Məhkəmə qərarları › İş №2(077)-301/2021

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-301/2021

08.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-301/2021 08.09.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul tələbi»nə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə Şuşa Rayon Məhkəməsinə müraciət edərək,Cavabdeh "xxxx" MMC-nin xeyrinə 1) 29 sentyabr 2019-cu il tarixli 00946964 saylı müqavilə üzrə 1451 (bir min dörd yüz əlli bir) manat ödənilməmiş hissə,444 (dörd yüz qırx dörd) manat cərimə borcu, 2) 30 oktyabr 2019-cu il tarixli 01016398 saylı müqavilə üzrə 224 (iki yüz iyirmi dörd) manat ödənilməmiş hissə,67 (altmış yeddi) manat cərimə borcu, 3) 28 noyabr 2019-cu il tarixli 01081617 saylı müqavilə üzrə 469 (dörd yüz altmış doqquz) manat ödənilməmiş hissə,141 (bir yüz qırx bir) manat cərimə borcu olmaqla,ümumilikdə hər üç müqavilə üzrə 2796 (iki min yeddi yüz doxsan altı) manat borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 29 sentyabr 2019-cu il tarixli 00946964 saylı müqaviləyə əsasən borclu alqısatqı qiyməti 2052 manat olan (18 ay x 114 manat) İMEİ kodu **********10012 nömrəli «Samsung J2» markalı telefon və «Samsung Led» markalı televizor almışdır.Cavabdeh müqavilə üzrə cəmi 601 manat məbləğində ödəniş etmişdir.Hazırda 30.06.2021-ci il tarixinə ümumilikdə 1895 manat olmaqla ondan,1451 manat ödənilməmiş əsas hissə və 390 gün üçün güzəşt olunaraq 444 manat cərimə borcu hesablanmışdır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 30 oktyabr 2019-cu il tarixli 01016398 saylı müqaviləyə əsasən borclu alqı-satqı qiyməti 336 manat olan (12 ay x 28 manat) İMEİ kodu **********66881 nömrəli «Hoffmann X Ultra» markalı telefon almışdır.Cavabdeh müqavilə üzrə cəmi 112 manat məbləğində ödəniş etmişdir.Hazırda 30.06.2021-ci il tarixinə cavabdehin ümumilikdə 291 manat olmaqla,ondan 224 manat ödənilməmiş hissə və 240 gün üçün güzəşt olunaraq 67 manat cərimə borcu yaranmışdır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 28 noyabr 2019-cu il tarixli 01081617 saylı müqaviləyə əsasən borclu alqı-satqı qiyməti 676 manat olan (12 ay x 47 manat+112 manat ilkin ödəniş) İMEİ kodu **********36497 nömrəli «Samsung Galaxy A40» markalı telefon almışdır.Cavabdeh müqavilə üzrə cəmi 207 manat məbləğində ödəniş etmişdir.Hazırda 30.06.2021-ci il tarixinə cavabdehin ümumilikdə 610 manat olmaqla,ondan 469 manat ödənilməmiş hissə və 300 gün üçün güzəşt olunaraq 141 manat cərimə borcu yaranmışdır. Müqavilələr bağlanan an cavabdehə üzərinə götürdüyü öhdəliyin məsuliyyəti izah edilmişdir.Lakin buna baxmayaraq cavabdeh ödəməli olduğu kredit borcunu vaxtında və lazımi qaydasında ödəməmişdir.Cavabdehin imzaladığı müqavilələrə görə 30.06.2021-ci il tarixə hər üç müqavilə üzrə ümumi borcu 2796 manat təşkil edir.Müqavilə şərtləri müqavilə bağlayan tərəflər üçün məcburidir və müqavilənin bütün bəndləri icra edilməli və ya müqavilə şərtlərini pozmuş tərəf müqavilə ilə nəzərdə tutulmuş cəriməni əsas borcla birgə digər tərəfə ödəməlidir.Cavabdehə borcunun ödənilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq heç bir nəticəsi olmamışdır. Məhkəmə prosesində çıxış edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq,məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən,məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin rəyini nəzərə alaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib,iş materiallarını tədqiq edərək hesab edir ki,iddia aşağıdakı göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 29 sentyabr 2019-cu il tarixli 00946964 saylı müqavilədən görünür ki,Cavabdeh "xxxx" MMC-dən 18 ay müddətinə alqı-satqı qiyməti 2052 manat olan «Samsung J2» markalı telefon və «Samsung Led» markalı televizor almışdır. - 29 sentyabr 2019-cu il tarixli 00946964 saylı müqaviləyə Əlavədən görünür ki,Cavabdeh 2052 manat məbləğində almış olduğu avadanlığın qiymətini 31.10.2019-cu il tarixdən başlayaraq hər ay 114 manat ödəniş etməklə 31.03.2021-ci il tarixədək ödəməli idi. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 30 oktyabr 2019-cu il tarixli 01016398 saylı müqavilədən görünür ki,Cavabdeh "xxxx" MMC-dən 12 ay müddətinə alqı-satqı qiyməti 336 manat olan «Hoffmann X Ultra» markalı telefon almışdır. - 30 oktyabr 2019-cu il tarixli 01016398 saylı müqaviləyə Əlavədən görünür ki,Cavabdeh 336 manat məbləğində almış olduğu avadanlığın qiymətini 30.11.2019-cu il tarixdən başlayaraq hər ay 28 manat ödəniş etməklə 31.10.2020-ci il tarixədək ödəməli idi. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 28 noyabr 2019-cu il tarixli 01081617 saylı müqavilədən görünür ki,Cavabdeh "xxxx" MMC-dən ilkin olaraq 112 manat ödəməklə 12 ay müddətinə alqı-satqı qiyməti 676 manat olan «Samsung Galaxy A40» markalı telefon almışdır. - 28 noyabr 2019-cu il tarixli 01081617 saylı müqaviləyə Əlavədən görünür ki,Cavabdeh 676 manat məbləğində almış olduğu avadanlığın qiymətini 31.01.2020-ci il tarixdən başlayaraq hər ay 47 manat ödəniş etməklə 31.12.2020-ci il tarixədək ödəməli idi. - "xxxx" MMC-nin 30.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki,cavabdehin 1) 29 sentyabr 2019-cu il tarixli 00946964 saylı müqavilə üzrə 1451 manat ödənilməmiş hissə,cərimə borcu üzrə 444 (1.14 manat x 390 gün) manat olmaqla,cəmi 1895 manat borcu, 2) 30 oktyabr 2019-cu il tarixli 01016398 saylı müqavilə üzrə 224 manat ödənilməmiş hissə,cərimə borcu üzrə 67 (0.28 manat x 240 gün) manat olmaqla,cəmi 291 manat, 3) 28 noyabr 2019-cu il tarixli 01081617 saylı müqavilə üzrə 469 manat ödənilməmiş hissə,cərimə borcu üzrə 141 (0.47 manat x 300 gün) manat olmaqla,cəmi 610 manat, hər üç müqavilə üzrə ümumilikdə 2796 manat borcu vardır. - "xxxx" MMC tərəfindən cavabdehə göndərilmiş 14.01.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki,cavabdehə yaranmış borcla əlaqədar rəsmi məlumat verilməklə,öhdəliklərinin icra edilməsi tələb edilmiş və əks təqdirdə kreditin,kredit faizlərinin ödənilməsi barədə məhkəməyə iddia veriləcəyi nəzərinə çatdırılmışdır. - X3 ödənilmiş 16.03.2021-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki,iddiaçı məhkəmədə iddia qaldırılmasından ötrü 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə,yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə,öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən bəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər.Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki,Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.İddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilələrə əsasən cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehə qarşı irəli sürdüyü borcun tutulması tələbi əsaslıdır.Buna görə də,cavabdehdən 1) 29 sentyabr 2019cu il tarixli 00946964 saylı müqavilə üzrə 1451 manat ödənilməmiş hissə, 2) 30 oktyabr 2019-cu il tarixli 01016398 saylı müqavilə üzrə 224 manat ödənilməmiş hissə və 3) 28 noyabr 2019-cu il tarixli 01081617 saylı müqavilə üzrə 469 manat ödənilməmiş hissə müqavilədən irəli gələn öhdəlik icra edilmədiyinə görə tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıran məhkəmə hesab edir ki,həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir.Belə ki,cavabdehin öhdəliyini lazımınca icra etmədiyindən müqavilənin şərtlərindən irəli gələn dəbbə pulunu da iddiaçıya ödəməlidir.Lakin Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri,həm də bütün əsas mənafelər nəzərə alınır.Odur ki,məhkəmə 1) 29 sentyabr 2019-cu il tarixli 00946964 saylı müqavilə üzrə ödənilməsi tələb edilən 444 manat dəbbə pulunu bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə azaldaraq 120 manat, 2) 30 oktyabr 2019-cu il tarixli 01016398 saylı müqavilə üzrə ödənilməsi tələb edilən 67 manat dəbbə pulunu bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə azaldaraq 5 manat və 3) 28 noyabr 2019-cu il tarixli 01081617 saylı müqavilə üzrə ödənilməsi tələb edilən 141 manat dəbbə pulunu bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə azaldaraq 10 manat həddində müəyyən edilməsini ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu,ziyan və dəbbə pulunu (cərimə,penya) ayrıayrılıqda müəyyən etməklə alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə,məhkəmə iclasında tədqiq olunmuş sübutları məcmu halında qiymətləndirərək və yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1) 29 sentyabr 2019-cu il tarixli 00946964 saylı müqavilə üzrə 1451 manat ödənilməmiş hissə,120 manat cərimə borcu, 2) 30 oktyabr 2019-cu il tarixli 01016398 saylı müqavilə üzrə 224 manat ödənilməmiş hissə,5 manat cərimə borcu, 3) 28 noyabr 2019-cu il tarixli 01081617 müqavilə üzrə 469 manat ödənilməmiş hissə,10 manat cərimə borcu olmaqla,ümumilikdə hər üç müqavilə üzrə 2279 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 77, 88, 106, 172-179, 182, 183,192, 209-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1) 29 sentyabr 2019-cu il tarixli 00946964 saylı müqavilə üzrə 1451 (bir min dörd yüz əlli bir) manat ödənilməmiş hissə,120 (bir yüz iyirmi) manat cərimə borcu, 2) 30 oktyabr 2019-cu il tarixli 01016398 saylı müqavilə üzrə 224 (iki yüz iyirmi dörd) manat ödənilməmiş hissə,5 (beş) manat cərimə borcu, 3) 28 noyabr 2019-cu il tarixli 01081617 saylı müqavilə üzrə 469 (dörd yüz altmış doqquz) manat ödənilməmiş hissə,10 (bir on) manat cərimə borcu olmaqla, ümumilikdə hər üç müqavilə üzrə 2279 (iki min iki yüz yetmiş doqquz) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar