Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-312/2022 22.09.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçı MMC-nin Cavabdeh qarşı «borc tələbi»nə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia qaldıraraq,Cavabdeh kredit verən İddiaçı MMCnin xeyrinə 400 (dörd yüz) manat əsas borc,252 (iki yüz əlli iki) manat faiz borcu və 960 (doqquz yüz altmış) manat dəbbə pulu (cərimə,penya) 50%-lə 480 (dörd yüz səksən) manat,cəmi 1132 (bir min yüz otuz iki) manat borc və ödənilmiş 34 (otuz dörd) manat dövlətİddiaçı MMC rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 22 iyun 2019-cu il tarixli girov biletinə 1 nömrəli əlavə bağlanmış və İddiaçı MMC Cavabdeh xx.xx.2020-ci il tarixinədək qaytarmaq şərt ilə illik faiz dərəcəsi 84%,bir aya 7% hesablanmaqla 100 manat məbləğində pul vəsaiti vermişdir.Cavabdeh 22 iyun 2019-cu il tarixli qızıl-zinət əşyalarının qiymətləndirilməsi və girova götürülməsi barədə rəyə əsasən 2206xx-xx-071911 nömrəli kartı girov qoymuşdur.Daha sonra tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli girov biletinə 1 nömrəli əlavəyə əsasən iddiaçı cavabdehə 12 ay müddətinə illik faiz dərəcəsi 84%,bir aya 7% hesablanmaqla 300 manat məbləğində pul vəsaiti vermişdir.Müqavilə bağlanan zaman cavabdehə götürdüyü öhdəliyin məsuliyyəti izah edilmiş,lakin cavabdeh öhdəliklərini lazımi qaydada icra etməmişdir.Belə ki,cavabdeh 22 iyun 2019-cu il tarixdə götürdüyü 100 manatı bu günə qədər qaytarmamış,faiz ödənişini isə xx.xx.2021-ci il tarixə kimi ödəmiş,xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək,yəni 9 aydır faiz ödənişlərini ödəmir.Həmçinin xx.xx.2020-ci il tarixdə götürdüyü 300 manatı da bu günə qədər geri qaytarmamış,krediti faiz ödənişini xx.xx.2021-ci il tarixədək ödəmiş,xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək,yəni 9 aydır aylıq faiz ödənişlərini ödəməmişdir.Borcun ödənilməsi ilə bağlı cavabdehlə dəfələrlə danışıqlar aparılmış,xx.xx.2021-ci il tarixli,xx.xx.2021-ci il tarixli təkrar və son bildirişlər,həmçinin xx.xx.2021-ci il tarixdə teleqram göndərilməsinə baxmayaraq cavabdeh borc öhdəliyini icra etməmişdir.Ona görə də,iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı MMC-nin nümayəndəsi və Cavabdeh məhkəmə iclasının yeri və vaxtı bardədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər.İddiaçı MMC-nin nümayəndəsi teleqram göndərərək,məhkəmə iclasını onların iştirak olmadan keçirilməsini xahiş etmişdir.Cavabdeh isə gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə işin materiallarını araşdırıb,işdə olan sübutlara qiymət verərək hesab edir ki,iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan: - İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 22 iyun 2019-cu il tarixli girov biletinə 1 nömrəli əlavədən görünür ki,İddiaçı MMC Cavabdeh 12 ay müddətinə illik faiz dərəcəsi 84%,bir aya 7% hesablanmaqla 100 manat məbləğində pul vəsaiti vermişdir. - İddiaçı MMC, Cavabdeh və qiymətləndirici X1 tərəfindən imzalanmış qızıl-zinət əşyalarının qiymətləndirilməsi və girova götürülməsi barədə xx.xx.2019-cu il tarixli rəyə əsasən,Cavabdeh 2206xx-xx-071911 nömrəli kartı girov qoymuşdur. - İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 14 may 2020-ci il tarixli girov biletinə 1 nömrəli əlavədən görünür ki,İddiaçı MMC Cavabdeh 12 ay müddətinə illik faiz dərəcəsi 84%,bir aya 7% hesablanmaqla 300 manat məbləğində pul vəsaiti vermişdir. - İddiaçı MMC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2021-ci il tarixli,xx.xx.2021-ci il tarixli təkrar və son bildirişlərin surətindən görünür ki,İddiaçı MMC Cavabdeh borcun ödənilməsi barədə xəbərdar etmiş,ödəməyəcəyi təqdirdə məhkəmyə müraciət ediləcəyi nəzərinə çatdırılmışdır. - İddiaçı MMC-nin maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 100 manat əsas borc,xx.xx.2021-ci il tarixədək faiz borcu ödəmiş,xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 9 ay ödənilməmiş 63 (9 ay x 7 manat aylıq faiz) manat faiz borcu,240 (240 gün x 1 manat) manat cərimə borcuna 50% güzəşt edilərək 120 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 300 manat əsas borc,xx.xx.2021-ci il tarixədək faiz borcunu ödəmiş,xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci ilə qədər 9 ay ödənilməmiş (9 ay x 21 manat aylıq faiz) 189 manat faiz borcu,720 (240 x 3 manat) manat cərimə borcuna 50% güzəşt edilərək 360 manat cərimə borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn,pulu ödəməli,əmlakı verməli,iş görməli,xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə,onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi,mallarda,işlərdə və xidmətlərdə) qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilməmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə,borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda,o,kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı MMC xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən cavabdehə 12 ay müddətinə illik faiz dərəcəsi 84%,bir aya 7% hesablanmaqla 100 manat məbləğində və xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 12 ay müddətinə illik faiz dərəcəsi 84%,bir aya 7% hesablanmaqla 300 manat məbləğində pul vəsaiti vermişdir.Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə üzrə faiz borcunu xx.xx.2021-ci il tarixədək və xx.xx.2020-ci il tarixli müqavilə üzrə faiz borcunu xx.xx.2021-ci il tarixədək ödəmişdir.Hazırda İddiaçı MMC cavabdehin xx.xx.2019-cu il tarixli müqavilə üzrə 100 manat əsas borc,63 manat faiz borcu,120 manat cərimə borcu olmaqla,cəmi 317 manat borc, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 300 manat əsas borc,189 manat faiz borcu,360 manat cərimə olduğunu iddia edir. Məhkəmə hesab edir ki,İddiaçı MMC ilə Cavabdeh arasında müqavilələr bağlanmasına baxmayaraq,Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 100 manat və xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 300 manat əsas borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə əsas borca hesablanmış faiz borcu məbləğinə gəldikdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli Qərarında verilmiş şərhə uyğun olaraq hesab edir ki,cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 100 manat pul vəsaiti götürmüş və xx.xx.2021-ci il tarixədək faiz borcunu ödəmiş,həmçinin xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 300 manat məbləğində pul vəsaiti götürmüş və xx.xx.2021-ci il tarixədək faiz borcunu ödəmişdir.Qeyd olunanlardan məlum olur ki,cavabdeh kredit müqaviləsinin qüvvədə olduğu müddətdə faiz borcunu Cəmiyyətə qaytarmışdır.Hazırda iddiaçı müqavilə müddəti bitdikdən sonra müqavilədə razılaşdırılan həddə faiz borcu tələb etsə də,qanunvericilikdə yalnız müqavilə müddəti bitdikdən sonra Mərkəzi Bankın uçot dərəcəsi əsasında hesablanan faiz borcu tutulmaması nəzərdə tutulmuşdur.Ona görə də,məhkəmə hesab edir ki,iddia faiz borcu hissəsində rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən,öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki,cavabdehdən xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən tələb olunan 120 manat məbləğində cərimənin azaldılaraq 12 manat və xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən tələb olunan 360 manat məbləğində cərimənin azaldılaraq 36 manat məbləğində müəyyən olunması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki,iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 20 manatı cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki,iddia tələbi qismən təmin edilməli,Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 100 manat əsas borc,12 manat cərimə borcu olmaqla,cəmi 112 manat borc və xx.xx.2020-ci il tarixli müqavilə üzrə 300 manat əsas borc,36 manat cərimə borcu olmaqla,cəmi 336 manat,ümumilikdə hər iki müqavilə üzrə 448 manat məbləğində borc və ödənilmiş 20 manat dövlət rüsumu tutularaq İddiaçı MMCyə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 77, 88, 106, 172-179, 182, 183,192, 209-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 100 (bir yüz) manat əsas borc,12 (on iki) manat cərimə borcu olmaqla,cəmi 112 (bir yüz on iki) manat borc və xx.xx.2020-ci il tarixli müqavilə üzrə 300 (üç yüz) manat əsas borc,36 (otuz altı) manat cərimə borcu olmaqla,cəmi 336 (üç yüz otuz altı) manat,ümumilikdə hər iki müqavilə üzrə 448 (dörd yüz qırx səkkiz) manat məbləğində borc və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(077)-312/2022
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-312/2022
22.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver