Məhkəmə qərarları › İş №2(077)-238/2025

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-238/2025

20.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-238/2025 20.06.2025 ŞUŞA RAYON MƏHKƏMƏSİ X2 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1500 manat məbləğində pulun və 50 manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh bir il olar ki, tanıyır. Onunla münasibəti normal olmuşdur. Cavabdeh pula ehtiyacı olduğunu bildirmiş və borc pul istəmişdir. Cavabdehə ilkin olaraq 500 manat, daha sonra isə 1000 manat olmaqla, cəmi 1500 manat məbləğdə borc pul vermişdir. Cavabdeh aldığı borcu yaxın vaxtda qaytaracağına söz vermişdir. Bu barədə cavabdehlə aralarında “Whatsapp” tətbiqi üzərindən yazışmaları, danışıqları olmuşdur. Lakin, cavabdeh 1500 manat məbləğdə pulu qaytarmaqdan imtina edir. Buna görə də şikayət ərizəsi ilə Mingəçevir Şəhər Polis Şöbəsinə müraciət etetmiş, şikayəti əsasında araşdırma aparılmış və ona məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Pulunu başqa qaydada cavabdehdən ala bilmədiyinə görə əlacsız qalıb məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv araşdıraraq, sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Mingəçevir ŞPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X1 “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarından görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə Mingəçevir şəhər PŞ-yə ərizə verərək, Cavabdeh onu aldadaraq ondan 500 azn, 1000 azn də bir aldığını, lakin həmin pulu ona geri qaytarmadığını bildirmişdir. Araşdırma zamanı İddiaçı izahatında göstərmişdir ki, Cavabdeh 1 il olar ki tanıyır, belə ki, Cavabdeh onun işlədiyi Kəlbəcər orta məktəbin qarşısında yerləşən marketdə satıcı işləmişdir. xx.xx.2024-cü il tarixdə Cavabdeh ona yaxınlaşaraq ona 500 manat vacib borca pul lazım olduğunu, bacısının nişan üzüyünü sələmə qoyub pul götürdüyünü, həmin üzüyü geri qaytarmalı olduğunu bildirmişdir. O, Aynaya inandığı üçün ona kredit kart 5239 1524 8919 6007 saylı hesabından Cavabdeh ona göndərdiyi 5239 1517 6889 9968 saylı kart hesabına 500 manat borc pul göndərmiş və çekini də özünə atmış, Cavabdeh isə 2025-ci ilin yanvar ayının 5-nə kimi qaytaracağını bildirmişdir. Bundan sonra 2025-ci ilin yanvar ayında Cavabdeh ona anasının cəzaçəkmə müəssisəsində olduğunu, hazırda xəstə olduğunu, amnistə düşməsi üçün 1500 manat pul lazım olduğunu bildirib ondan 1500 manat borc pul istəmişdir. Lakin o da 1000 manat olduğu üçün xx.xx.2025-ci il tarixdə Cavabdeh ona göndərdiyi 5239 1517 6889 9968 saylı kart hesabına 1000 manat borc pul göndərmiş və çekini də özünə atmışdır. Sonra Cavabdeh ona şəxsiyyət vəsiqəsinin şəklini və səs atmış, həmin səsdə Cavabdeh 500 manatı tez qaytaracağını, 1000 manatı isə 2025-ci ilin fevral ayının 5-nə kimi qaytaracağını bildirmiş, lakin Cavabdeh ona olan 1500 manat borcunu qaytarmamış, hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Araşdırma zamanı Cavabdeh izahatında göstərmişdir ki, İddiaçı ilə 6-7 ay əvvəl tanış olmuş və arabir Vasib ona telefonla zəng etmişdir. xx.xx.2024-cü il tarixdə o, Vasibdən 500 manat borc istəmiş, Vasib isə faizini vermək şərti ilə, yəni sələmə razi olmuş, o da, buna razı olmuş və Vasib onun 5239 1517 6889 9968 saylı kart hesabına 500 manat pul köçürmüşdür. xx.xx.2025-ci il tarixdə o, Vasibdən əlavə olaraq 1000 manat pul istəmiş, Vasib yenə pulu faizlə verəcəiyini bildirmiş, o, isə razılaşmışdır. Sonra Vasib onun kart hesabına 1000 manat pul köçürmüşdür. Yanvar ayının axırlarında o, Vasibə özünün yaşadığı ünvanda 500 manat pul qaytarmış, 1000 manat isə qalmışdır. Fevral ayının əvəllərində yaşadığı binanın yanında Vasibə 500 manat pul da qaytarmış və 500 manat qalmışdır. Bundan sonra Vasibə borcunu qaytara bilmədiyi üçün onunla ədavət aparmış, guya ona borcunu qatramadığını və 1500 manat borclu olduğunu bildirmişdir. Vasibə 500 manatı qaytara bilmədiyi üçün Vasib ona əxlaqsız təklif etmişdir. Pulu qaytaran zaman yanlarında başqa heç kim olmamaışdır. Pul tələbi ilə əlaqədar Cavabdeh ilə aralarında yaranmış mübahisə mülki xarakterli olduğundan cinayət işi başlanması rədd edilmiş, İddiaçı mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdeh xx.xx.2024-cü il tarixində İddiaçı 500 manat məbləğində pul alıb, xx.xx.2025-ci il tarixinədək qaytaracağına, xx.xx.2025-ci il tarixdə 1000 manat pul alıb xx.xx.2025-ci il tarixinədək qaytaracağına dair öhdəlik götürsə də, bu öhdəliyini icra etməmişdir. Cavabdeh, borclu olduğu məbləğdən 1000 manatını qaytardığını göstərsə də, bu barədə araşdırma zamanı heç bir sübut təqdim etməmişdir. Odur ki, məhkəmə üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 1500 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1500 (bir min beş yüz) manat məbləğində pul alınıb İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar