Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-311/2020 16.12.2020 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Mehdiyeva Aynur Yasən qızının iclas katibliyi ilə, İddiaçı «Yelo Bank» ASC-nin cavabdeh Abbaslı Tusi Elçin oğluna qarşı “borcun tutulması” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «Yelo Bank» ASC cavabdeh Abbaslı Tusi Elçin oğluna qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,“xxxx” BOKT ilə cavabdeh Abbaslı Tusi Elçin oğlu arasında bağlanmış 06 sentyabr 2018-ci il tarixli 110-0***-******* saylı kredit müqaviləsi üzrə cavabdehdən 490 (dörd yüz doxsan) manat 09 (doqquz) qəpik məbləğində əsas borc, 70 (yetmiş) manat 23 (iyirmi üç) qəpik məbləğində faiz borcu, 51 (əlli bir) manat 26 (iyirmi altı) qəpik cərimə borcu olmaqla,ümumilikdə 611 (altı yüz on bir) manat 58 (əlli səkkiz) qəpik məbləğində pulun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı «Yelo Bank» ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «Yelo Bank» ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, “xxxx” Bank Olmayan Kredit təşkilatı ilə cavabdeh Abbaslı Tusi Elçin oğlu arasında bağlanmış 06 sentyabr 2018-ci il tarixli 110-0***-******* saylı kredit müqaviləsinə əsasən cavabdeh 30 ay müddətinə illik 35% hesablanmaqla 1133,50 manat məbləğində kredit götürmüşdür. "xxxx" Bank Olmayan Kredit təşkilatı ilə “xxxx” İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 10 may 2018-ci il tarixli 0004 nömrəli müaviləyə əsasən Abbaslı Tusi Elçin oğlu ilə "xxxx" Bank olmayan Kredit təşkilatı arasında bağlanmış 06 sentyabr 2018-ci il tarixli 110- 0***-******* saylı müqaviləyə görə kredit müqaviləsi üzrə borcu tələb etmək hüququ “xxxx” İKB ASC-yə ötürülmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq,dəfələrlə borcun ödənilməsi barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır.Hazırda xx.xx.2020-ci il tarixinə Abbaslı Tusi Elçin oğlunun banka 06 sentyabr 2018-ci il tarixli 110-0***-******* saylı kredit müqaviləsi üzrə 490,09 manat əsas borc,70,23 manat faiz borcu və 51,26 manat cərimə borcu olmaqla ümumilikdə 611,58 manat borcu vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə müvafiq olaraq hazırki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavabdeh tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, kiçik mübahisələr üzrə iddia tələbi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan “xxxx” BOKT MMC ilə Abbaslı Tusi Elçin oğlu arasında bağlanmış 06 sentyabr 2018-ci il tarixli 110-0***-******* saylı kredit müqaviləsindən görünür ki, “xxxx” BOKT tərəfindən cavabdehə 30 ay müddətinə illik 35% faiz olmaqla 1133,50 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 06 sentyabr 2018-ci il tarixli 110-0***-******* saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, Abbaslı Tusi Elçin oğlu 1133,50 manat məbləğində almış olduğu krediti xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay 57,21 manat,sonuncu ay 57,19 manat ödəmək şərti ilə xx.xx.2021-ci il tarixədək ödəməli idi. İş materiallarında olan «xxxx» İKB ASC ilə «xxxx» BOKT MMC arasında bağlanmış 10 may 2018-ci il tarixli 0004 saylı tələbetmə hüquqlarının güzəşt olunmasına dair müqavilədən görünür ki,razılaşdırılmış müqavilələrə əsasən Borcalana qarşı bütün hüquqları,həmçinin qeyd olunmuş öhdəliklərin icrasını təmin edən hüquqları və razılaşdırılmış müqavilələrə əsasən tələbetmə hüquqları ilə əlaqəli digər hüquqları,o cümlədən tam həcmdə ödənilməmiş faizləri,həmçinin ödənilməmiş təcili və artırılmış faizləri,cərimə sanksiyalarını Hüquq sahibi,yəni «xxxx» BOKT MMC güzəşt edir,Hüquq əldə edən,yəni «xxxx» İKB ASC isə qeyd edilən hüquqları qəbul edir. İş materiallarında olan «xxxx» BOKT MMC ilə «xxxx» İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 004 nömrəli 10 may 2018ci il tarixli müqaviləyə hüquqların ötürülməsi barədə xx.xx.2019-cu il tarixli 823 nömrəli sazişin 11-ci bəndindən görünür ki, «xxxx» BOKT MMC ilə Abbaslı Tusi Elçin oğlu arasında bağlanmış 06 sentyabr 2018-ci il tarixli 110-0***-******* saylı kredit müqaviləsi üzrə «xxxx» BOKT MMC hüquqlarını «xxxx» İKB ASC-yə ötürür. İş materiallarında olan «xxxx» BOKT MMC tərəfindən Abbaslı Tusi Elçin oğluna göndərilmiş tələbetmə hüquqlarının ötürülməsi barədə bildirişdən görünür ki, Abbaslı Tusi Elçin oğluna 06 sentyabr 2018-ci il tarixli 110-0***-******* saylı kredit müqaviləsi üzrə tələbetmə hüquqlarının «xxxx» İKB ASC-yə ötürülməsi barədə məlumat verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Abbaslı Tusi Elçin oğlunun 06 sentyabr 2018-ci il tarixli 110-0***-******* saylı kredit müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixinə «Yelo Bank» ASC-yə 490,09 manat məbləğində əsas borcu, 70,23 manat məbləğində faiz borcu və 51,26 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə,cəmi 611,58 manat məbləğində borcu vardır. İş materiallarında olan hökümət ödəniş portalına ödənilmiş xx.xx.2020-ci il tarixli, ********* saylı qəbzin surətindən görünür ki, «Yelo Bank » ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar olaraq 30,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan «Yelo Bank » ASC tərəfindən cavabdeh Abbaslı Tusi Elçin oğluna göndərilmiş xx.xx.2020-ci il tarixli PAİKTD-13485 saylı bildirişdən görünür ki,cavabdehə yaranmış borcla əlaqədar rəsmi məlumat verilməklə,öhdəliklərinin icra edilməsi tələb edilmiş və əks təqdirdə kreditin,kredit faizlərinin ödənilməsi barədə məhkəməyə iddia veriləcəyi nəzərinə çatdırılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kredit müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçı «xxxx» BOKT MMC tərəfindən cavabdeh Abbaslı Tusi Elçin oğluna kredit verilmiş, «xxxx» BOKT MMC tərəfindən kredit müqaviləsində nəzərdə tutulan öhdəliklər icra edilmiş və «xxxx» BOKT MMC tələbetmə hüquqlarını «xxxx» İKB ASC-yə güzəşt etmişdir.Lakin cavabdeh həmin müqavilədən əmələ gələn öhdəliklərini yerinə yetirməmişdir. Nəticədə cavabdehin banka 490,09 manat əsas borcu,70,23 manat faiz borcu və 51,26 manat cərimə borcu olmaqla ümumilikdə,cəmi 611,58 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh Abbaslı Tusi Elçin oğlu 06 sentyabr 2018-ci il tarixli 110-0***-******* saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyindən həmin müqavilə üzrə yaranmış 490,09 manat məbləğində əsas borc,70,23 manat məbləğində faiz borcu və 51,26 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə cəmi 611,58 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki,iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 211,220, 227, 233, 284-1, 284-5,284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Abbaslı Tusi Elçin oğlundan 490 (dörd yüz doxsan) manat 09 (doqquz) qəpik məbləğində əsas borc, 70 (yetmiş) manat 23 (iyirmi üç) qəpik məbləğində faiz borcu, 51 (əlli bir) manat 26 (iyirmi altı) qəpik məbləğində cərimə borcu olmaqla, cəmi 611 (altı yüz on bir) manat 58 (əlli səkkiz) qəpik məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı «Yelo Bank» ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(077)-311/2020
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-311/2020
16.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver