Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-33/2021 27.05.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X10 iclas katibliyi ilə, İlkin iddia üzrə İddiaçı,onun vəkili X11 və Cavabdeh iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı «pul tələbi»nə və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin İddiaçı «pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,“xxxx” ASC-dən lizinq müqaviləsi əsasında alınmış “Daewoo Gentra” markalı,** AX *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin satışından əldə olunmuş pulun ½ hissəsinin Cavabdeh alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 12 aprel 2011-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından 30.11.2013-cü il tarixdə Abbaszadə Muhəmmədömər və 10.10.2015-ci il tarixdə Abbaszadə Xədicə doğulmuşlar.Ailə münasibətləri pozulduğu üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-385/2018 saylı 05.01.2018-ci il tarixli qətnaməsi ilə aralarındakı nikahın pozulması,birgə nikahdan olan uşaqların ananın himayəsində saxlanılması və uşaqların saxlanması üçün aliment tutulması qət edilmişdir.Birgə nikahda olduqları dövrdə “xxxx” ASC-dən lizinq müqaviləsi əsasında Cavabdeh adına “Daewoo Gentra” markalı,** AX *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil almışlar.Cavabdeh məcburi köçkün olduğu üçün ilkin olaraq avtomobili adına rəsmişləşdirmək mümkün olmadığından onun qardaşı X1 adına rəsmiləşdirmişlər.Sonradan avtomobil yenidən Cavabdeh adına rəsmiləşdirilmişdir.Qeyd edilən avtomobilin alınması üçün tələb olunan ödənişləri birlikdə ödəmişlər.Nikahları pozulduqdan sonra ona məlum olmuşdur ki,Cavabdeh avtomobili satmışdır. İlkin iddia üzrə Cavabdeh “pul tələbi”nə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddia tələbinin təmin edilməməsini, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı anası Nabat Şahverdiyevanın adına Binə qəsəbəsi,Sovxoz adlanan ərazidə 4 sot torpağın alınması üçün ödədiyi 1660 manat pulun,kommunal xərclərə görə ödədiyi 1770,50 manat pulun yarısının,yəni 885,25 manat pulun və alimentdən əlavə olaraq ödədiyi 1585 manat pul olmaqla,cəmi 4130,25 manat pulun İddiaçı alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki,birgə nikah dövründə əldə edilmiş “Daewoo Gentra” markalı,** AX *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil qarşılıqlı cavabdehin qardaşının adına alınmış,lakin avtomobili almaq üçün pul vəsaitini anası X17 vermişdir.Həmçinin aylıq 361 manat məbləğində lizinq ödənişini də anası ödəmişdir.Həmin avtomobili qarşılıqlı cavabdehlə birgə nikah dövründə olduğu zaman satmış və qarşılıqlı cavabdeh bundan məlumatlıdır. Bundan əlavə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə əmək haqqının 1/3 hissəsindən aliment tutularaq qarşılıqlı cavabdehə ödənilsə də,bundan əlavə uşaqların digər əlavə ehtiyaclarını da, özü ödəyir.Uşaqlara çəkdiyi xərclərin siyahısınıda məhkəməyə təqdim etmişdir.Hazırda qarşılıqlı cavabdehin uşaqları ilə birlikdə yaşadığı mənzilin kommunal xərclərini də, o ödəyir.Belə ki,05 yanvar 2018-ci il tarixdən hazırkı vaxtadək ümumilikdə 1770,50 manat məbləğində kommunal borc ödəmişdir.Həmçinin qarşılıqlı cavabehin anası Nabat Şahverdiyevanın adına Binə qəsəbəsi,Sovxoz ərazisində yerləşən 4 sot torpağın alınması üçün 1660 manat məbləğində pul vəsaiti də, onun tərəfindən ödənilmişdir.Ona görə də,qarşılıqlı cavabdeh İddiaçı həmin məbləğlərin alınaraq ona ödənilməsi zərurəti yaranmışdır. İşin məhkəmə baxışında ilkin iddiaçı və onun vəkili ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş edib,ilkin iddianın məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdeh-qarşılıqlı iddiaçı ilkin iddianın rədd edilməsini,qarşılıqlı iddianın təmin edilməsini xahiş edib,qarşılıqlı iddianın məzmununa uyğun izahat verdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib,işdəki sənədləri, sübutları işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb məhkəmə belə qərara gəlir ki, ilkin iddia tələbi və qarşılıqlı iddia tələbi rədd olunmalıdır. İş materiallarında olan: - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-385/2020 saylı 05.01.2018-ci il tarixli qətnaməsininin surətindən görünür ki,Cavabdeh ilə X7 arasında 12 aprel 2011-ci il tarixdə Şuşa rayon Qeydiyyat şöbəsində 45 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması,tərəflərin birgə nikahından olan 30.11.2013-cü il təvəllüdlü X2 və 10.10.2015-ci il təvəllüdlü X8 anası X3 yanında qalması,birgə nikahdan olan uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün ilkin iddia üzrə iddiaçı,qarşılıqlı iddia üzrə Cavabdeh hər ay aylıq qazancının və başqa gəlirlərinin 1/3 (üçdə bir) hissəsi miqdarında və hər ay hər bir uşaq üçün 21 manat olmaqla,cəmi 42 manat sabit pul məbləğində aliment tutularaq X5 ödənilməsi,10.10.2015-ci il təvəllüdlü X8 3 yaşına çatanadək saxlanılması üçün ilkin iddia üzrə iddiaçı,qarşılıqlı iddia üzrə Cavabdeh hər ay 60 manat məbləğində pul vəsaiti tutularaq X5 ödənilməsi qət edilmişdir. - Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 23.07.2019-cu il tarixli AZ-İ № 326728 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki,Cavabdeh ilə X7 arasında olan nikah pozulmuş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 10.03.2018-ci il tarixdə 119 nömrə ilə qeyd edilmişdir.Nikah pozulduqdan sonra ərə Abbasov,arvada Şahverdiyeva soyadı verilmişdir. - Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin 30.07.2020-ci il tarixli 1514 saylı məktubundan görünür ki,Cavabdeh,X7 və X15 verilmiş 21 nömrəli mənzil Abşeron rayonu,Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi,bina 9 ünvanında yerləşir. - “xxxx” ASC-nin 21.10.2020-ci il tarixli 30/3713 saylı məktubu ilə Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Ənnağı Məmmədliyə cavab olaraq bildirilmişdir ki,Azərbaycan Respublikası Mülki Məcəlləsinin 967.1 və 967.2-ci maddələrinə əsasən bank hesabının və bank əmanətinin,bank əməliyyatlarının və müştəri haqqında məlumatların sirrinə bank qarantiya verir.Bank sirri təşkil edən məlumatlar yalnız müştərilərin özlərinə və ya onların nümayəndələrinə verilə bilər.Dövlət orqanlarına və onların vəzifəli şəxslərinə bu cür məlumatlar yalnız cinayət işinin istintaqı,müştərinin pul vəsaitinə və bank saxlancında olan əmlakına həbs qoyulması,tələb yönəldilməsi və bunların müsadirə edilməsi ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında verilir. - Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 28.10.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh Şuşa şəhəri,M.Nəvvab küçəsi,ev 4,mənzil 24 ünvanında qeydiyyatdadır. - X20 ödənilmiş 28.10.2020-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki,iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. - “xxxx” ASC ilə X4 arasında bağlanmış 12.12.2014-cü il tarixli AL-2523 saylı daxili lizinq müqaviləsindən görünür ki,bu müqavilənin şərtlərinə uyğun olaraq Lizinq verən Lizinq Alanın sifariş etdiyi və bu Lizinq Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən əmlakı öz mülkiyyətində əldə edilməsini və muzdla Lizinq Alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürmüşdür. - X4 ilə Cavabdeh arasında bağlanmış 13.11.2017-ci il tarixli AL-2523 (1) saylı öhdəliklərin ötürülməsi haqqında müqavilədən görünür ki,Öhdəlikləri ötürən X4 12.12.2014-cü il tarixli AL-2523 saylı daxili lizinq müqaviləsi üzrə “xxxx” ASC qarşısında götürdüyü bütün öhdəlikləri Öhdəliyi qəbul edən Cavabdeh ötürmüşdür. - Cavabdeh ilə X21 arasında bağlanmış 20.11.2017-ci il tarixli AL-2523 (2) saylı öhdəliklərin ötürülməsi haqqında müqavilədən görünür ki,Öhdəlikləri ötürən Cavabdeh 12.12.2014-cü il tarixli AL-2523 saylı daxili lizinq müqaviləsi üzrə “xxxx” ASC qarşısında götürdüyü bütün öhdəlikləri Öhdəliyi qəbul edən X18 ötürmüşdür. - 20.11.2017-ci il tarixli təhvil-təslim aktından görünür ki,Cavabdeh istifadəsində olan və “xxxx” ASC-nin mülkiyyətində olan “Daewoo Gentra” markalı,** AX *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil X18 təhvil verilmişdir. - Azərbaycan Beynəlxalq Bankı ASC-nin 01.07.2020-ci il tarixli BPM**********48 nömrəli,02.10.2020-ci il tarixli BPM**********09 nömrəli,29.12.2020-ci il tarixli BPM**********49 nömrəli,03.02.2021-ci il tarixli BPM**********92 nömrəli mədaxil qəbzlərindən görünür ki,Cavabdeh müxtəlif tarixlərdə ümumilikdə 1200 manat məbləğində aliment pulunu İddiaçı ödəmişdir. - Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Bakı şəhəri Binəqədi rayon xidmət nümayəndəliyinin 25.11.2020-ci il tarixli **********6 saylı arayışından görünür ki,X17 2-ci qrup əlliliyə görə 764,64 manat məbləğində pensiya alır. - “xxxx” MMC-nin 17.02.2021-ci il tarixli 1/AT saylı arayışından görünür ki,Cavabdeh həqiqətən “xxxx” MMC-nin əməkdaşıdır və aylıq əmək haqqı Vergilər Məcəlləsində nəzərdə tutulan bütün vergilər çıxıldıqdan sonra 450 manat təşkil edir. - Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının 27.12.2020-ci il tarixli K5/03-07 saylı arayışından görünür ki,X17 həqiqətən 22.11.2002-ci il tarixdən C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında xəzinədar,hal-hazırda isə arxivçi vəzifəsində çalışır. - C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının sabiq xəzinədarı X12 2014-cü ilin dekabr ayından 2018-ci ilin dekabr ayı daxil olmaqla aldığı əmək haqqına dair arayışdan görünür ki,X17 2014-cü il üzrə 365 manat,2015-ci il üzrə cəmi 3203 manat,2016-cı il üzrə cəmi 4224,39 manat,2017-ci il üzrə 3797,15 manat əmək haqqı almışdır. - Azərbaycan Respublikası DİN BDYPİ-nin 23.07.2020-ci il tarixli 63740-1220 saylı məktubu ilə Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Ənnağı Məmmədliyə cavab olaraq bildirilmişdir ki,DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompyuter uçot bazasına görə xx.xx.1978-ci il təvəllüdlü Cavabdeh adına 12 aprel 2011-ci il tarixdən hazıradək nəqliyyat vasitəsi qeydiyyatdan keçməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 220.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur; 31.2-ci maddəsinə əsasən nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ərarvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir; 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır; 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir; 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir; 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir; 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir; Beləliklə,işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh 12 aprel 2011-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar,birgə nikahlarından 30.11.2013-cü il tarixdə Abbaszadə Muhəmmədömər və 10.10.2015-ci il tarixdə Abbaszadə Xədicə doğulmuşdur.Ailə münasibətləri pozulduğundan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-385/2018 saylı 05.01.2018-ci il tarixli qətnaməsi ilə aralarındakı nikahın pozulması,birgə nikahdan olan uşaqların anasının himayəsində saxlanılması və uşaqların saxlanması üçün aliment tutulması qət edilmişdir.Birgə nikahda olduqları dövrdə Cavabdeh əvvəlcə ilkin iddiaçının qardaşının adına,sonra isə öz adına rəsmiləşdirməklə “Daewoo Gentra” markalı,** AX *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili lizinq müqaviləsi əsasında almış və 13.11.2017-ci il tarixdə öhdəliklərini başqa şəxsə ötürməklə qeyd edilən avtomobili satmışdır. Həmçinin işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilmişdir ki,ilkin İddiaçı qeyd edilən avtomobilin satışından xəbərsiz olduğunu bildirsə də,bu fakt məhkəmədə öz təsdiqini tapmamışdır.Eyni zamanda məhkəməyə təqdim edilmiş 20.11.2017-ci il tarixli AL-2523(2) saylı öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki,Cavabdeh “Daewoo Gentra” markalı,** AX *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil üzrə öhdəliklərini birgə nikah dövründə digər şəxsə ötürmüşdür. Məhkəmə ilkin iddia tələbinə hüquqi qiymət verərək, tərəflərin əmlak və maddi vəziyyətlərini nəzərə alaraq hesab edir ki,onların birgə nikahı dövründə əldə edilmiş “Daewoo Gentra” markalı,** AX *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili almaq üçün edilmiş ödənişlərin ilkin iddiaçının iddia etdiyi kimi birgə ödəmədikləri aydın olmuşdur.Belə ki, Cavabdeh ilə “xxxx” ASC arasında bağlanmış lizinq müqaviləsinə 3 saylı əlavədən görünür ki,borclu lizinq müqaviləsi üzrə hər ay 378,43 manat məbləğində ödəniş etməlidir,bu hal qarşılıqlı iddia üzrə iddiaçının aylıq əmək haqqının böyük bir hissəsini təşkil edir.Qarşılıqlı iddia üzrə iddiaçının anasının aylıq pensiyasının və əmək haqqının yekunundan lizinq ödənişlərinin onun ödəməsi daha əsaslı sübut hesab edilir.Qeyd edilənlərə hüquqi qiymət verərək məhkəmə mübahisəli avtomobilə münasibətdə cavabdehin iddiaya etirazının dəlillərini əsaslı hesab edir. Ona görə də,məhkəmə qeyd edir ki, mübahisəli avtomobil birgə nikah dövründə əldə edilsə də,tərəflərin birgə vəsaitləri hesabına əldə edilmiş əmlak deyildir, yalnız formal olaraq cavabdehin adına qeydə alınmışdır.Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə işin yuxarıda müəyyən edilmiş faktiki hallarına qarşılıqlı iddia tələbi üzrə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir ki,qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmənin qərarı ilə əmək haqqının 1/3 hissəsində aliment tutulmalı olduğu halda uşaqların saxlanması üçün daha çox məbləğdə pul ödədiyini bildirərək qarşılıqlı iddia üzrə cavabdehdən 3858,50 manat məbləğində,həmçinin kommunal xərclərə görə ödədiyi pulun yarısı (1770,50 manat) yəni 735 manat və alimentdən əlavə olaraq ödədiyi 1135 manat pulu tələb etsə də,məhkəmə hesab edir ki,Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq uşaqların saxlanması hər iki valideynin borcudur,həmçinin uşaqların valideyinləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki,qarşılıqlı iddia bu hissədə rədd edilməlidir. İlkin iddia üzrə iddiaçının anası Nabat Şahverdiyevanın adına Binə qəsəbəsi,Sovxoz adlanan ərazidə 4 sot torpağın alınması üçün ödənilmiş 1660 manat məbləğində pulun tutulması hissəsinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki,qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəməyə bu barədə hər hansı sübut təqdim etmədiyindən bu hissədə də iddia tələbi əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır; Məhkəmə hesab edir ki,ilkin iddia rədd edildiyindən ilkin iddiaçının ödəmiş olduğu dövlət rüsumu xərci özünə aid edilməlidir. 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia tələbi və qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı «pul tələbi»nə və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “pul tələbi”nə dair iddiaları rədd edilsin. Qətnamədən, qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(077)-33/2021
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-33/2021
27.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver