Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-242/2022 22.12.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair mülki işə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbi ilə məhkəməyə müraciət edərək,maddi zərər olaraq 400 (dörd yüz) manat və 20 (iyirmi) manat dövlət rüsumu olmaqla,ümumilikdə 420 (dörd yüz iyirmi) manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2021-ci il tarixdə saat 10:00 radələrində “İstanbul NS” klinikası yaxınlığında dayanan zaman ** GS *** dövlət qeydiyyat nişanlı “Kia Rio” markalı avtomobil iddiaçıya məxsus “Lada Grant” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilini vuraraq hadisə yerindən uzaqlaşmışdır.Aparılan araşdırılmalardan məlum olmuşdur ki,avtomobili vuran şəxs Cavabdehdur və onun haqqında İXM-nin 327.1 və 327.6-cı maddələri ilə protokol tərtib edilmişdir.Yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus “Lada Grant” markalı ** BC *** dövlət nömrə nişanlı avtomobilə 400 manat məbləğində maddi ziyan dəymiş,lakin hazırkı vaxtadək cavabdeh tərəfindən ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq,məhkəmə iclasına gəlməmiş,gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən və iddiaçının fikrini nəzərə alaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib,işin materiallarını araşdırıb,işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarında olan: - Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli 046-57092/3M-3221 nömrəli məktubdan görünür ki,xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi araşdırılaraq hadisə yerindən yayınan şəxsin “Kia Rio” markalı ** GS *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü Cavabdeh müəyyən edilmiş və onun barəsində yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayındığına görə Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.6-cı maddələri ilə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb edilmişdir. - “ZZ” Avtomobil sexinin rəisi X3 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ziyan aktından görünür ki, “Lada Grant” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilə 300 manat məbləğində maddi ziyan dəydiyi müəyyən edilmişdir. - "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli ********* nömrəli qəbzin surətindən görünür ki,İddiaçı məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. - Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/7605 nömrəli ekspert rəyindən görünür ki, “ZZ” Avtomobil sexi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2021-ci il buraxılışlı “Lada Grant” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 300 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə iclasında işin faktiki halları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki,xx.xx.2021-ci il tarixdə İddiaçı tərəfindən idarə olunan “Lada Grant” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobillə Cavabdeh tərəfindən idarə olunan “Kia Rio” markalı ** GS *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yolnəqliyyat hadisəsi baş vermişdir.Cavabdeh hadisə yerindən yayınmış,lakin sonradan onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.6-cı maddələri üzrə İXP ******* nömrəli inzibati protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb edilmişdir.Hazırkı vaxtadək Cavabdeh iddiaçının idarə etdiyi “Lada Grant” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanı ödəməmişdir. Məhkəmə hesab edir ki,Cavabdeh təqsirli hərəkəti nəticəsində İddiaçı idarə etdiyi “Lada Grant” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəydiyi müəyyən edilmişdir.Lakin məhkəmə ziyanın məbləğini müəyyən edərkən Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/7605 nömrəli ekspert rəyini nəzərə alaraq və iş materiallarında qeyd edilən rəyi təkzib edəcək mötəbər sübut olmadığından,maddi ziyanın məbləği rəyə uyğun olaraq 300 manat həcmində təmin olunmasını məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə məhkəmə xərcləri ödənilmiş dövlət rüsumu üçün 30 manat və ekspertiza xərci üçün 50 manatdan ibarətdir. Məhkəmə hesab edir ki,iddiaçı məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödəməsinə baxmayaraq iddia ərizəsində 20 manat məbləğində rüsumun cavabdehdən tutulmasını xahiş etdiyindən,Cavabdeh 20 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Həmçinin,iddia qismən təmin edildiyindən ekspertiza xərci olan 50 manat məbləğində pul vəsaiti tərəflər arasında bərabər şəkildə bölünərək,25 manat hissəsi İddiaçı və 25 manat hissəsi Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin X1 AZ34CTRE******************** saylı hesabına köçürülməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki,iddia tələbi qismən təmin edilməli,Cavabdeh 300 manat maddi ziyan,20 manat ödənilmiş dövlət rüsumu olmaqla,cəmi 320 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 300 (üç yüz) manat maddi ziyan və 20 (iyirmi) manat dövlət rüsumu olmaqla,cəmi 320 (üç yüz iyirmi) manat pul vəsaiti tutularaq İddiaçının xeyrinə ödənilsin. İddiaçı 25 (iyirmi beş) manat və Cavabdeh 25 (iyirmi beş) manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin X1 AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(077)-242/2022
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-242/2022
22.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver