Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-248/2021 12.07.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X2 qızının iclas katibliyi ilə, İddiaçı İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdehlər Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 24.02.2020-ci il tarixli, 12-MZ2- 1-0-948-20 saylı kredit müqaviləsi üzrə 879,79 (səkkiz yüz yetmiş doqquz manat yetmiş doqquz qəpik) manat əsas borc,1,62 (bir manat altmış iki qəpik) manat faiz borcu, 1,34 (bir manat otuz dörd qəpik) manat cərimə borcu olmaqla,cəmi 882,75 (səkkiz yüz səksən iki manat yetmiş beş qəpik) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında 24.02.2020-ci il tarixli, 12-MZ2-1-0-948-20 saylı kredit müqaviləsi imzalanmışdır.Həmin müqaviləyə əsasən bank cavabdehə illik 25% hesablanmaqla 12 ay müddətinə 2000 manat məbləğində kredit vermişdir.Kredit müqaviləsindən irəli öhdəliklərin təmini üsulu kimi "xxxx" ASC ilə Cavabdeh2 arasında 24.02.2020-ci il tarixli, 12-MZ2-1-0-948-20 saylı və Cavabdeh3 arasında 24.02.2020-ci il tarixli, 12-MZ2-1-0-948-20 saylı zaminlik müqavilələri imzalanmışdır.Müqavilələr bağlanan an cavabdehə üzərinə götürdüyü öhdəliklərin məsuliyyəti izah edilmişdir.Lakin cavabdeh tərəfindən kredit borcunun ödənilməsində gecikmələr olduğundan bank tərəfindən ona güzəşt edilmiş və tərəflər arasında 24.02.2020-ci il tarixli, 12-MZ2-1-0-948-20 saylı kredit müqaviləsinə 30 aprel 2020-ci il tarixli Əlavə saziş imzalanmışdır.Əlavə sazişə əsasən əsas borc məbləğinin ödənilməsi 30.05.2021-ci il tarixədək uzadılmış və güzəşt müddəti 1 ay müəyyən edilmişdir.Əlavə sazişə uyğun olaraq Cavabdeh2 və Cavabdeh3 ilə bağlanmış zaminlik müqavilələrinə də 30.04.2020-ci il tarixli Əlavə saziş imzalanmışdır.Lakin cavabdehlər öz üzərlərinə götürdükləri kredit öhdəliklərini lazımınca icra etməmişdir.Hazırda 03.05.2021-ci il tarixli arayışa əsasən Cavabdeh1 banka 879,79 manat əsas borcu, 1,62 manat faiz borcu və 1,34 manat cərimə borcu olmaqla,ümumi borcu 882,75 manat borc hesablanmışdır.Cavabdehlərə borcunu ödəmək barədə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq hazırkı vaxtadək borcundan ödəniş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə müvafiq olaraq hazırki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavabdeh tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasə, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günüərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, kiçik mübahisələr üzrə iddia tələbi təmin edilməlidir. Mülki iş materiallarında olan: - "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 24.02.2020-ci il tarixli,12-MZ2-1-0- 948-20 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə illik 25 % olmaqla 2000 manat məbləğində kredit verilmişdir. - 12-MZ2-1-0-948-20 saylı kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki,Cavabdeh1 2000 manat məbləğində almış olduğu krediti 24.03.2020-ci ildən başlayaraq hər ay 190,09 manat, sonuncu ay 190,08 manat olmaqla 24.02.2021-ci il tarixədək ödəməli idi. - kassa məxaric orderinin surətindən görünür ki, iddiaçı "xxxx" İKB ASC cavabdeh Cavabdeh1 ilə bağlamış olduğu 24.02.2020-ci il tarixli, 12-MZ2-1-0-948-20 saylı kredit müqaviləsi üzrə üzərinə götürmüş olduğu öhdəliyi yerinə yetirərək, sonuncuya 24.02.2020ci il tarixdə 2000 manat məbləğində nağd kredit vermişdir. - "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 24.02.2020-ci il tarixli, 12-MZ2-1-0- 948-20 saylı və Cavabdeh3 arasında bağlanmış 24.02.2020-ci il tarixli, 12-MZ2-1-0-948- 20 saylı zaminlik müqavilələrinə əsasən 24.02.2020-ci il tarixli, 12-MZ2-1-0-948-20 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. - İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 24.02.2020-ci il tarixli, 12-MZ2-1-0- 948-20 saylı kredit müqaviləsinə 30.04.2020-ci il tarixli Əlavə sazişdən görünür ki,əsas borc məbləğinin ödənilməsi üçün güzəşt müddəti 1 ay müəyyən edilmiş və kreditin müddəti 30.05.2021-ci il tarixədək uzadılmışdır. - İddiaçı ASC ilə Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 24.02.2020-ci il tarixli, 12-MZ2-1-0-948-20 saylı zaminlik müqaviləsinə 30.04.2020-ci il tarixli Əlavə sazişdən görünür ki, 24.02.2020-ci il tarixli, 12-MZ2-1-0-948-20 saylı kredit müqaviləsinin müddəti 30.05.2021-ci il tarixədək uzadılmışdır. - İddiaçı ASC-nin 03.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1nun 24.02.2020-ci il tarixli, 12-MZ2-1-0-948-20 saylı müqavilə üzrə İddiaçı ASC qarşısında yerinə yetirilməmiş öhdəliyi 879,79 manat əsas borc,1,62 manat faiz borcu və 1,34 manat cərimə borcu olmaqla,ümumilikdə 882,75 manat təşkil edir. - İddiaçı ASC tərəfindən cavabdehlərə göndərilmiş 20.04.2021-ci il tarixli KBD-6112 saylı xəbərdarlıqdan görünür ki,cavabdehə yaranmış borcla əlaqədar rəsmi məlumat verilməklə,öhdəliklərinin icra edilməsi tələb edilmiş və əks təqdirdə kreditin,kredit faizlərinin ödənilməsi barədə məhkəməyə iddia veriləcəyi nəzərinə çatdırılmışdır. -hökümət ödəniş portalına ödənilmiş 05.05.2021-ci il tarixli, ********* saylı qəbzin surətindən görünür ki,İddiaçı ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar olaraq 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağıöhdəsinə götürür. Müvafiq olaraq, öhdəliyəəsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən birgə zamin olmuş şəxslər əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa,kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki,iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3 24.02.2020-ci il tarixli, 12-MZ2-1-0-948-20 saylı kredit müqaviləsindən irəli gələn öhdəlikləri vaxtında və lazımi qaydada icra etmədiklərindən həmin müqavilə üzrə yaranmış 879,79 manat əsas borc,1,62 manat faiz borcu,1,34 manat cərimə borcu olmaqla,cəmi 882,75 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 88, 106, 172-179, 182, 183, 192, 209-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 24.02.2020ci il tarixli, 12-MZ2-1-0-948-20 saylı kredit müqaviləsi üzrə 879,79 (səkkiz yüz yetmiş doqquz manat yetmiş doqquz qəpik) manat əsas borc,1,62 (bir manat altmış iki qəpik) manat faiz borcu, 1,34 (bir manat otuz dörd qəpik) manat cərimə borcu olmaqla,cəmi 882,75 (səkkiz yüz səksən iki manat yetmiş beş qəpik) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(077)-248/2021
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-248/2021
12.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver