Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-310/2021 08.09.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 106,37 (bir yüz altı ABŞ dolları otuz yeddi sent) ABŞ dolları əsas borc, 88,88 (səksən səkkiz ABŞ dolları səksən səkkiz sent) ABŞ dolları faiz borcu,824,58 (səkkiz yüz iyirmi dörd ABŞ dolları əlli səkkiz sent) ABŞ dolları cərimə borcu,10,11 (on ABŞ dolları on bir sent) ABŞ dolları kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu olmaqla,cəmi 1029,94 (bir min iyirmi doqquz ABŞ dolları doxsan dörd sent) ABŞ dolları məbləğində borc və ərizəyə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X5 izahatında göstərdi ki,İddiaçı ASC ilə Cavabdeh1 arasında 02 fevral 2015-ci il tarixli ********* saylı kredit müqaviləsi imzalanmışdır.Həmin müqaviləyə əsasən borcluya şəxsi istehlak məqsədləri üçün 18 ay müddətinə illik 31% hesablanmaqla 2560 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi İddiaçı ASC ilə Cavabdeh2 arasında 02 fevral 2015-ci il tarixli 390009921/ZM saylı zaminlik müqaviləsi imzalanmış və Cavabdeh2 Cavabdeh1 zamin durmuşdur.Müqavilə bağlanan an cavabdehlərə üzərlərinə götürdükləri öhdəliyin məsuliyyəti izah edilmişdir.Lakin buna baxmayaraq cavabdeh ödəməli olduğu kredit borcunu vaxtında ödəməmişdir.Bu səbəbdən bankla Cavabdeh1 arasında 02 fevral 2015ci il tarixli ********* saylı kredit müqaviləsinə 22 may 2015-ci il tarixli 01/15-ƏS saylı əlavə saziş imzalanmış və kredit müqaviləsinin müddəti 22.11.2017-ci il tarixədək uzadılmışdır.Həmçinin bankla Cavabdeh2 arasında 02 fevral 2015-ci il tarixli 390009921/ZM saylı zaminlik müqaviləsinə 22 may 2015-ci il tarixli 01/15-ƏS saylı əlavə saziş imzalanmışdır.Lakin cavabdeh yenə də ödəmələrində çətinlik çəkdiyindən bankla Cavabdeh1 arasında 02 fevral 2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə 27 aprel 2017-ci il tarixli 02 nömrəli saziş imzalanmış və kredit öhdəliyinin qalığı,restrukturizasiya edilmiş 1527,85 ABŞ dolları məbləğində borc 27.04.2018-ci il tarixədək qaytarılması şərtləşdirilmişdir.Həmin sazişə əsasən bankla Cavabdeh2 arasında 02 fevral 2015-ci il tarixli 390009921/ZM saylı zaminlik müqaviləsi üzrə 27 aprel 2017-ci il tarixli 02 nömrəli saziş imzalanmışdır.Bank tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri yerinə yetirsə də,cavabdehlər qeyd edilən müqavilələr üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişlər.Kredit müqaviləsinə əsasən cavabdehin 01.02.2021-ci il tarixinə əsas borcu 106,37 ABŞ dolları, faiz borcu 88,88 ABŞ dolları, cərimə borcu 824,58 ABŞ dolları və gecikdirilmiş vaxt üçün hesablanmış 10,11 ABŞ dolları faiz borcu olmaqla,cəmi 1029,94 ABŞ dolları təşkil edir.Borcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh1 götürdüyü borcun qalıq məbləğinin qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehlərə göndərilmiş pretenziya (xəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Müqavilə şərtləri müqavilə bağlayan tərəflər üçün məcburidir və müqavilənin bütün bəndləri icra edilməli və ya müqavilə şərtlərini pozmuş tərəf müqavilə ilə nəzərdə tutulmuş cəriməni əsas borcla birgə digər tərəfə ödəməlidir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq,məhkəmə iclasına gəlməmişlər,gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə,yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin rəyini nəzərə alaraq işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsinin izahatını dinləyib,işdəki sənədləri tam,hərtərəfli araşdırıb məhkəmə belə qərara gəlir ki,iddia tələbi aşağıda qeyd olunanlara əsasən qismən təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş: - İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 02 fevral 2015-ci il tarixli ********* saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 illik 31% faiz dərəcəsi ilə 18 ay ərzində ödənilməsi şərti ilə 2560 ABŞ dolları məbləğində kredit verilmişdir. - Kredit ödəniş cədvəlindən görünür ki,Cavabdeh1 2560 ABŞ dolları məbləğində almış olduğu krediti 02.03.2015-ci il tarixindən başlayaraq hər ay 179,70 ABŞ dolları,sonuncu ay 179,65 ABŞ dolları ödəniş etməklə 02.08.2016-cı il tarixinədək ödəməli idi. - İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 02 fevral 2015-ci il tarixli 390009921/ZM saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 bank qarşısında Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. - İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 02 fevral 2015-ci il tarixli ********* saylı kredit müqaviləsinə 22 may 2015-ci il tarixli 01/15-ƏS saylı əlavə sazişdən görünür ki,tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti 22.11.2017-ci il tarixədək uzadılmışdır. - Kredit hesabı üzrə qrafikdən görünür ki,Cavabdeh1 2321,68 ABŞ dolları məbləğində krediti 22.06.2015-ci il tarixindən başlayaraq hər ay 112,17 ABŞ dolları,sonuncu ay 111,95 ABŞ dolları ödəniş etməklə 22.11.2017-ci il tarixinədək ödəməli idi. - İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 02 fevral 2015-ci il tarixli 390009921/ZM saylı zaminlik müqaviləsinə 22 may 2015-ci il tarixli 01/15-ƏS saylı sazişə əsasən tərəflər kredit müqaviləsinin müddətinin 22.11.2017-ci il tarixədək uzadılmasını razılaşdırmışlar. - İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 02 fevral 2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə 27 aprel 2017-ci il tarixli 02 nömrəli əlavə sazişdən görünür ki,kredit öhdəliyinin qalığı,restrukturizasiya edilmiş 1527,85 ABŞ dolları məbləğində borc 27.04.2018-ci il tarixədək qaytarılması şərtləşdirilmişdir. - Kredit hesabı üzrə qrafikdən görünür ki,Cavabdeh1 783,67 ABŞ dolları məbləğində krediti 27.05.2017-ci il tarixindən başlayaraq hər ay 68,90 ABŞ dolları ödəniş etməklə 27.04.2018-ci il tarixinədək ödəməli idi. - İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 02 fevral 2015-ci il tarixli 390009921/ZM saylı zaminlik müqaviləsi üzrə 27 aprel 2017-ci il tarixli 02 saylı əlavə sazişə əsasən tərəflər kredit müqaviləsinin müddətinin 27.04.2018-ci il tarixədək uzadılmasını razılaşdırmışlar. - Ləğv prosesində olan İddiaçı ASC-nin 15.03.2021-ci il tarixli **********850 saylı maliyyə arayışından görünür ki,02 fevral 2015-ci il tarixli ********* saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 01.02.2021-ci il tarixinə Ləğv prosesində olan İddiaçı ASC-yə olan borcu 106,37 ABŞ dolları əsas borc,88,88 ABŞ dolları faiz borcu,824,58 ABŞ dolları cərimə borcu və 10,11 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla, cəmi 1029,94 ABŞ dolları təşkil edir. - X4 01.07.2021-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılmasından ötrü 30 manat məbləği dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki,İddiaçı ASC ilə Cavabdeh1 arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi və Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış,həmin müqaviləyə əsasən tərəflər arasında öhdəlik yaranmış,iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş,lakin cavabdehlər isə üzərlərinə düşən öhdəlikləri pozaraq lazımınca yerinə yetirməmişlər.Nəticədə 106,37 ABŞ dolları əsas borc,88,88 ABŞ dolları faiz borcu,824,58 ABŞ dolları cərimə borcu və 10,11 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla,1029,94 ABŞ dolları borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn,pulu ödəməli,əmlakı verməli,iş görməli,xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə,öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə,onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi,mallarda,işlərdə və xidmətlərdə) qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilməmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə,borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda,o,kredit müqaviləsi adlandırılır. Sadalanan qanunvericilik aktlarına və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki,Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehə qarşı irəli sürdüyü kredit müqaviləsi üzrə borcun tutulması tələbi əsaslıdır.Cavabdehdən 02 fevral 2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə 106,37 ABŞ dolları əsas borc,müqavilə müddətinin bitmə tarixinə hesablanmış 88,88 ABŞ dolları faiz borcu və 10,11 ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz məbləği tutulmalıdır. Dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıran məhkəmə hesab edir ki,həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir.Belə ki,cavabdehin öhdəliyini lazımınca icra etmədiyindən müqavilənin şərtlərindən irəli gələn dəbbə pulunu da iddiaçıya ödəməlidir.Lakin Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri,həm də bütün əsas mənafelər nəzərə alınır.Odur ki,məhkəmə ödənilməsi tələb edilən 824,58 ABŞ dolları dəbbə pulunu bütün əsaslı mənafeləri nəzərə alaraq və tənasübsüz surətdə azaldaraq 20 ABŞ dolları həddində müəyyən edilməsini ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 02 fevral 2015-ci il tarixli 390009921/ZM saylı zaminlik müqaviləsinə əsasən cavabdeh bank qarşısında Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür.Məhkəmə hesab edir ki,zaminlik müqaviləsinin şərtləri Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla tətbiq edilməlidir.Həmçinin Mülki Məcəllənin 367-ci maddəsinin tələbləri baxımından nəzərə alınmalıdır ki,müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir və zaminlik müqaviləsi verilmə müddətinin göstərilməsi ilə müəyyənləşdirilməlidir.Bu baxımdan məhkəmə qeyd edir ki, 02 fevral 2015-ci il tarixli ********* saylı kredit müqaviləsi və həmin müqavilə üzrə 27 aprel 2017-ci il tarixli 02 nömrəli əlavə saziş üzrə zaminlik konkret müddət təyin edilməklə verilmişdir.Buna görə də,Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir.Bu halda müəyyənləşdirilməli olan məsələ əsas öhdəliyin icrasının vaxtının hansı andan çatdığıdır. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 02 fevral 2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə 27 aprel 2017-ci il tarixli 02 nömrəli əlavə sazişdə tərəflər razılaşmışlar ki,borcalan borcu və hesablanmış faizləri kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə,ödəniş cədvəlinə uyğun ödəyir,birinci ödəniş 27.05.2017-ci il tarixdə,sonuncu ödəniş 27.04.2018-ci il tarixdə həyata keçirilməli idi.Tərəflər arasında bağlanılmış müqavilənin şərtlərindən göründüyü kimi onlar kredit borcunu və ona hesablanmış faizləri ən geci 27.04.2018-ci il tarixdə qaytarılmasını razılaşdırmışlar. Beləliklə,məhkəmə hesab edir ki, 02 fevral 2015-ci il tarixli ********* saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu və zamin birgə və eyni həcmdə məsuliyyət daşısalar da,iddiaçı zaminə qarşı 27.04.2019-cu il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda bu hüququndan istifadə etməmiş,əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı zaminə qarşı heç bir tələb irəli sürülməmişdir.Bilavasitə qanundan irəli gəldiyi,eləcə də,bankın zaminlərə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində keditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir.Həmçinin məhkəmə qeyd edir ki,zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir.Buna görə də,onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Göstərilənləri nəzərə alaraq məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə yaranmış borcun zamin Cavabdeh2 tutulmasına dair hissəsi ilə razılaşmır və hesab edir ki, qanunvericiliklə müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədiyindən zaminin hazırki tələb üzrə məsuliyyəti istisna edilir,bu səbəbdən iddia tələbi zamin Cavabdeh2 aid hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki,iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu,ziyan və dəbbə pulunu (cərimə,penya) ayrıayrılıqda müəyyən etməklə alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə,qeyd olunanlara əsasən məhkəmə hesab edir ki,iddia qismən təmin ediməli, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 02 fevral 2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə Cavabdeh1 106,37 ABŞ dolları əsas borc,88,88 ABŞ dolları faiz borcu,20 ABŞ dolları cərimə borcu,10,11 ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz məbləğ olmaqla,cəmi 225,36 ABŞ dolları məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 77, 88, 106, 172-179, 182, 183,192, 209-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 02 fevral 2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə Cavabdeh1 106,37 (bir yüz altı ABŞ dolları otuz yeddi sent) ABŞ dolları əsas borc,88,88 (səksən səkkiz ABŞ dolları səksən səkkiz sent) ABŞ dolları faiz borcu,10,11 (on ABŞ dolları on bir sent) ABŞ dolları kredit müqaviləsinin müddəti bitəndən sonra hesablanmış faiz məbləği,20 (iyirmi) ABŞ dolları cərimə borcu olmaqla,cəmi 225,36 (iki yüz iyirmi beş ABŞ dolları otuz altı sent) ABŞ dolları məbləğində borc ödənilən vaxtı manata məzənnəsi ilə və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia zamin Cavabdeh2 münasibətdə təmin edilməsin. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(077)-310/2021
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-310/2021
08.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver