Məhkəmə qərarları › İş №2(077)-302/2024

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-302/2024

04.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-302/2024 04.12.2024 ŞUŞA RAYON MƏHKƏMƏSİ X4 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi, iddiaçıların nümayəndəsi Nümayəndə ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onların xeyrinə vurulan ziyana görə 7000 manat, həmin ziyanın aradan qaldırılmasına görə 3000 manat olmaqla, cəmi 10000 manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbini onunla əsaslandırmışlar ki, 2023-cü ilin iyul ayından həkim-stomatoloq olan cavabdeh onlara diş implantı qoymaq üçün Aristokrat klinikasında müalicəyə başlamışdır. Cavabdeh ümumilikdə onlardan müalicə üçün 7000 manat pul alsa da, implantı tam icra etməyərək müalicələri yarımçıq saxlamışdır. Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X2 xx.xx.2024-cü il tarixli, KEŞ-561 saylı ekspert rəyinə görə, tibbi manipulyasiyalarda sağlamlığa zərər vurmanın dərəcəsinin təyini nəzərə alınmır. İddiaçı1 əng və çənə sümüyündə dental implant aşkar edilmişdir. Qoyulan implantlar qismən yerinə yetirilib və əngdə olan implantların sol tərəfdə sağa nisbətən sayı qənaətbəxş deyil. Əməliyyat qismən aparılmışdır. Cavabdehin müvafiq profil üzrə sertifıkasiya şəhadətnaməsi olmamışdır. Müvafiq tibbi sənədlər tərtib edilməmişdir. Əməliyyat natamam aparılmış, başa çatdırılmamışdır. Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X2 xx.xx.2024-cü il tarixli, KEŞ-561.1 saylı ekspert rəyinə görə, tibbi manipulyasiyalarda sağlamlığa zərər vurmanın dərəcəsinin təyini nəzərə alınmır. İddiaçı2 mütəxəssis müayinəsi zamanı əng və çənə sümüyündə dental implant qeyd olunur, qoyulan implantlar qismən yerinə yetirilmiş, həmçinin çənədə sağ tərəfdə axırıncı implant nevral sinirə kompressiya verdiyindən implant çıxarılmalıdır. İlkin olaraq cavabdehə 1600 manat məbləğində pulu əlbəəl, 1100 manat pulu “Milliön” ödəniş terminalı vasitəsi ilə, daha sonra 2900 manat, 1000 manat, 400 manat pulu isə kart hesabından ödəniş etmişlər. Cavabdeh sonradan işi yarımçıq saxlamış, həmçinin öz işini düzgün yerinə yetirməmişdir. Cavabdehin vurduğu ziyanın aradan qaldırılması üçün əlavə olaraq başqa həkimlərə getmiş və nəticədə 3000 manat da xərcləri çıxmışdır. Sonradan məlum olmuşdur ki, cavabdeh bu iş üzrə mütəxəssis deyildir, bu işi özbaşına yerinə yetirmişdir. Hər ikisi əlil və məcburi köçkün statusu daşıyır. İş materiallarına əlavə edilmiş sübutlar ziyanı, nəticəsini və bu ikisi arasındakı səbəbli əlaqəni təsdiq edir. Belə olduğu halda mülki məsuliyyət məsələsi formalaşır və öz hüquqi qiymətini almalıdır. İddiaçılar daha sonra iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh gördüyü işin yararsız fəsadlarını aradan qaldırmaq üçün 988 manat məbləğində pul xərclədiklərini göstərmiş, cavabdehdən onların xeyrinə cəmi 10988 manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların nümayəndəsinin izahatını dinləyib, toplanmış materialları tam və hərtərəfli araşdıraraq, məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nərimanov rayon prokurorunun köməkçisi X3 “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, İddiaçı1 xx.xx.2024-cü il tarixdə ərizə ilə Nərimanov rayon prokurorluğuna müraciət edərək özü və övladı İddiaçı2 üçün implant diş qoydurmaq məqsədi ilə 2023-cü ilin iyul ayından “Aristokrat” klinikasında həkim stomatoloq Cavabdeh tərəfindən müalicəyə başlamış, sonuncu onlardan müayinə və müalicə üçün 7000 manat məbləğində pul vəsaitini alsa da, implantı tam icra etməyərək müalicələrini yarıda saxlamışdır. Araşdırma zamanı izahatı alınmış İddiaçı1 izahatında göstərmişdir ki, onun və oğlu İddiaçı2 dişlərində problem olduğu üçün xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Aristokrat” klinikasında həkim stomatoloq Cavabdeh qəbuluna getmişlər. Hər ikisinin dişləri rentgen edildikdən sonra, Anar həkim rentgenin cavabları ilə tanış olmuşdur. Onun və Rasimin üst və alt dişləri olmadığı üçün Anar həkimdən onlara diş implantı etməsini xahiş etmişlər. Aralarında olan razılaşmaya əsasən Anar həkim Rasimlə onun hər birinə 28 diş implant etməli olmuşdur. Cəmi 56 diş üçün Anar həkimə 8000 manat pul ödəməli olmuşlar. Həmin gün Anar həkimin təqdim etdiyi kart hesabına 2900 manat ödəniş etmiş, xx.xx.2023-cü il tarixdə Anar həkim onun alt çənəsini, xx.xx.2023-cü il tarixdə isə oğlu Rasimin alt çənəsini əməliyyat etmişdir. Həmin gün oğlu Azər, Anar həkimin təqdim etdiyi karta 1600 manat pul göndərmişdir. xx.xx.2023-cü il tarixdə Anar həkim onun üst çənəsində əməliyyat aparmışdır. xx.xx.2023-cü il tarixdə oğlu Azər Anar həkimin kartına 1500 manat pul göndərmişdir. Bundan sonra bir neçə dəfə özü və oğlu Rasim, Anar həkimin yanında müayinədə olmuşlar. Həkim onlara 2023-cü ilin oktyabr ayının əvvəlində diş implantını tamamilə yekunlaşacığını bildirsə də, sonradan işlərində problem olduğunu, kursa getdiyini, şəxsi problemlərinin olduğunu bildirib, onun və oğlunun dişlərini tam implant etməmişdir. 2024-cü ilin fevral ayında Anar həkimlə əlaqə saxladıqda o iş yerini dəyişdiyini bildirmişdir. 2024-cü ilin mart ayında oğlu Rasimlə Anar həkimin yeni işlədiyi “Refleks Smile” klinikasına getmiş, lakin Anar həkimi orada görməmişlər. Həmin ərəfədə oğlu Azər, Anar həkimə yenidən 1000 manat pul göndərmişdir. xx.xx.2024-cü il tarixdə oğlu Rasimlə yenidən Anar həkimin yanına getsələr də, onu həmin klinikada görməmişlər. Anar həkim telefonlarına cavab vermədiyindən, işinə səhlənkar yanaşdığı üçün məcbur qalıb şikayət ərizəsi ilə müraciət etmişlər. Hazırda dişləri olmadığına görə rahat danışa bilmir, yemək yeməkdə çətinlik çəkir, mədə xəstəliyindən əziyyət çəkirlər. Ona görə də, Anar həkimə ödədikləri 7000 manat pulun sonuncudan alınaraq onlara qaytarılmasına köməklik göstərilməsini xahiş edir. Araşdırma materiallarına əlavə edilmiş “X5” tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 367 nömrəli məktubdan görünür ki, İddiaçı1 Əfşər qızı və İddiaçı2 qeyd edilən mərkəzdə stomatoloji xidmət aparılmasına icazə verilməsinə görə heç bir tibbi karta açılmamış və klinikada qeydiyyat şöbəsində qeydiyyatdan keçməmişlər. Həkim-stomatoloq Cavabdeh müəyyən xəstələri qeydiyyatdan keçirtmədiyinin səbəbini soruşduqda sonuncu həmin xəstələrin onun ailə üzvləri olduğunu, şəhid ailə üzvləri və ya qazi olduqlarını bildirmişdir. Cavabdeh onlara bildirdiyinə görə “Şuşa“ poliklinikasında həkim stomatoloq vəzifəsində işləmiş, bu səbəbdən xəstələri qeydiyyatdan keçirtmədiyi onlarda şübhə yaratmamış və sənədlərin əsillərini poliklinika arxivində olduğunu və gətirəcəyini bildirmişdir. Cavabdeh “X5”nə 1 aylıq sınaq müddətinə stomatoloq vəzifəsinə işə qəbul olunmuş, sınaq müddəti ərzində həkimliyi təsdiq edəcək sertifikasiya sənədini təqdim etmədiyinə görə və əmək funskiyasını keyfiyyətlə yerinə yetirmədiyinə görə daimi işlə təmin olunmayaraq işdən azad edilmişdir. Həmin materiallara əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli 3-28/2-5524/2024 nömrəli məktubdan görünür ki, “Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestri”ndə Cavabdeh adlı şəxs barədə məlumatlar müəyyən edilməmişdir. Material üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji-Anatomiya Birliyi” X6 təqdim edilmiş xx.xx.2024-cü il tarixli KEŞ-561 saylı ekspert rəyindən görünür ki, tibbi manipulyasiyalarda sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərə alınmır. İddiaçı1 adına tibbi sənədlər olmadığından ona aparılmış müayinə və müalicələr barədə fikir söylənilməsi mümkün olmamış, İddiaçı1 mütəxəssiz müayinəsi zamanı əng və çənə sümüyündə dental implant qeyd olunmuşdur. Qoyulan implantlar qismən yerinə yetirilmişdir. Əngdə olan implantların sol tərəfdə sağa nisbətən sayı qənaətbəxş deyil. Qeyd olunanları nəzərə alaraq İddiaçı1 implantasiya əməliyyatı qismən aparılmışdır. Cavabdeh müvafiq profil üzrə sertifikasiya şəhadətnaməsi olduğu halda o, İddiaçı1 üzərində implantasiya əməliyyatını apara bilərdi. Material üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibb Ekspertiza və Patoloji-Anatomiya Birliyi” X6 təqdim edilmiş xx.xx.2024-cü il tarixli KEŞ-561.1 saylı ekspert rəyindən görünür ki, tibbi manipulyasiyalarda sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərə alınmır. İddiaçı2 adına tibbi sənədlər olmadığından ona aparılmış müayinə və müalicələr barədə fikir söylənilməsi mümkün olmamış, İddiaçı2 mütəxəssis müayinəsi zamanı əng və çənə sümüyündə dental implant qeyd olunmuşdur. Qoyulan implantlar qismən yerinə yetirilmiş, həmçinin çənədə sağ tərəfdə axırıncı implant nevral sinirə kompressiya verdiyindən çıxarılmalıdır. Cavabdeh müvafiq profil üzrə sertifikasiya şəhadətnaməsi olduğu halda o, İddiaçı2 üzərində implantasiya əməliyyatını apara bilərdi. Təkrar komisyon məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli KEŞ- 676 saylı rəyindən görünür ki, İddiaçı1 ilkin məhkəmə-tibbi müayinəsinin nəticələrinə dair xx.xx.2024-cü il tarixli KEŞ-561 saylı ekspert rəyində göstərilən xüsusatlar təsdiq olunmuşdur. Təkrar komisyon məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli KEŞ- 676.1 saylı rəyindən görünür ki, İddiaçı2 ilkin məhkəmə-tibbi müayinəsinin nəticələrinə dair xx.xx.2024-cü il tarixli KEŞ-561.1 saylı ekspert rəyində göstərilən xüsusatlar təsdiq olunmuşdur. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı1 Əfşər qızı və İddiaçı2 xx.xx.2023-cü il tarixdən etibarən ünvan 1 ünvanında yerləşən “X5”ndə həkim-stomatoloq Cavabdeh tərəfindən müayinə olunmuş, müayinələrdən sonra həmin klinikada həkim stomatoloq Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə İddiaçı1, xx.xx.2023-cü il tarixdə isə İddiaçı2 alt çənəsində əməliyyat icra edilmişdir. Bundan sonra Cavabdeh xx.xx.2023-cü il tarixdə yenidən İddiaçı1 üst çənəsində əməliyyat icra etmiş, sonrakı müddətdə İddiaçı1 və İddiaçı2 bir neçə dəfə Cavabdeh yanında müayinədə olmuşdurlar. Cavabdeh 2023-cü ilin oktyabr ayının əvvəlində diş implantının tamamilə yekunlaşacağını bildirsə də, implantlar natamam yerinə yetirilmişdir. Belə olan halda “X5”ndə İddiaçı1 Əfşər qızına və İddiaçı2 həkim-stomatoloq Cavabdeh tərəfindən implant qoyulmasının natamam yerinə yetirilməsində səhlənkarlığa yol verməsi aşkar edilmiş, həkim səhvi müəyyən olunmadığından, toplanmış materialda cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmiş, “X5” MMC-nin və MMC-nin direktoru X1 əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1 və 215.4-cü maddələrinin, Cavabdeh əməlində həmin Məcəllənin 210.1-ci maddəsinin tərkib əlamətləri mövcud olduğundan barələrində inzibati xəta haqqında iş üzrə icraat başlanılması məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Nərimanov rayon prokuroruna məlumat verilməsi, İddiaçı1 7.000 manat maddi ziyan vurulması və həmin pul vəsaitinin geri qaytarılmasına dair xüsusatlar mülki xarakterli olduğundan, hüquqlarınının müdafiəsi üçün qanunla müəyyən edilmiş qaydada müvafiq məhkəməyə müraciət etmək hüququnun olması izah edilməsi qərara alınmışdır. İddiaçılar tərəfindən təqdim edilərək, iş materiallarına əlavə olunmuş, tərəflər arasında aparılmış “WhatsApp” danışıqlarının yazıldığı audio diskin dinlənilməsi nəticəsində müəyyən olunmuşdur ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 ilə Cavabdeh diş implantlarının və implantüstü protezlərin qoyulması ilə bağlı 8500 manata razılığa gəlmişdirlər. İddiaçılar tərəfindən ilkin olaraq cavabdehə 2900 manat ödəniş edilmişdir. Cavabdeh 1600 manat ödəniş edilməsini xahiş etmiş, qalan 4000 manata 10 faiz endirim edəcəyini və qalıq 3600 manatın dişlər tam quraşdırıldıqdan sonra ödənilməli olduğunu bildirmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli qəbzlərdən görünür ki, müvafiq olaraq 523915xxxx7243 nömrəli kartdan 409858xxxx4902 nömrəli karta 2900 manat, 409858xxxx7307 nömrəli karta 1000 manat və 510307xxxx8368 nömrəli kartdan 461386xxxx8322 nömrəli karta 400 manat ödəniş həyata keçirilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 461907 və 461908 nömrəli mədaxil qəbzlərindən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 implantüstü protezlərin qoyulması üçün "xxxx" MMC-nin hesabına hər biri 1900 manat olmaqla, cəmi 3800 manat ödəniş etmişdirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 64.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın qüvvəyə minmiş qərarları, habelə göstərişləri, çağırışları və digər qanuni müraciətləri bütün dövlət orqanları, fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının ərazisində şərtsiz icra edilməlidir. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları kimi təsbit edilmişdir. Qeyd olunanlara nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin başqa şəxsə zərər vurulması ilə bağlı normaları müvafiq qaydada tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması мülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən зərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyəşəraitindəəldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən мülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən дelikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən мülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh iddiaçılar İddiaçı1 Əfşər qızına və İddiaçı2 diş implantları qoyulmasının natamam yerinə yetirilməsində səhlənkarlığa yol verməsi nəticəsində bir implantın nevral sinirə kompressiya verdiyindən, daha bir implant isə yararsız olduğundan çıxarılmışdır. Bununla yanaşı iddiaçılar cavabdehə cəmi 7000 manat pul verdiklərini iddia etsələr də, bu barədə mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdirlər. Həmçinin, Nərimanov rayon prokurorluğunda müraciəti əsasında aparılmış araşdırma zamanı İddiaçı1 Əfşər qızı izahatında cəmi 56 diş üçün cavabdehə 8000 manat pul ödəməli olduqlarını, xx.xx.2023-cü il tarixdə sonuncunun təqdim etdiyi kart hesabına 2900 manat ödəniş etdiklərini, oğlu Azərin cavabdehin təqdim etdiyi karta xx.xx.2023-cü il tarixdə 1600 manat, xx.xx.2023-cü il tarixdə 1500 manat, 2024-cü ilin mart ayında isə 1000 manat pul göndərdiyini göstərsə də, iddiaçılar məhkəməyə verdikləri iddia ərizəsində ilkin olaraq cavabdehə 1600 manat məbləğində pulu əlbəəl verdiklərini, 1100 manat pulu “Milliön” ödəniş terminalı vasitəsi ilə, daha sonra 2900 manat, 1000 manat, 400 manat pulu isə kart hesabından ödəniş etdiklərini qeyd etmişdirlər. Belə olan halda məhkəmənin gəldiyi qənaətə görə, iddiaçıların cavabdehə cəmi 7000 manat pul vermələri barədə gətirdikləri dəlillər ziddiyyətli olmaqla, iş üzrə mötəbər sübut kimi qəbul edilə bilməz və məhkəmə hesab edir ki, iddiaçılar cavabdeh tərəfindən onlara vurulmuş maddi ziyanın məbləğini sübuta yetirə bilməmişdirlər. Digər tərəfdən, tərəflər arasında aparılmış “WhatsApp” danışıqlarının məzmunundan, təqdim olunmuş mədaxil qəbzlərindən müəyyən olunur ki, iddiaçılar tərəfindən cavabdehə ümumilikdə ödənilməli 8100 manatdan cəmi 4300 manat məbləğində pul ödənilmişdir. Qalan məbləğin implantüstü protezlər qoyulduqdan sonra ödənilməsi razılaşdırılmışdır. Cavabdehin maddi problemlərlə bağlı həmin pulun ödənilməsini xahiş etməsinə baxmayaraq, iddiaçı tərəf həmin məbləği dişlər qoyulduqdan sonra ödəyəcəyini bildirmişdir. İddiaçılar borclu qaldıqları 3800 manat məbləğini "xxxx" MMC-nin hesabına ödəyərək, implantüstü protez qoydurmuşlar. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarına əsasən, məhkəmə araşdırması nəticəsində Cavabdeh tərəfindən iddiaçılar İddiaçı1 Əfşər qızına və İddiaçı2 2 ədəd yararsız diş implantının qoyulmasının sübuta yetirilməsini nəzərə alıb, göstərilən normaların tələblərinə əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Azərbaycan Respublikasında diş implantlarının birinin orta qiymətinin 500 manat olması əsas götürülməklə, cavabdehdən 2 ədəd yararsız implantlara görə iddiaçılara vurulmuş ziyana görə 1000 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıların xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə əsassız olduğuna görə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərə görə 1000 (bir min) manat məbləğində pul vəsaiti tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar