Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-31/2022 24.02.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ilə məhkəməyə müraciət edərək,Cavabdeh 632,09 (altı yüz otuz iki manat doqquz qəpik) manat məbləğində pulun, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun və zaminlik müqaviləsinin alınması üçün ödənilmiş 10 (on) manat məbləğində pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə gedişatı zamanı İddiaçı “iddia tələbinin həcminin artırılması” barədə ərizə verərək,Cavabdeh 1537,26 (bir min beş yüz otuz yeddi manat iyirmi altı qəpik) manat məbləğində pulun, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun və zaminlik müqaviləsinin alınması üçün ödənilmiş 10 (on) manat məbləğində pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,İddiaçı "xxxx" ASC ilə bağlamış olduğu 08.12.2017-ci il tarixli 179CLM********** saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh zamin durmuşdur.Cavabdeh bankdan 12000 manat məbləğində kredit götürmüş,əvvəllər öhdəliyini vaxtında icra etsə də,sonradan ödənişləri dayandırmışdır.Bu səbəbdən "xxxx" ASC kredit borcunun bir hissəsini,yəni 21.10.2021-ci il tarixdə 632,09 manat,22.12.2021-ci il tarixdə 632,09 manat və 28.01.2022-ci il tarixdə 273,08 manat olmaqla,cəmi 1537,26 manat pulu onun əmək haqqından tutmuşdur.Həmçinin məhkəməyə müraciət etmək üçün bankdan zaminlik müqaviləsinin surətini və hesabdan çıxarışı almış və xidmət haqqı olaraq 10 manat pul ödəmişdir.Hazırda qeyd edilən məbləğlərin Cavabdeh tutularaq ona ödənilməsini xahiş etmişdir. İddiaçı və Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər.İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək,Göyçay şəhərində yaşadığından məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilib,yekun qərar qəbul edilməsini xahiş etmişdir.Cavabdeh isə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilib,lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Həmin Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdəki sənədləri tam,hərtərəfli araşdırıb belə qərara gəlir ki,iddia tələbi təmin olunmalıdır. Mülki işin materiallarında olan: - "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 08.12.2017-ci il tarixli Z-179CLM********** saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı bank qarşısında Cavabdeh ilə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. - "xxxx" ASC-nin 01.02.2021-ci il tarixdən-09.02.2022-ci il tarixədək ödəniş kartı üzrə çıxarışından görünür ki, İddiaçı 416974******4959 nömrəli kartından 21.10.2021-ci il tarixdə 632,09 manat,22.12.2021-ci il tarixdə 632,09 manat və 28.01.2022-ci il tarixdə 273,08 manat pul zamin kredit borcu üzrə silinmişdir. - "xxxx" ASC-nin 03.12.2021-ci il tarixli ********* saylı qəbzdən görünür ki,iddiaçı məhkəmədə iddia qaldırılmasından ötrü 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Məhkəmə tərəfindən müəyyən edildi ki,İddiaçı "xxxx" ASC ilə bağlamış olduğu 08.12.2017-ci il tarixli Z-179CLM********** saylı zaminlik müqaviləsinə əsasən bank qarşısında Cavabdeh ilə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüş,lakin Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyindən bank 1537,26 manat məbləğində kredit borcunu İddiaçı tutumuşdur. Məhkəmə hesab edir ki,Cavabdeh "xxxx" ASC-yə olan kredit borcuna görə 1537,26 manat məbləğində pul zamin-hazırkı iş üzrə İddiaçı tərəfindən ödənildiyindən və kreditorun həmin öhdəlik üzrə hüquqları zaminin kreditorun tələbini ödədiyi həcmdə keçdiyindən İddiaçı tərəfindən qeyd olunan öhdəlik üzrə ödənilmiş 1537,26 manat məbləğində pul Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki,iddia təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumu və 10 manat bank xərci cavabdehə aid edilməlidir. İş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki,iddia tələbi təmin edilməli,Cavabdeh 1537,26 manat məbləğində borc pul,bankdan zaminlik müqaviləsinin və hesabdan çıxarışın alınması üçün ödənilmiş 10 manat və 30 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1537,26 (bir min beş yüz otuz yeddi manat iyirmi altı qəpik) manat məbləğində borc,bankdan zaminlik müqaviləsinin və hesabdan çıxarışın alınması üçün ödənilmiş 10 (on) manat və 30 (otuz) manat məbləğində dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(077)-31/2022
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-31/2022
24.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver