Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-261/2021 09.08.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı «ABC Telecom» MMC-nin nümayəndəsi Əhlimanov Mahir Ramiz oğlunun iştirakı və Cavabdeh ilə, İddiaçı «ABC Telecom» MMC-nin cavabdeh Cavabdeh qarşı «pul tələbi»nə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: «ABC Telecom» MMC cavabdeh Cavabdeh qarşı iddia qaldıraraq, cəmiyyətlə cavabdeh Cavabdeh arasında bağlanmış 1) 31 oktyabr 2019-cu il tarixli 01109947 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən qazan dəsti Canalı,Titaniya tava üçün 153 (bir yüz əlli üç) manat məbləğində ödənilməmiş hissə, 46 (qırx altı) manat məbləğində dəbbə pulu 2) 18 sentyabr 2019-cu il tarixli 00922938 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən İMEİ kodu **********39799 olan “Samsung Galaxy A10” markalı telefon və 2 ədəd aksesuar üçün 189 (bir yüz səksən doqquz) manat məbləğində ödənilməmiş hissə,56 (əlli altı) manat məbləğində dəbbə pulu 3) 16 dekabr 2019-cu il tarixli 01130631 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən İMEİ kodu **********39799 olan “Samsung Galaxy A20s” markalı telefon üçün 340 (üç yüz qırx) manat məbləğində ödənilməmiş hissə 102 (bir yüz iki) manat məbləğində dəbbə pulu 4) 14 iyun 2019-cu il tarixli 00722444 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən İMEİ kodu **********69090 olan “Xiaomi Redmi 7” markalı telefon üçün 139 (bir yüz otuz doqquz) manat məbləğində ödənilməmiş hissə, 42 (qırx iki) manat məbləğində dəbbə pulu, 5) 04 oktyabr 2019-cu il tarixli 00956340 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən Elegant-Yumşaq-3 yerli divan üçün 901 (doqquz yüz bir) manat məbləğində ödənilməmiş hissə, 222 (iki yüz iyirmi iki) manat məbləğində dəbbə pulu, 6) 02 iyul 2019-cu il tarixli 00755838 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən Kenwood çaynik üçün 152 (bir yüz əlli iki) manat məbləğində ödənilməmiş hissə,43 (qırx üç) manat məbləğində dəbbə pulu, 7) 06 dekabr 2019-cu il tarixli 01103540 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən İMEİ kodu **********82405 olan “Samsung Galaxy A10” markalı telefon,aksesuar və X4 üçün 330 (üç yüz otuz) manat məbləğində ödənilməmiş hissə, 99 (doxsan doqquz) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 2814 (iki min səkkiz yüz on dörd) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında 31 oktyabr 2019-cu il tarixli nisyə alqı-satqı müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə dəyəri 266 manat olan (12 ay x 22 manat+ 2 manat ilkin ödəniş) qazan dəsti Canalı,Titaniya Tava verilmişdir. "xxxx" MMC ilə Cavabdeh arasında 18 sentyabr 2019-cu il tarixli nisyə alqı-satqı müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə dəyəri 346 manat olan (12 ay x 27 manat+ 22 manat ilkin ödəniş) İMEİ kodu **********90950 olan "Samsung Galaxy A10"markalı telefon verilmişdir. "xxxx" MMC ilə Cavabdeh arasında 16 dekabr 2019-cu il tarixli nisyə alqı-satqı müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə dəyəri 443 manat olan (12 ay x 34 manat+ 35 manat ilkin ödəniş) İMEİ kodu **********39799 olan "Samsung Galaxy A20s" markalı telefon verilmişdir. "xxxx" MMC ilə Cavabdeh arasında 14 iyun 2019-cu il tarixli nisyə alqı-satqı müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə dəyəri 420 manat olan (12 ay x 35 manat+ 0 manat ilkin ödəniş) İMEİ kodu **********69090 olan “Xiaomi Redmi 7” markalı telefon verilmişdir. "xxxx" MMC ilə Cavabdeh arasında 04 oktyabr 2019-cu il tarixli nisyə alqı-satqı müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə dəyəri 1060 manat (20 ay x 53 manat+ 0 manat ilkin ödəniş) "Elegant"markalı yumşaq 3-yerli divan verilmişdir. "xxxx" MMC ilə Cavabdeh arasında 02 iyul 2019-cu il tarixli nisyə alqı-satqı müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə dəyəri 292 manat (18 ay x 16 manat+ 4 manat ilkin ödəniş) "Kenwood"markalı çaynik verilmişdir. "xxxx" MMC ilə Cavabdeh arasında 06 dekabr 2019-cu il tarixli nisyə alqı-satqı müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə dəyəri 396 manat (12 ay x 33 manat+ 0 manat ilkin ödəniş) “Samsung Galaxy A10” markalı telefon,aksesuar və X4 verilmişdir. Müqavilələr bağlanan an cavabdehə üzərinə götürdüyü öhdəliyin məsuliyyəti izah edilmişdir. Lakin buna baxmayaraq cavabdeh ödəməli olduğu kredit borcunu ödəmir. Hazırda cavabdehin 28.05.2021-ci il tarixli maliyyə arayışına əsasən 1) 31 oktyabr 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 153 manat məbləğində ödənilməmiş hissə,46 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 199 manat, 2) 18 sentyabr 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 189 manat məbləğində ödənilməmiş hissə,56 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 245 manat, 3) 16 dekabr 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 340 manat məbləğində ödənilməmiş hissə, 102 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 442 manat, 4) 14 iyun 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 139 manat məbləğində ödənilməmiş hissə, 42 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 181 manat, 5) 04 oktybar 2019-cu il tarixli nisyə alqı-satqı müqavilə üzrə 901 manat məbləğində ödənilməmiş hissə, 222 manat məbləğində dəbbə pulu,cəmi 1123 manat 6) 02 iyul 2019-cu il tarixli nisyə alqı-satqı müqavilə üzrə 152 manat məbləğində ödənilməmiş hissə, 43 manat məbləğində dəbbə pulu,cəmi 195 manat, 7) 06 dekabr 2019-cu il tarixli nisyə alqı-satqı müqavilə üzrə 330 manat məbləğində ödənilməmiş hissə, 99 manat məbləğində dəbbə pulu,cəmi 429 manat olmaqla, ümumilikdə 2814 manat borcu vardır. Cavabdeh müqavilələr üzrə cəmi 1019 manat ödəniş etmişdir. Müqavilə şərtləri müqavilə bağlayan tərəflər üçün məcburidir və müqavilənin bütün bəndləri icra edilməli və ya müqavilə şərtlərini pozmuş tərəf müqavilə ilə nəzərdə tutulmuş cəriməni əsas borcla birgə digər tərəfə ödəməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, "xxxx" MMC ilə müqavilə bağlamış və cəmiyyətdən müxtəlif məişət avadanlıqları götürmüşdür.Müqavilələr üzrə ödənişlərini vaxtlı-vaxtında etmişdir.Sonradan maddi vəziyyətinin pisləşməsi ilə əlaqədar ödənişləri dayandırmışdır. Borcunu hissə-hissə ödəyə bilər. İddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib,işdəki sənədləri araşdırıb məhkəmə belə qərara gəlir ki,iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan: - iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 31 oktyabr 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı 12 ay müddətinə dəyəri 266 manat olan Qazan dəsti Canalı,Titanita tava alıcıya vermiş, alıcı tərəfindən isə müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq borcu satıcıya qaytarılması müqavilənin predmetini təşkil etmişdir. - 31 oktyabr 2019-cu il tarixli müqaviləyə Əlavədən görünür ki,Cavabdeh 31 oktyabr 2019-cu il tarixli müqavilə üzrə almış olduğu avadanlığın pulunu 12.12.2019-cu il tarixdən başlayaraq hər ay 22 manat ödəniş etməklə 12.11.2020-ci il tarixədək ödəməli idi. - iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 18 sentyabr 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı 12 ay müddətinə dəyəri 346 manat olan “Samsung Galaxy A10” markalı telefonu alıcıya vermiş, alıcı tərəfindən isə müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq borcu satıcıya qaytarılması müqavilənin predmetini təşkil etmişdir. -18 sentyabr 2019-cu il tarixli müqaviləyə Əlavədən görünür ki,Cavabdeh 18 sentyabr 2019-cu il tarixli müqavilə üzrə almış olduğu avadanlığın pulunu 01.11.2019-cu il tarixdən başlayaraq hər ay 27 manat ödəniş etməklə 01.10.2020-ci il tarixədək ödəməli idi. - iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 16 dekabr 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı 12 ay müddətinə dəyəri 443 manat olan “Samsung Galaxy A20s” markalı telefonu alıcıya vermiş, alıcı tərəfindən isə müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq borcu satıcıya qaytarılması müqavilənin predmetini təşkil etmişdir. -16 dekabr 2019-cu il tarixli müqaviləyə Əlavədən görünür ki,Cavabdeh 16 dekabr 2019-cu il tarixli müqavilə üzrə almış olduğu avadanlığın pulunu 29.12.2020-ci il tarixdən başlayaraq hər ay 34 manat ödəniş etməklə 01.10.2020-ci il tarixədək ödəməli idi. - iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 14 iyun 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı 12 ay müddətinə dəyəri 420 manat olan “Xiaomi Redmi 7” markalı telefonu alıcıya vermiş,alıcı tərəfindən isə müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq borcu satıcıya qaytarılması müqavilənin predmetini təşkil etmişdir. 14 iyun 2019-cu il tarixli müqaviləyə Əlavədən görünür ki,Cavabdeh 14 iyun 2019-cu il tarixli müqavilə üzrə almış olduğu avadanlığın pulunu 27.07.2019-cu il tarixdən başlayaraq hər ay 35 manat ödəniş etməklə 27.06.2020-ci il tarixədək ödəməli idi. - iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 04 oktyabr 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı 20 ay müddətinə dəyəri 1060 manat olan “Elegant” markalı yumşaq 3 yerli divanı alıcıya vermiş, alıcı tərəfindən isə müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq borcu satıcıya qaytarılması müqavilənin predmetini təşkil etmişdir. -04 oktyabr 2019-cu il tarixli müqaviləyə Əlavədən görünür ki,Cavabdeh 04 oktyabr 2019-cu il tarixli müqavilə üzrə almış olduğu avadanlığın pulunu 10.11.2020-ci il tarixdən başlayaraq hər ay 53 manat ödəniş etməklə 10.06.2021-ci il tarixədək ödəməli idi. - iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 02 iyul 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı 18 ay müddətinə dəyəri 292 manat olan “Kenwood” markalı çayniki alıcıya vermiş, alıcı tərəfindən isə müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq borcu satıcıya qaytarılması müqavilənin predmetini təşkil etmişdir. -02 iyul 2019-cu il tarixli müqaviləyə Əlavədən görünür ki,Cavabdeh 02 iyul 2019-cu il tarixli müqavilə üzrə almış olduğu avadanlığın pulunu 15.08.2019-cu il tarixdən başlayaraq hər ay 16 manat ödəniş etməklə 15.01.2021-ci il tarixədək ödəməli idi. - iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 06 dekabr 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı 12 ay müddətinə dəyəri 396 manat olan “Samsung Galaxy A10” markalı telefon,aksesuar və X3 alıcıya vermiş, alıcı tərəfindən isə müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq borcu satıcıya qaytarılması müqavilənin predmetini təşkil etmişdir. -06 dekabr 2019-cu il tarixli müqaviləyə Əlavədən görünür ki,Cavabdeh 06 dekabr 2019-cu il tarixli müqavilə üzrə almış olduğu avadanlığın pulunu 19.01.2020-ci il tarixdən başlayaraq hər ay 33 manat ödəniş etməklə 19.12.2020-ci il tarixədək ödəməli idi. - "xxxx" MMC-nin 28.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki,Cavabdeh "xxxx" MMC-yə bağlamış olduğu müqavilələr üzrə ümumilikdə 2814 manat borcu vardır. - "xxxx" MMC tərəfindən cavabdehə göndərilmiş 12.08.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə yaranmış borcla əlaqədar rəsmi məlumat verilməklə, öhdəliklərinin icra edilməsi tələb edilmiş və əks təqdirdə kreditin, kredit faizlərinin ödənilməsi barədə məhkəməyə iddia veriləcəyi nəzərinə çatdırılmışdır. - 31.05.2021-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılmasından ötrü 30 manat dövlət rüsumu ödəmişdir "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqavilələr üzrə Cavabdeh "xxxx" MMC-dən nisyə alqı satqı yolu ilə müxtəlif məişət əşyaları almış və onu hissə-hissə olmaqla ödəniş cədvəlinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür və təhvil-təslim aktına əsasən əşyaları qəbul etmişdir. Lakin Cavabdeh iddiaçı "xxxx" MMC ilə bağladığı müqavilələr üzrə götürdüyü öhdəliklərə əməl etməmiş, bununla bağlı iddiaçı "xxxx" MMC-nin xəbərdarlığına məhəl qoymamış, nəticədə iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. - 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərinə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcı-iddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, qismən iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. İş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki,Cavabdehnun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehə qarşı irəli sürdüyü alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbi əsaslıdır.Buna görə də,cavabdehdən 1) 31 oktyabr 2019-cu il tarixli 01109947 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 153 manat məbləğində ödənilməmiş hissə, 2) 18 sentyabr 2019-cu il tarixli 00922938 saylı nisyə alqısatqı müqaviləsinə əsasən 189 manat məbləğində ödənilməmiş hissə, 3) 16 dekabr 2019-cu il tarixli 01130631 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 340 manat məbləğində ödənilməmiş hissə 4) 14 iyun 2019-cu il tarixli 00722444 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 139 manat məbləğində ödənilməmiş hissə, 5) 04 oktyabr 2019-cu il tarixli 00956340 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 901 manat məbləğində ödənilməmiş hissə, 6) 02 iyul 2019cu il tarixli 00755838 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 152 manat məbləğində ödənilməmiş hissə 7) 06 dekabr 2019-cu il tarixli 01103540 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 330 manat məbləğində ödənilməmiş borc alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik icra edilmədiyinə görə tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıran məhkəmə hesab edir ki,həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir.Belə ki,cavabdeh öhdəliyini lazımınca icra etmədiyindən müqavilənin şərtlərindən irəli gələn dəbbə pulunu da iddiaçıya ödəməlidir.Lakin Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri,həm də bütün əsas mənafelər nəzərə alınır.Odur ki,məhkəmə ödənilməsi tələb edilən 1) 31 oktyabr 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 46 manat dəbbə borcunu azaldılaraq 15 manat, 2) 18 sentyabr 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 56 manat dəbbə borcunu azaldılaraq 18 manat,3) 16 dekabr 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 102 manat dəbbə borcunu azaldılaraq 34 manat, 4) 14 iyun 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 42 manat dəbbə borcunu azaldılaraq 13 manat, 5) 04 oktyabr 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 222 manat dəbbə borcunu azaldılaraq 90 manat, 6) 02 iyul 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 43 manat dəbbə borcunu azaldılaraq 15 manat, 7) 06 dekabr 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 99 manat dəbbə borcunu azaldılaraq 33 manat həddində müəyyən edilməsini ədalətli hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 77, 88, 106, 172-179, 182, 183,192, 209-214, 216-220 və 480-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 1) 31 oktyabr 2019-cu il tarixli 01109947 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 153 (bir yüz əlli üç) manat məbləğində ödənilməmiş hissə, 15 (on beş) manat məbləğində dəbbə pulu 2) 18 sentyabr 2019-cu il tarixli 00922938 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 189 (bir yüz səksən doqquz) manat məbləğində ödənilməmiş hissə,18 (on səkkiz) manat məbləğində dəbbə pulu 3) 16 dekabr 2019-cu il tarixli 01130631 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 340 (üç yüz qırx) manat məbləğində ödənilməmiş hissə 34 (otuz dörd) manat məbləğində dəbbə pulu 4) 14 iyun 2019-cu il tarixli 00722444 saylı nisyə alqısatqı müqaviləsinə əsasən 139 (bir yüz otuz doqquz) manat məbləğində ödənilməmiş hissə, 13 (on üç) manat məbləğində dəbbə pulu, 5) 04 oktyabr 2019-cu il tarixli 00956340 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 901 (doqquz yüz bir) manat məbləğində ödənilməmiş hissə,90 (doxsan) manat məbləğində dəbbə pulu, 6) 02 iyul 2019-cu il tarixli 00755838 saylı nisyə alqısatqı müqaviləsinə əsasən 152 (bir yüz əlli iki) manat məbləğində ödənilməmiş hissə,15 (on beş) manat məbləğində dəbbə pulu, 7) 06 dekabr 2019-cu il tarixli 01103540 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 330 (üç yüz otuz) manat məbləğində ödənilməmiş hissə, 33 (otuz üç) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 2422 (iki min dörd yüz iyirmi iki) manat və ödənilmiş 30 (otuz) manat dövlət dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə
Məhkəmə qərarları › İş №2(077)-261/2021
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-261/2021
09.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver