Məhkəmə qərarları › İş №2(077)-253/2021

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-253/2021

11.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-253/2021 11.11.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc tələbi”nə dair mülki işə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borc tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh 12000 (bir on iki min) manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 (otuz) manat məbləğində rüsumu olmaqla,ümumilikdə 12030 (bir on iki min otuz) manat məbləğində pulun tutulub İddiaçı ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,İddiaçı Cavabdeh 2018-ci il tarixində 12000 manat məbləğində pul vəsaiti vermişdir.Cavabdeh həmin məbləği qaytaracağına dair söz versə də,pul vəsaitini qaytarmamışdır.Ona görə də,tərəflər arasındakı danışıqlara əsasən cavabdeh 2018-ci ilin noyabr ayında borcunu 20.12.2018-ci il tarixədək qayataracağına dair iltizam yazmış və imzalamışdır.Lakin hazırkı vaxtadək borcunu ödəməmişdir.Aralarında şifahi qaydada danışıqlar aparılmasına baxmayaraq heç bir nəticəsi olmamışdır. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.Həmçinin Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin İddiaçı şikayət ərizəsi əsasında toplanmış materialların təsdiq olunmuş surətlərini məhkəməyə təqdim etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə,elektron məhkəmə sistemi vasitəsilə sms bildirişi göndərilməsinə baxmayaraq,məhkəmə iclasına gəlməmiş,lakin telefonla əlaqə saxlayaraq səhəti ilə əlaqədar məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə,yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının vəkilinin-nümayəndəsinin rəyini nəzərə alaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkilinin-nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Mülki işin materiallarında olan: - 28.11.2018-ci il tarixli iltizamdan görünür ki,Cavabdeh Famil və Qüdrətdən aldığı 12000 (on iki min) manat pulu 20.12.2018-ci il tarixə kimi tam ödəməyə söz vermişdir.Həmçinin iltizamda qeyd etmişdir ki,20.12.2018-ci il tarixinə kimi gözləməyəcək,əlinə bankdan pulu alan kimi ödəyəcəkdir.Əks halda məsuliyyət daşıdığını bildiyini yazmışdır. - İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış 04.11.2020-ci il tarixli pretenziyadan görünür ki,iddiaçı cavabdehdən 3 gün müddətində borcun qaytarılmasını xahiş etmiş,ödəməyəcəyi təqdirdə məhkəməyə və hüquq-mühafizə orqanlarına müraciət edəcəyini nəzərinə çatdırmışdır. - "xxxx" ASC-nin 16.02.2021-ci il tarixli qəbzindən görünür ki,iddiaçı məhkəmədə iddia qaldırılmasından ötrü 30,40 manat dövlət rüsumu ödəmişdir. - Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin baş təhqiqatçısı polis mayoru X2 14.04.2021-ci il tarixli,HK-1/821 sayla qərarından müəyyən edilir ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. - Toplanmış materiallarda olan Cavabdeh Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin baş təhqiqatçısı polis mayoru X3 tərəfindən alınmış 24.04.2021-ci il tarixli izahatından görünür ki,onun valideynləri Göyçay rayonunda yaşadığından 3-4 il olar ki,İddiaçı oradan tanımışdır.Onunla ailəvi xeyir və şər məclislərinə gediş-gəlişləri vardır.Ona görə də,təxminən 2008-ci ildə pula ehtiyacı olduğu üçün İddiaçı hissə-hissə 12000 manat məbləğində pul almışdır.Ancaq həmin məbləği gecikdirsədə hissə-hissə köçürmə yolu ilə özünə qaytarmışdır.Buna baxmayaraq münasibətləri pozulmuş və Famil şikayət etməyə başlamışdır ki,guya pulun bir hissəsini qaytarmamışdır. - Toplanmış materiallarda olan İddiaçı Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin baş təhqiqatçısı polis mayoru X3 tərəfindən alınmış 24.04.2021-ci il tarixli izahatından görünür ki,o Cavabdeh 2020-ci ilin yay aylarında borcundan 6000 manatını hissə-hissə qaytardığını və qalan məbləği qaytarmadığını bildirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə araşdırması zamanı Cavabdeh İddiaçı 12000 manat məbləğində borcu qaldığı iddia olunsa da,məhkəmə iclasında tədqiq olunmuş Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin HK-1/821 saylı işin materiallarından məlum olmuşdur ki, Cavabdeh almış olduğu pul vəsaitindən hissə-hissə olmaqla,ümumilikdə 6000 manat borc məbləğini geri qaytardığını İddiaçı özü etiraf etmişdir. İşin müəyyən edilən hallarına hüquqi qiymət verərək məhkəmə hesab edir ki,iddia tələbi 12000 manat göstərilsə də,iddia tələbi 6000 manat hissəsində təsdiqini tapdığından iddia qismən təmin olunaraq Cavabdeh 6000 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi 20 manat Cavabdeh alınaraq həmin rüsumu ödəmiş İddiaçı ödənilməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki,iddia tələbi qismən təmin edilməli,Cavabdeh 6000 manat məbləğində borc və ödənilmiş 20 manat tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 6000 (altı min) manat məbləğində borc və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar