Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-266/2021 25.11.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh 7711 (yeddi min yeddi yüz on bir) manat məbləğində pulun və illik 5% məbləği 2 il üçün 771 (yeddi yüz yetmiş bir) olmaqla,ümumilikdə 8482 (səkkiz min dörd yüz səksən iki) manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,İddiaçı 2017-2019–cu illər ərzində tanış olduğu Cavabdeh restoranlar şəbəkəsini ət məhsulları ilə təmin etmişdir.İlkin vaxtlar Cavabdeh aldığı ət məhsullarının pulunu vaxtında ödəmişdir.Sonradan isə ondan aldığı ət məhsulları üçün 7711 manat pulu hazırkı vaxtadək ödəməmişdir.O,bu barədə Binəqədi RPİ-nin 7-ci PB-nə şikayət ərizəsi ilə müraciət etmiş,orada araşdırmalar aparılsada,cavabdehin barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar çıxarılmış və ona vurulmuş maddi ziyanın mülki qanunvericilik əsasında təmin olunduğundan məhkəməyə müracət edilməsi tövsiyə olunmuşdur.Cavabdeh ondan götürüdüyü pul vəsaitini əsassız saxlamaqla 1 il müddətinə faydalanmağa görə həmin pul vəsaitinin məbləğindən faizlər ödəməlidir.Cavabdeh İddiaçı 2 il üçün 7711 manat x 5%/100=771 manat ödəməlidir.Bütün bunlara əsasən Cavabdeh 7711 manat,illik 5 faiz məbləği 2 il üçün 771 manat olmaqla,ümumilikdə 8482 manat pul alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Binəqədi RPİ-nin 7-ci PB-də İddiaçı şikayət ərizəsi əsasında toplanmış materialların surətlərini məhkəməyə təqdim etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə,elektron məhkəmə sistemi vasitəsilə sms bildirişi göndərilməsinə baxmayaraq,məhkəmə iclasına gəlməmiş,gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə,yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının rəyini nəzərə alaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Mülki işin materiallarında olan: - Binəqədi Rayon Polis İdarəsinin 18-ci Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi polis kapitanı X3 26.01.2021-ci il tarixli,HK-1/169 saylı qərarından müəyyən edilir ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və tərəfə məhkəməyə müraciət edilməsi izah edilmişdir. - Toplanmış materiallarda olan Cavabdeh Binəqədi Rayon Polis İdarəsinin 18-ci Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi polis kapitanı X4 tərəfindən alınmış 20.01.2021-ci il tarixli izahatından görünür ki,o,Bakı şəhəri,Binəqədi rayonu ərazisində “Qarabağ” adlı kafe işlətmişdir. İddiaçı tanıyır.İddiaçı 2017-ci il tarixdən etibarən işlətdiyi kafeyə mütəmadi olaraq ət məhsulları vermişdir.İddiaçı verdiyi ət məhsullarının pullarını hər həftənin axırı tam şəkildə götürmüşdür.2019-cu il tarixdən kafeyə müştəri çox az gəldiyindən kafeni bağlamış və İddiaçı verdiyi ət məhsullarına görə ümumilikdə 1500 manat borcu qaldığını bildirmişdir.Həmin tarixdən işləmədiyinə görə onun borcunu qaytara bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 445.7-ci maddəsinə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla,onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki,iddia ərizəsində Cavabdeh İddiaçı 7711 manat məbləğində borcu qaldığı iddia olunsa da,məhkəmə iclasında tədqiq olunmuş Binəqədi Rayon Polis İdarəsinin 18-ci Polis İdarəsinin İstintaq Şöbəsinin HK-1/169 saylı işin materiallarından məlum olmuşdur ki, Cavabdeh İddiaçı 1500 manat məbləğində borcu qaldığını özü etiraf etmişdir.İddiaçı iddia etdiyi halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir İşin müəyyən edilən hallarına hüquqi qiymət verərək məhkəmə hesab edir ki,iddia tələbi 7711 manat göstərilsə də,iddia tələbi 1500 manat hissəsində təsdiqini tapdığından iddia qismən təmin olunaraq Cavabdeh 1500 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə “illik 5% məbləğində faiz borcunun tutulması” tələbini araşdıraraq hesab edir ki,iddia tələbi 1500 manat məbləğində təsdiqini tapdığından,iddiaçı isə 2 il müddət üçün borc məbləğinin illik 5% tələb etdiyindən cavabdehdən 150 manat məbləğində faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki,iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 20 manatı cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki,iddia tələbi qismən təmin edilməli,Cavabdeh 1500 manat məbləğində pul,illik 5% məbləği ilə hesablanmış 150 manat məbləğində faiz borcu və ödənilmiş 20 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1500 (bir min beş) manat məbləğində pul və illik 5% məbləği ilə hesablanmış 150 (bir yüz əlli) manat məbləğində faiz borcu olmaqla,ümumilikdə 1650 (bir min altı yüz əlli) manat pul və ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(077)-266/2021
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-266/2021
25.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver