Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-29/2021 18.02.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı «xxxx» ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı «xxxx» ASC-nin cavabdeh Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» ASC Cavabdeh qarşı iddia qaldıraraq, bankla cavabdeh arasında bağlanmış 08 aprel 2019-cu il tarixli 6-Y-4-0-1022-19 saylı kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləsinə əsasən 2999,83 (iki min doqquz doxsan doqquz manat səksən üç qəpik) manat məbləğində əsas borcun, 306,8 (üç yüz altı manat səkkiz qəpik) manat məbləğində faiz borcu,107,39 (bir yüz yeddi manat otuz doqquz qəpik) manat məbləğində cərimə borcu olmaqla,cəmi 3414,02 (üç min dörd yüz on dörd manat iki qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, «xxxx»İKB ASC ilə Cavabdeh arasında 08 aprel 2019-cü il tarixli 6-Y-4-0-1022-19 saylı kredit kartın verilməsi və istifadəsi üzrə müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən bank borcluya 36 ay müddətinə 21% olmaqla 3000 manat məbləğində kart vasitəsi ilə kredit vermişdir.Müqavilə bağlanan an cavabdehə üzərinə götürdüyü öhdəliyin məsuliyyəti izah edilmişdir. Lakin buna baxmayaraq cavabdeh ödəməli olduğu kredit borcundan qalıq borcunu ödəməmişdir.Tərəflər arasında bağlanmış kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləsinə əsasən cavabdehin 19.10.2020-cı il tarixə əsas borcu 2999,83 manat,faiz borcu 306,8 manat və cərimə borcu 107,39 manat hesablanmışdır. Müqavilə şərtləri müqavilə bağlayan tərəflər üçün məcburidir və müqavilənin bütün bəndləri icra edilməli və ya müqavilə şərtlərini pozmuş tərəf müqavilə ilə nəzərdə tutulmuş cəriməni əsas borcla birgə digər tərəfə ödəməlidir. Cavabdeh Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişgəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Həmin Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə,yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin rəyini nəzərə alaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsinin izahatını dinləyib,işdəki sənədləri araşdırıb məhkəmə belə qərara gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki,iş materiallarında olan: - iddiaçı «xxxx» İKB ASC ilə Cavabdeh arasında bağlanmış 08 aprel 2019-cu il tarixli 6-Y-4- 0-1022-19 saylı kredit kartın verilməsi və istifadəsi üzrə müqavilədən görünür ki, iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə 3000 manat məbləğində kredit kartının müştəriyə verilməsi, kart vasitəsilə kredit xətti açılması, kreditalan tərəfindən isə müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq krediti kreditora qaytarılması müqavilənin predmetini təşkil etmişdir. - 08.04.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, iddiaçı «xxxx» İKB ASC Cavabdeh ilə bağlamış olduğu 08 aprel 2019-cu il tarixli 6-Y-4-0-1022-19 saylı kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləsinə əsasən üzərinə götürmüş olduğu öhdəliyi yerinə yetirərək, sonuncuya 08.04.2019-cu il tarixdə 6-247352-19 nömrəli plastik kart vermişdir. - iddiaçı «xxxx» ASC-nin maliyyə arayışından görünür ki,Cavabdeh 08 aprel 2019-cu il tarixli 6-Y-4-0-1022-19 saylı kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləsi üzrə iddiaçı «xxxx» ASC qarşısında yerinə yetirilməmiş öhdəliyi 19.10.2020-ci il tarixinə 2999,83 manat əsas borc,306,8 manat faiz borcu və 107,39 manat cərimə borcu olmaqla, cəmi 3414,02 manat təşkil edir. - iddiaçı «xxxx» ASC tərəfindən Cavabdeh göndərilmiş 17.10.2020-ci il tarixli,PAİHTD- 140024 saylı bildirişdən görünür ki,cavabdehə yaranmış borcla əlaqədar rəsmi məlumat verilməklə,öhdəliklərinin icra edilməsi tələb edilmiş və əks təqdirdə kreditin, kredit faizlərinin ödənilməsi barədə məhkəməyə iddia veriləcəyi nəzərinə çatdırılmışdır. - AR MB X3 22.10.2020-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı «xxxx» ASC məhkəmədə iddia qaldırılmasından ötrü 30,40 manat dövlət rüsumu ödəmişdir. İddiaçı «xxxx» ASC ilə cavabdeh Cavabdeh arasında kredit kartın verilməsi və istifadəsi üzrə müqavilə bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki,iddiaçı ilə cavabdeh arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış,həmin müqaviləyə əsasən tərəflər arasında öhdəlik yaranmış,iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş,cavabdeh isə üzərinə düşən öhdəlikləri pozaraq lazımınca yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn,pulu ödəməli,əmlakı verməli,iş görməli,xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə,öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə,onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi,mallarda,işlərdə və xidmətlərdə) qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilməmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə,borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki,Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehə qarşı irəli sürdüyü kredit müqaviləsi üzrə borcun tutulması tələbi əsaslıdır. Buna görə də, cavabdehdən kredit müqaviləsi üzrə 2999,83 manat əsas borc,306,8 manat faiz borcu və 30 manat dövlət rüsumu kredit müqaviləsindən irəli gələn öhdəlik icra edilmədiyinə görə tutularaq «xxxx» ASC-yə ödənilməlidir. Dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıran məhkəmə hesab edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Belə ki,cavabdehin öhdəliyini lazımınca icra etmədiyindən müqavilənin şərtlərindən irəli gələn dəbbə pulunu da iddiaçıya ödəməlidir. Lakin Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri,həm də bütün əsas mənafelər nəzərə alınır.Odur ki,məhkəmə ödənilməsi tələb edilən 107,39 manat dəbbə pulunu bütün əsaslı mənafeləri nəzərə alıb hesab edir ki,tənasübsüz surətdə azaldaraq 10 manat həddində müəyyən edilməsini ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki,iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu,ziyan və dəbbə pulunu (cərimə,penya) ayrı-ayrılıqda müəyyən etməklə alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 77, 88, 106, 172-179, 182, 183,192, 209-214, 216-220 və 360-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. «xxxx» ASC ilə cavabdeh Cavabdeh arasında bağlanmış 08 aprel 2019-cü il tarixli 6-Y-4- 0-1022-19 saylı kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən Cavabdeh 2999,83 (iki min doqquz yüz doxsan doqquz) manat məbləğində əsas borc,306,8 (üç yüz altı) manat məbləğində faiz borcu, 10 (on) manat cərimə borcu olmaqla, cəmi 3316,63 (üç min üç yüz on altı) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq «xxxx» ASC-nin xeyrinə ödənilsin. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(077)-29/2021
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-29/2021
18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver