu il tarixli 00742500 saylı müqavilə üzrə almış olduğu avadanlığın pulunu 05.08.2019-cu il tarixdən başlayaraq hər ay 37 manat ödəniş etməklə 05.07.2020-ci il tarixədək ödəməli idi. - iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 30.12.2019-cu il tarixli 01178383 saylı müqaviləyə əsasən satıcı alqı-satqı qiyməti 486,8 manat olan «X4 8» markalı telefon alıcıya vermiş,alıcı isə onları qəbul edərək avadanlıqların qiymətini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. - Ödəniş cədvəlindən görünür ki,Cavabdeh 30.12.2019-cu il tarixli 01178383 saylı müqavilə üzrə almış olduğu avadanlığın pulunu 31.01.2020-ci il tarixdən başlayaraq hər ay 34,4 manat ödəniş etməklə 31.12.2020-ci il tarixədək ödəməli idi. - iddiaçı "xxxx" MMC tərəfindən cavabdehə göndərilmiş 05.01.2021-ci il tarixli bildirişdən görünür ki, cavabdehə yaranmış borcla əlaqədar rəsmi məlumat verilməklə, öhdəliklərinin icra edilməsi tələb edilmiş və əks təqdirdə kreditin, kredit faizlərinin ödənilməsi barədə məhkəməyə iddia veriləcəyi nəzərinə çatdırılmışdır. - iddiaçı "xxxx" MMC-nin 28.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki,cavabdehin 25.06.2019-cu il tarixli 00742500 saylı müqaviləyə əsasən əsas borc üzrə 115 manat və cərimə borcu üzrə 11 manat olmaqla,cəmi 126 manat borcu, 30.12.2019-cu il tarixli 01178383 saylı müqaviləyə əsasən əsas borc üzrə 208,8 manat və cərimə borcu üzrə 20,20 manat olmaqla,cəmi 229 manat borcu olmaqla,ümumilikdə hər iki müqavilə üzrə 355 manat borcu vardır. - X2 ödənilmiş 29.04.2021-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki,iddiaçı məhkəmədə iddia qaldırılmasından ötrü 20 manat dövlət rüsumu ödəmişdir. İşin araşdırılan hallarından müəyyən olunur ki,cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş,onun iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər.Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənnin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki,iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 25.06.2019-cu il tarixli 00742500 saylı müqaviləyə əsasən 115 manat ödənilməmiş hissə və 11 manat cərimə borcu, 30.12.2019-cu il tarixli 01178383 saylı müqaviləyə əsasən 208,8 manat ödənilməmiş hissə və 20,2 manat cərimə borcu olmaqla,ümumilikdə hər iki müqavilə üzrə 355 manat borc və 20 məbləğində dövlət rüsumu tutulub iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 25.06.2019-cu il tarixli 00742500 saylı müqaviləyə əsasən 115 (bir yüz on beş) manat ödənilməmiş hissə və 11 (on bir) manat cərimə borcu, 30.12.2019-cu il tarixli 01178383 saylı müqaviləyə əsasən 208,8 (iki yüz səkkiz manat səksən qəpik) manat ödənilməmiş hissə və 20,2 (iyirmi manat iyirmi qəpik) manat cərimə borcu olmaqla,ümumilikdə hər iki müqavilə üzrə 355 (üç yüz əlli beş) manat borc və 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutulub "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(077)-238/2021
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-238/2021
29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver