Məhkəmə qərarları › İş №2(077)-24/2024

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-24/2024

08.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-24/2024 08.02.2024 ŞUŞA RAYON MƏHKƏMƏSİ X7 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin dəyişdirilməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin dəyişdirilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şuşa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(077)- 64/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilərək cavabdehdən xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2017-ci ildə rəsmi nikaha daxil olmuş, birgə nikahdan 1 1.05.2018-cı ildə X9 və xx.xx.2019-cu ildə isə X8 doğulmuşdur. Nikaha daxil olduqdan sonra bir müddət sakit yaşasalar da, sonradan cavabdehin anası X3 ilə münasibətləri korlanmış, birgə yaşamağa imkan verməmiş, onu evdən qovmuşdur. Bu səbəblərə görə iki azyaşlı uşağı da özü ilə götürərək valideyininin yanına qayıtmışdır. Sonradan bir neçə dəfə evə qayıtmaq istəsə də, Gülnarə Abbasova onu evə buraxmamışdır. Cavabdeh uşaqların saxlanması üçün heç bir vəsait ödəmədiyinə görə məhkəməyə aliment tələbi barədə iddia ərizəsi vermiş, Şuşa rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(077)- 64/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq ona ödənilməsi qət etmişdir. Daha sonra Şuşa rayon məhkəməsinə nikahın pozulması, uşağın himayədə qalması, müqavilənin etibarsız hesab olunması, əmlak və s.tələblərinə dair iddia qaldırmış, Şuşa rayon məhkəməsisinin xx.xx.2023-cü il tarixli, 2(077)-64/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, nikahları pozulmuş, iki azyaşlı uşağın himayəsində saxlanması müəyyən edilmişdir. Şuşa rayon məhkəməsi xx.xx.2022-ci il tarixdə qətnamə qəbul edən dövrdə Cavabdeh Azərbaycan Respublikası DİN-nin Daxili Qoşunlarının “N” saylı hərbi hissəsində işləyirdi və əmək haqqı - qazancı müəyyən idi. Lakin sonradan komadanlıq onunla kontrakt bağlamaqdan imtina etmiş və o, hərbidən tərxis edilmişdir. Qətnamə qəbul edilən tarixdə Azərbaycan Respublikasında uşaqların saxlanması üçün minimum müavinət 220 manat müəyyən edilmişdi, bu məbləğdən aşağı aliment müəyyən edilə bilməzdi. Buna baxmayaraq məhkəmə Qanunun mənasına zidd olaraq aliment miqdarını qazancının 3/1 hissəsinə yönəltmiş, gələcəkdə onun alimentin ödənilməsindən yayınması üçün şərait yaratmışdır. Hazırda cavabdeh "xxxx" MMC-də işləyir və alimenti ödəməmək üçün Sabunçu rayon İcra Şöbəsinə 449 manat əmək haqqı alması barədə arayış təqdim etmişdir. Bununla belə, cavabdeh maddi imkanları yaxşı olmasına baxmayaraq aliment ödəməkdən yayınır, aliment borcunu ödəmir, ona görədə yenidən alimentin ödənilməsi qaydasının sabit pul məbləğinə dəyişdirilməsi tələbi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Çünki 449 manatın 3\1 hissəsi 149 manat edir, bu vəsaitlə 2 uşaq yaşaya bilməz. Hazırda 2 azyaşlı uşağın saxlanmasında maddi çətinlik çəkir. Onlar böyüyür, məktəbə və bağçaya xərclər çəkmək lazımdır. Alimentin miqdarı azdır, hətta minimum həddində deyil, ona görə də uşaqlar maddi çətinlik çəkir. Bu əsaslara görə aliment məbləği cavabdehin əmək haqqından yox, sabit pul məbləğində 235 manat müəyyən edilərək tutulmalıdır. Belə ki, xx.xx.2023-cü il tarixdən uşaqların münimim yaşayış müavinəti 235 manat müəyyən edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış İddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh işə iddiaçının iştirakı olmadan baxılmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, muzdla işləyir, əmək haqqının sabit olmadığını, 500-550 manat təşkil etdiyini, 470 manat məbləğində aliment ödəmək imkanının olmadığını, uşaqlara özünün baxdığını, iddiaçının alimenti öz şəxsi ehtiyaclarına sərf etdiyini göstərmiş və iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şuşa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(077)-64/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı Teymurova (Abbasova) Fəxrəndə Tahir qızının Cavabdeh qarşı “aliment tələbinə dair” iddiası qismən təmin edilərək, xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehin qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(077)-64/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə Şuşa rayon Qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 21 nömrə ilə qeyd edilmiş nikahın pozulması, boşanmadan sonra 11 05.2018-ci il təvəllüdlü X5 və 30 04.2019-cu il təvəllüdlü X4 anası İddiaçı himayəsində saxlanılmaları qət edilmişdir. Sabunçu rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli 66924-4/23 saylı məktubundan görünür ki, Şuşa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(077)-64/2022 saylı icra sənədi üzrə borclu Cavabdeh həmin tarixə olan aliment borcu 1055 manat təşkil edir. X2 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli MŞB/8/2023-02257 saylı ilkin mediasiya sessiyasindan sonra prosesin davam etdirilə bilməməsi barədə arayış iddia ərizəsinə əlavə olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 1998-ci il 19 may tarixli Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında göstərmişdir ki, ““Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.” Məhkəmə, uşaqların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadıqları vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, qeyd olunan məhkəmə qətnaməsi ilə uşaqların saxlanması üçün cavabdehin qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutulması qət ediləndən sonra yaşayış minimumu artmışdır. Hazırkı şəraitdə uşaqların yaşını, qida və digər zəruri xərclərə tələbatlarını, eyni zamanda, aliment təyin olunduqdan sonra cavabdehin həmin dövrdə tutduğu hərbiçi vəzifəsindən tərxis olunmasını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, birgə nikahdan anadan olmuş xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün Cavabdeh hər ay İddiaçı xeyrinə tutulmalı olan aliment miqdarı sabit pul məbləğində müəyyən edilməli və cavabdehdən hər ay hər uşaq üçün 235 manat manat aliment tutularaq iddiaçıya ödənilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8- 2/2016 №-li Qərarında da məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, məhkəmə qeyd edir ki, hazırki halda alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq məhkəmə, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Şuşa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(077)-64/2022 saylı qətnaməsi ilə təyin edilmiş alimentin məbləği dəyişdirilsin. Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar