Məhkəmə qərarları › İş №2(077)-309/2021

Şuşa Rayon Məhkəməsi Qərardad — İş №2(077)-309/2021

12.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şuşa rayonu İş № 2(077)-309/2021 12.08.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı «kreditin və kredit faizinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" KB ASC Cavabdeh dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh 03.11. 2020-ci il tarixli müqavilə üzrə 759,66 manat məbləğində əsas borcun, 29,84 manat məbləğində faiz borcu, 0,42 manat məbləğində cərimə borcu olmaqla,cəmi 789,92 manat məbləğində pulun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi və Cavabdeh dəfələrlə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq,məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər,eləcə də,işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. İş materiallarından göründüyü kimi mülki iş dəfələrlə məhkəmə baxışına təyin olunmuş,lakin iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi və Cavabdeh məhkəmə iclasına gəlməmişlər,gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər.Ona görə də,iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 260,263,264,267 və 268-ci maddələrinin rəhbər tutaraq,məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı «kreditin və kredit faizinin ödənilməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan alındığı vaxtdan 10(on) gün müddətində Şuşa Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar