Məhkəmə qərarları › İş №2(077)-289/2020

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-289/2020

27.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-289/2020 27.11.2020 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı «xxxx» MMC-nin nümayəndəsi X2 və Cavabdeh iştirakı ilə, İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı «pul tələbi»nə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: «xxxx» MMC Cavabdeh qarşı iddia qaldıraraq,cəmiyyətlə Cavabdeh arasında bağlanmış 1) xx xxxx 2019-cu il tarixli 00740684 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 1616 (bir min altı yüz on altı) manat məbləğində əsas borc, 484 (dörd yüz səksən dörd) manat məbləğində dəbbə pulu, 2) xx xxxx 2019-cu il tarixli 00746402 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 606 (altı yüz altı) manat məbləğində əsas borc, 181 (bir yüz səksən bir) manat məbləğində dəbbə pulu, 3) xx xxxx 2019-cu il tarixli 00746566 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 268 (iki yüz altmış səkkiz) manat məbləğində əsas borc,79 (yetmiş doqquz ) manat məbləğində dəbbə pulu, olmaqla cəmi 3234 (üç min iki yüz otuz dörd) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini onunla əsaslandırdı ki, «xxxx» MMC ilə Cavabdeh arasında xx xxxx 2019-cu il tarixli 00740684 saylı nisyə alqısatqı müqaviləsi imzalanmışdır.Həmin müqaviləyə əsasən cavabdehə alqı-satqı qiyməti 2605 manat İMEİ kodu **********67665 olan "Samsung Galaxy S10+" markalı telefonu ilkin ödəniş 181 manat, 12 ay müddətinə hər ay 202 manat ödəmək şərti ilə verilmişdir.Tərəflər arasında xx xxxx 2019-cu il tarixli 00746402 saylı nisyə alqı-satqı müqaviləsi imzalanmışdır.Həmin müqaviləyə əsasən cavabdehə alqı-satqı qiyməti 1119 manat olan "Philips" markalı ütü və tozsoran,"Braun" markalı ütünü ilkin ödəniş 8 manat,11 ay müddətinə hər ay 101 manat ödəmək şərti ilə verilmişdir. Tərəflər arasında xx xxxx 2019-cu il tarixli 00746566 saylı nisyə alqı-satqı müqaviləsi imzalanmışdır.Həmin müqaviləyə əsasən cavabdehə alqı-satqı qiyməti 530 manat olan tikiş maşını ilkin ödəniş 2 manat, 12 ay müddətinə hər ay 44 manat ödəmək şərti ilə verilmişdir.Müqavilələr bağlanan an cavabdehə üzərinə götürdüyü öhdəliyin məsuliyyəti izah edilmişdir.Lakin buna baxmayaraq cavabdeh ödəməli olduğu kredit borcunu ödəmir. Müqavilə üzrə cavabdeh 1764 manat ödəniş etmişdir.Hazırda cavabdehin xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1616 manat əsas borc,484 manat dəbbə borcu olmaqla,cəmi 2100 manat borcu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 606 manat əsas borcu,181 manat dəbbə borcu olmaqla cəmi 787 manat borcu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 268 manat əsas borcu, 79 manat dəbbə borcu olmaqla cəmi 347 manat borcu vardır.Müqavilə şərtləri müqavilə bağlayan tərəflər üçün məcburidir və müqavilənin bütün bəndləri icra edilməli və ya müqavilə şərtlərini pozmuş tərəf müqavilə ilə nəzərdə tutulmuş cəriməni əsas borcla birgə digər tərəfə ödəməlidir. Cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, «xxxx» MMC ilə müqavilələr onun adına bağlansa da, ödənişləri bacısı oğlu aparmışdır.Bacısı oğlunun iş yeri bağlandıqdan sonra borcu ödəməyi dayandırmışdır. Hazırda maddi cəhətdən çətinlik çəkir, heç bir yerdə işləmir və borcunu hissə-hissə qaytara bilər. İddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib,işdəki sənədləri araşdırıb məhkəmə belə qərara gəlir ki,iddia tələbi qismən təmin olunmalıdır. Belə ki,iş materiallarında olan iddiaçı «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli 00740684 saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki,iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə dəyəri 2605 manat İMEİ kodu **********67665 olan "Samsung Galaxy S10+" markalı telefonu alıcı tərəfindən verilməsi,alıcı isə müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq borcu satıcıya qaytarılması müqavilənin predmetini təşkil etmişdir. -Əşyaların təhvil təslim aktından görünür ki, «xxxx» MMC ilə cavabdeh Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli 00740684 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh İMEİ kodu **********67665 olan "Samsung Galaxy S10+" markalı telefonu tam qüsursuz təhvil almışdır. - iddiaçı «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli 00746402 saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki,iddiaçı tərəfindən cavabdehə 11 ay müddətinə dəyəri 1119 manat olan "Philips" markalı ütü və tozsoran,"Braun" markalı ütünü alıcı tərəfindən verilməsi,alıcı isə müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq borcu satıcıya qaytarılması müqavilənin predmetini təşkil etmişdir. -Əşyaların təhvil təslim aktından görünür ki, «xxxx» MMC ilə cavabdeh Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli 00746402 saylı nisyə alqı-satqı müqaviləsinə əsasənc cavabdeh "Philips" markalı ütü və tozsoranı,"Braun" markalı ütünü tam qüsursuz təhvil almışdır. - iddiaçı «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli 00746566 saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki,iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə dəyəri 530 manat olan tikiş maşını Toyotanı alıcı tərəfindən verilməsi,alıcı isə müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq borcu satıcıya qaytarılması müqavilənin predmetini təşkil etmişdir. -Əşyaların təhvil təslim aktından görünür ki, «xxxx» MMC ilə cavabdeh Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli 00746566 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh tikiş maşını Toyotanı tam qüsursuz təhvil almışdır. - Müqavilənin ödəniş cədvəlinin 2-ci bəndinə əsasən müştəri bu ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa,müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində “Müştəri” mübahisəsiz olaraq peniya ödəyir. - «xxxx» MMC-nin xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki,bankla Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1616 manat əsas borc, 484 manat dəbbə borcu olmaqla,cəmi 2100 manat borcu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 606 manat əsas borc,181 manat dəbbə borcu olmaqla,cəmi 787 manat borcu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 268 manat əsas borc, 79 manat dəbbə borcu olmaqla,cəmi 347 manat borcu vardır. Müqavilələr üzrə cavabdeh cəmi 1764 manat ödəniş etmişdir -Kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit ödəniş cədvəlindən görünür ki, Cavabdeh 2605 manat məbləğində borcu xx.xx.2019-cu ildən başlayaraq hər ay 202 ödəniş etməklə xx.xx.2020-ci il tarixədək ödəməli idi. -Kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit ödəniş cədvəlindən görünür ki, Cavabdeh 1119 manat məbləğində borcu xx.xx.2019-cu ildən başlayaraq hər ay 101 ödəniş etməklə xx.xx.2020-ci il tarixədək ödəməli idi. -Kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit ödəniş cədvəlindən görünür ki, Cavabdeh 530 manat məbləğində borcu xx.xx.2019-cu ildən başlayaraq hər ay 101 ödəniş etməklə xx.xx.2020-ci il tarixədək ödəməli idi. - İş materiallarına əlavə edilmiş iddiaçı «xxxx» MMC tərəfindən cavabdehə göndərilmiş xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki,cavabdehə yaranmış borcla əlaqədar rəsmi məlumat verilməklə,öhdəliklərinin icra edilməsi tələb edilmiş və əks təqdirdə kreditin,kredit faizlərinin ödənilməsi barədə məhkəməyə iddia veriləcəyi nəzərinə çatdırılmışdır. - İş materiallarında olan müvafiq ödəniş tapşırığından görünür ki,iddiaçı məhkəmədə iddia qaldırılmasından ötrü 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki,iddia tələbinin hüquqi əsasları kimi Azərbaycan Respublikası MM-nin 385.1,385.2,386,421.2,422.2,445,448,460,739 və 741-ci maddələrinə istinad edilməlidir. İddiaçı «xxxx» MMC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki,iddiaçı ilə cavabdeh arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış,həmin müqaviləyə əsasən tərəflər arasında öhdəlik yaranmış,iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş,cavabdehlər isə üzərlərinə düşən öhdəlikləri pozaraq lazımınca yerinə yetirməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda,o,kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizləri ilə verilməsini şərtləşdirirlərsə,faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli,borc bir il başa çatanadək qaytarılmalıdırsa borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn,pulu ödəməli,əmlakı verməli,iş görməli,xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirlə və ya ləğv edilə bilər.Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki,bunun digər tərəfə vurduğu zərər nəticəsində o,müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə,öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə,onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi,mallarda,işlərdə və xidmətlərdə) qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilməmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə,borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu,ziyan və dəbbə pulunu (cərimə,penya) ayrı-ayrılıqda müəyyən etməklə alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki,Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehə qarşı irəli sürdüyü kredit müqaviləsi üzrə borcun tutulması tələbi əsaslıdır.Buna görə də,cavabdehdən xx.xx.2019cu il tarixli alqı -satqı müqaviləsi üzrə 1616 manat ödənilməmiş borc, xx.xx.2019-cu il tarixli alqı -satqı müqaviləsi üzrə 606 manat ödənilməmiş borc, xx.xx.2019-cu il tarixli alqı -satqı müqaviləsi üzrə 268 manat ödənilməmiş borc müqavilələrdən irəli gələn öhdəlik icra edilmədiyinə görə tutularaq «xxxx» MMC-yə ödənilməlidir. Dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıran məhkəmə hesab edir ki,həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir.Belə ki,cavabdehin öhdəliyini lazımınca icra etmədiyindən müqavilənin şərtlərindən irəli gələn dəbbə pulunu da iddiaçıya ödəməlidir.Lakin Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri,həm də bütün əsas mənafelər nəzərə alınır.Odur ki,məhkəmə ödənilməsi tələb edilən dəbbə pullarını bütün əsaslı mənafeləri nəzərə alaraq xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə tələb olunan 484 manat dəbbə pulunu azaldılaraq 48 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə tələb olunan 181 manat dəbbə pulu azaldılaraq 18 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə tələb olunan 79 manat dəbbə pulu azaldılaraq 20 manat dəbbə pulu həddində müəyyən edilməsini ədalətli hesab edir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki,iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 77, 88, 106, 172-179, 182, 183,192, 209-214, 216-220 və 484-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx xxxx 2019-cu il tarixli 00740684 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 1616 (bir min altı yüz on altı) manat ödənilməmiş hissə, 48 (qırx səkkiz) manat cərimə borcu, xx xxxx 2019-cu il tarixli 00746402 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 606 (altı yüz altı) manat ödənilməmiş hissə, 18 (on səkkiz) manat cərimə borcu, xx xxxx 2019-cu il tarixli 00746566 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 268 (iki yüz altmış səkkiz) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə borcu, olmaqla,cəmi 2576 (iki min beş yüz yetmiş altı) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq «xxxx» MMC-nin xeyrinə ödənilsin. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar