Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-24/2025 21.01.2025 ŞUŞA RAYON MƏHKƏMƏSİ X1 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 2385 manat borcun və 44 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, taksi fəaliyyəti ilə məşğul olur. Təxminən il yarım əvvəl cavabdehlə təsadüfən müştəri olaraq tanış olmuş və bir-neçə dəfə onu lazım olan ünvanlara aparmışdır. Cavabdehin bildirməsinə görə o, aşbazlıq fəaliyyəti ilə məşğul olmuşdur. 2024-cü ilin aprel ayında növbəti dəfə görüşdüyü zaman o, bildirmişdir ki, uşağı xəstədir, müalicəsi üçün 2500 manat pul lazımdır. İnsanlıq naminə və tanıdığı üçün ona kömək etmək qərarına gəlmiş, bu məqsədlə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 7 saylı Notariat ofisində Cavabdeh ilə 2385 manat məbləğində pulun xx.xx.2024-cü il tarixinədək qaytarılması şərtilə borc müqaviləsi bağlamışdır. Cavabdehə nağd şəkildə 2500 manat pul versə də, notariat xərcləri çıxıldıqdan sonra müqavilədə məhz qalan 2385 manat qeyd olunmuşdur. Müqavilənin 2-ci bəndinə əsasən cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixinədək 2385 manat manat məbləğində pul vəsaitinin qaytarılmasını öz öhdəsinə götürməsi qeydi öz əksini tapmışdır. Lakin, cavabdeh borc müqaviləsi üzrə öhdəliyi kobud surətdə pozaraq borc məbləğini qaytarmamışdır. Cavabdeh öhdəliyini yerinə yetirmədiyindən 102 Xidmətinə müraciət etmiş, Nərimanov RPİ-nin 17-ci PŞ-də ərizə üzrə araşdırma aparılmış və Cavabdeh ona borclu olduğu bir daha təsdiq edilmişdir. Polis orqanı tərəfindən məhkəmədə mülki iddia qaldıra bilmək hüqüqu izah edildiyindən, pozulmuş hüquqlarının bərpası məqsədi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etdiyini bildirərək, izahatında göstərmişdir ki, vergi borcu olduğundan adına gələn pulun qarşısı bağlanmışdır. Pulu götürən kimi borcunu ödəyəcəkdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdəki sənədləri, sübutları, işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. - İş materiallarında olan borc verən İddiaçı ilə borc alan Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli borc müqaviləsinin surətindən görünür ki, borc verən borc alana 2385 manat məbləğində pulu borc vermiş, borc alan həmin borcu xx.xx.2024-cü il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Borc müqaviləsi Bakı şəhəri 7 saylı Notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilmişdir. - İş materiallarında olan Nərimanov RPİ 17-ci PB-nin rəisi Ramil Cəbiyev tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli A-12027 saylı məktubdan görünür ki, iddiaçının xx.xx.2024-cü il tarixli müraciətində qeyd edilmiş faktlar mülkü xarakter daşıdığından, mülki qaydada məhkəməyə müraciət elmək hüququ izah edilmişdir. - Qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması ilə əlaqədar 44 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alaraq hesab edir ki, Cavabdeh İddiaçı 2385 manat məbləğində borc alması və həmin məbləği şərtləşdirilmiş müddətdə qaytarmaması təsdiq olunduğundan iddia tələbi təmin edilərək, 2385 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 44 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2385 (iki min üç yüz səksən beş) manat borc və 44 (qırx dörd) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(077)-24/2025
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-24/2025
21.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver