Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-268/2021 14.10.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul tələbi»nə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə Şuşa Rayon Məhkəməsinə müraciət edərək,Cavabdeh "xxxx" MMC-nin xeyrinə 1) 01 yanvar 2020-ci il tarixli 20002198 saylı müqavilə üzrə 1794 (bir min yeddi yüz doxsan dörd) manat ödənilməmiş hissə,534 (beş yüz otuz dörd) manat cərimə borcu, 2) 01 yanvar 2020-ci il tarixli 20002299 saylı müqavilə üzrə 178 (bir yüz yetmiş səkkiz) manat ödənilməmiş hissə,55 (əlli beş) manat cərimə borcu, 3) 25 yanvar 2020-ci il 20059822 saylı müqavilə üzrə 643,20 (altı yüz qırx üç manat iyirmi qəpik) manat ödənilməmiş hissə,192,80 (bir yüz doxsan iki manat səksən qəpik) manat cərimə borcu, 4) 09 fevral 2020-ci il tarixli 20090166 saylı müqavilə üzrə 688 (altı yüz səksən səkkiz) manat ödənilməmiş hissə,207 (iki yüz yeddi) manat cərimə borcu olmaqla,ümumilikdə dörd müqavilə üzrə 4292 (dörd min iki yüz doxsan iki) manat borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 01 yanvar 2020-ci il tarixli 20002198 saylı müqaviləyə əsasən borclu alqı-satqı qiyməti 2387 manat olan “LG” markalı paltaryuyanı və “Samsung LED” markalı televizoru alıcıya vermiş,alıcı isə onu qəbul edərək ilkin olaraq 11 manat ödəməklə avadanlığın qiymətini 12 ay müddətinə hər ay 198 manat ödəniş etməklə satıcıya ödəməyi öhdəsinə götürmüşdür.Cavabdeh müqavilə üzrə cəmi 593 manat məbləğində ödəniş etmişdir.Hazırda cavabdehin 10.06.2021-ci il tarixinə 1794 manat ödənilməmiş hissə və 270 gün üçün güzəşt edilərək 534 manat məbləğində cərimə borcu vardır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 01 yanvar 2020-ci il tarixli 20002299 saylı müqaviləyə əsasən borclu alqı-satqı qiyməti 569 manat olan İMEİ kodu **********48822 nömrəli “Xiamo Redmi 7A” markalı telefonu,“Braun” markalı ütünü, “Playstation” diskini və “Microlab” markalı səsgücləndiriciyi alıcıya vermiş,alıcı isə onu qəbul edərək ilkin olaraq 17 manat ödəməklə avadanlığın qiymətini 6 ay müddətinə hər ay 92 manat ödəniş etməklə satıcıya ödəməyi öhdəsinə götürmüşdür.Cavabdeh müqavilə üzrə heç bir ödəniş etməmişdir.Hazırda cavabdehin 10.06.2021-ci il tarixinə 178 manat ödənilməmiş hissə və 60 gün üçün güzəşt edilərək 55 manat məbləğində cərimə borcu vardır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 25 yanvar 2020-ci il 20059822 saylı müqaviləyə əsasən borclu alqı-satqı qiyməti 979,20 manat olan İMEİ kodu **********38888 nörməli “Samsung Galaxy A51” markalı telefonu alıcıya vermiş,alıcı isə onu qəbul edərək ilkin olaraq 15 manat ödəməklə avadanlığın qiymətini 6 ay müddətinə hər ay 160,70 manat ödəniş etməklə satıcıya ödəməyi öhdəsinə götürmüşdür.Cavabdeh müqavilə üzrə cəmi 336 manat məbləğində ödəniş etmişdir.Hazırda cavabdehin 10.06.2021-ci il tarixinə 643,20 manat ödənilməmiş hissə və 120 gün üçün güzəşt edilərək 192,80 manat məbləğində cərimə borcu vardır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 09 fevral 2020-ci il tarixli 20090166 saylı müqaviləyə əsasən borclu alqı-satqı qiyməti 849 manat olan İMEİ kodu **********04304 nörməli “Samsung Galaxy A51” markalı telefonu alıcıya vermiş,alıcı isə onu qəbul edərək ilkin olaraq 21 manat ödəməklə avadanlığın qiymətini 6 ay müddətinə hər ay 138 manat ödəniş etməklə satıcıya ödəməyi öhdəsinə götürmüşdür.Cavabdeh müqavilə üzrə cəmi 161 manat məbləğində ödəniş etmişdir.Hazırda cavabdehin 10.06.2021-ci il tarixinə 688 manat ödənilməmiş hissə və 150 gün üçün güzəşt edilərək 207 manat məbləğində cərimə borcu vardır. Müqavilələr bağlanan an cavabdehə üzərinə götürdüyü öhdəliyin məsuliyyəti izah edilmişdir.Lakin buna baxmayaraq cavabdeh ödəməli olduğu kredit borcunu vaxtında və lazımi qaydasında ödəməmişdir.Cavabdehin imzaladığı müqavilələrə görə 10.06.2021-ci il tarixinə ümumi borcu 4292 manat təşkil edir.Müqavilə şərtləri müqavilə bağlayan tərəflər üçün məcburidir və müqavilənin bütün bəndləri icra edilməli və ya müqavilə şərtlərini pozmuş tərəf müqavilə ilə nəzərdə tutulmuş cəriməni əsas borcla birgə digər tərəfə ödəməlidir.Cavabdehə borcunun ödənilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq heç bir nəticəsi olmamışdır. Məhkəmə prosesində çıxış edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə,elektron məhkəmə sistemi vasitəsilə sms bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş,gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən,məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin rəyini nəzərə alaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib,iş materiallarını tədqiq edərək hesab edir ki,iddia aşağıdakı göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 01 yanvar 2020-ci il tarixli 20002198 saylı müqavilədən görünür ki,Cavabdeh "xxxx" MMC-dən 12 ay müddətinə alqı-satqı qiyməti 2387 manat olan LG” markalı paltaryuyan və “Samsung LED” markalı televizor almışdır. - 01 yanvar 2020-ci il tarixli 20002198 saylı müqaviləyə Əlavədən görünür ki,Cavabdeh 2387 manat məbləğində almış olduğu avadanlığın qiymətini 01.02.2020-ci il tarixdən başlayaraq hər ay 198 manat ödəniş etməklə 01.01.2021-ci il tarixədək ödəməli idi. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 01 yanvar 2020-ci il tarixli 20002299 saylı müqavilədən görünür ki,Cavabdeh "xxxx" MMC-dən 6 ay müddətinə alqı-satqı qiyməti 569 manat olan İMEİ kodu **********48822 nömrəli “Xiamo Redmi 7A” markalı telefon,“Braun” markalı ütü, “Playstation” diski və “Microlab” markalı səsgücləndirici almışdır. - 01 yanvar 2020-ci il tarixli 20002299 saylı müqaviləyə Əlavədən görünür ki,Cavabdeh 569 manat məbləğində almış olduğu avadanlığın qiymətini 01.02.2020-ci il tarixdən başlayaraq hər ay 92 manat ödəniş etməklə 01.07.2020-ci il tarixədək ödəməli idi. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 25 yanvar 2020-ci il 20059822 saylı müqavilədən görünür ki,Cavabdeh "xxxx" MMC-dən 6 ay müddətinə alqı-satqı qiyməti 979,20 manat olan İMEİ kodu **********38888 nörməli “Samsung Galaxy A51” markalı telefon almışdır. - 25 yanvar 2020-ci il 20059822 saylı müqaviləyə Əlavədən görünür ki,Cavabdeh 979,20 manat məbləğində almış olduğu avadanlığın qiymətini 01.03.2020-ci il tarixdən başlayaraq hər ay 160,70 manat ödəniş etməklə 01.08.2020-ci il tarixədək ödəməli idi. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 09 fevral 2020-ci il 20090166 saylı müqavilədən görünür ki,Cavabdeh "xxxx" MMC-dən 6 ay müddətinə alqı-satqı qiyməti 849 manat olan İMEİ kodu **********04304 nörməli “Samsung Galaxy A51” markalı telefon almışdır. - 09 fevral 2020-ci il 20090166 saylı müqaviləyə Əlavədən görünür ki,Cavabdeh 849 manat məbləğində almış olduğu avadanlığın qiymətini 17.03.2020-ci il tarixdən başlayaraq hər ay 138 manat ödəniş etməklə 17.08.2020-ci il tarixədək ödəməli idi. - "xxxx" MMC tərəfindən cavabdehə göndərilmiş 19.03.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki,cavabdehə yaranmış borcla əlaqədar rəsmi məlumat verilməklə,öhdəliklərinin icra edilməsi tələb edilmiş və əks təqdirdə kreditin,kredit faizlərinin ödənilməsi barədə məhkəməyə iddia veriləcəyi nəzərinə çatdırılmışdır. - "xxxx" MMC-nin 10.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki,cavabdehin 1) 01 yanvar 2020-ci il tarixli 20002198 saylı müqavilə üzrə 1794 manat ödənilməmiş hissə,cərimə borcu üzrə 534 (1.98 manat x 270 gün) manat olmaqla,cəmi 2328 manat borcu, 2) 01 yanvar 2020-ci il tarixli 20002299 saylı müqavilə üzrə 178 manat ödənilməmiş hissə,cərimə borcu üzrə 55 (0.92 manat x 60 gün) manat olmaqla,cəmi 233 manat, 3) 25 yanvar 2020-ci il 20059822 saylı müqavilə üzrə 643,20 manat ödənilməmiş hissə,cərimə borcu üzrə 192,80 (1.6 manat x 120 gün) manat olmaqla,cəmi 836 manat, 4) 09 fevral 2020-ci il 20090166 saylı müqavilə üzrə 688 manat ödənilməmiş hissə,cərimə borcu üzrə 207 (1.38 manat x 150 gün) manat olmaqla,cəmi 895 manat,ümumilikdə dörd müqavilə üzrə 4292 manat məbləğində borcu vardır. - X3 ödənilmiş 11.06.2021-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki,iddiaçı məhkəmədə iddia qaldırılmasından ötrü 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə,yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə,öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən bəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər.Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki,Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.İddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilələrə əsasən cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehə qarşı irəli sürdüyü borcun tutulması tələbi əsaslıdır.Buna görə də,cavabdehdən 1) 01 yanvar 2020-ci il tarixli 20002198 saylı müqavilə üzrə 1794 manat ödənilməmiş hissə, 2) 01 yanvar 2020ci il tarixli 20002299 saylı müqavilə üzrə 178 manat ödənilməmiş hissə, 3) 25 yanvar 2020-ci il 20059822 saylı müqavilə üzrə 643,20 manat ödənilməmiş hissə, 4) 09 fevral 2020-ci il 20090166 saylı müqavilə üzrə 688 manat ödənilməmiş hissə müqavilədən irəli gələn öhdəlik icra edilmədiyinə görə tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıran məhkəmə hesab edir ki,həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir.Belə ki,cavabdehin öhdəliyini lazımınca icra etmədiyindən müqavilənin şərtlərindən irəli gələn dəbbə pulunu da iddiaçıya ödəməlidir.Lakin Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri,həm də bütün əsas mənafelər nəzərə alınır.Odur ki,məhkəmə 1) 01 yanvar 2020-ci il tarixli 20002198 saylı müqavilə üzrə ödənilməsi tələb edilən 534 manat dəbbə pulunu bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə azaldaraq 179 manat, 2) 01 yanvar 2020-ci il tarixli 20002299 saylı müqavilə üzrə ödənilməsi tələb edilən 55 manat dəbbə pulunu bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə azaldaraq 17 manat 3) 25 yanvar 2020-ci il 20059822 saylı müqavilə üzrə ödənilməsi tələb edilən 192,80 manat dəbbə pulunu bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə azaldaraq 64 manat və 4) 09 fevral 2020-ci il 20090166 saylı müqavilə üzrə ödənilməsi tələb edilən 207 manat dəbbə pulunu bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə azaldaraq 68 manat həddində müəyyən edilməsini ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki,iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 20 manatı cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu,ziyan və dəbbə pulunu (cərimə,penya) ayrıayrılıqda müəyyən etməklə alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə,məhkəmə iclasında tədqiq olunmuş sübutları məcmu halında qiymətləndirərək və yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1) 01 yanvar 2020-ci il tarixli 20002198 saylı müqavilə üzrə 1794 manat ödənilməmiş hissə,179 manat cərimə borcu, 2) 01 yanvar 2020-ci il tarixli 20002299 saylı müqavilə üzrə 178 manat ödənilməmiş hissə,17 manat cərimə borcu, 3) 25 yanvar 2020-ci il 20059822 müqavilə üzrə 643,20 manat ödənilməmiş hissə,64 manat cərimə borcu, 4) 09 fevral 2020-ci il 20090166 saylı müqavilə üzrə 688 manat ödənilməmiş hissə,68 manat cərimə borcu olmaqla,ümumilikdə dörd müqavilə üzrə 3631,20 manat məbləğində borc və ödənilmiş 20 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 77, 88, 106, 172-179, 182, 183,192, 209-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1) 01 yanvar 2020-ci il tarixli 20002198 saylı müqavilə üzrə 1794 (bir min yeddi yüz doxsan dörd) manat ödənilməmiş hissə,179 (bir yüz yetmiş doqquz) manat cərimə borcu, 2) 01 yanvar 2020-ci il tarixli 20002299 saylı müqavilə üzrə 178 (bir yüz yetmiş səkkiz) manat ödənilməmiş hissə,17 (bir on yeddi) manat cərimə borcu, 3) 25 yanvar 2020-ci il 20059822 saylı müqavilə üzrə 643,20 (altı yüz qırx üç manat iyirmi qəpik) manat ödənilməmiş hissə,64 (altmış dörd) manat cərimə borcu, 4) 09 fevral 2020-ci il 20090166 saylı müqavilə üzrə 688 (altı yüz səksən səkkiz) manat ödənilməmiş hissə,68 (altmış səkkiz) manat cərimə borcu olmaqla, ümumilikdə dörd müqavilə üzrə 3631,20 (üç min altı yüz otuz bir manat iyirmi qəpik) manat məbləğində borc və ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(077)-268/2021
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-268/2021
14.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver