Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-335/2021 22.09.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1 və Cavabdeh1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun tutulması» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq,bankla Cavabdeh1 arasında bağlanmış 09 yanvar 2020-ci il tarixli 002A********** saylı kredit müqaviləsinin ləğv edilməsini,Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3439,41 (üç min dörd yüz otuz doqquz manat qırx bir qəpik) manat məbləğində əsas borcun, 497,71 (dörd yüz doxsan yeddi manat yetmiş bir qəpik) manat məbləğində faiz borcu, 929,88 (doqquz yüz iyirmi doqquz manat səksən səkkiz qəpik) manat məbləğində cərimə borcu olmaqla,cəmi 4867 (dörd min səkkiz yüz altmış yeddi) manat məbləğində pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,İddiaçı QSC ilə Cavabdeh1 arasında 09 yanvar 2020-ci il tarixli 002A********** saylı kredit müqaviləsi imzalanmışdır.Həmin müqaviləyə əsasən bank cavabdehə 36 ay müddətinə aylıq 2.0833% hesablanmaqla 4000 manat məbləğində kredit vermişdir.Kredit müqaviləsindən irəli gələn öhdəliyin təmini üsulu kimi bankla Cavabdeh2 arasında 09 yanvar 2020-ci il tarixli 002G**********01 saylı zaminlik müqaviləsi imzalanmışdır.Müqavilələr bağlanan an cavabdehlərə üzərlərinə götürdüyü öhdəliyin məsuliyyəti izah edilmişdir.Buna baxmayaraq cavabdeh kreditin ödənilməsində müəyyən çətinliklər yaşamış,ona görə də,bankla Cavabdeh1 arasında 14 oktyabr 2020-ci il tarixli 002A**********S saylı saziş imzalanmış və 09 yanvar 2020-ci il tarixli 002A********** saylı kredit müqaviləsinin müddəti uzadılmışdır.Kredit müqaviləsinə edilmiş dəyişikliyə uyğun olaraq bankla Cavabdeh2 arasında 14 oktyabr 2020-ci il tarixli zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında saziş imzalanmışdır.Lakin cavabdehə güzəşt edilməsinə baxmayaraq ödəməli olduğu kredit borcunu vaxtında ödəməmişdir. Hazırda Cavabdeh1 imzaladığı kredit müqaviləsi üzrə 15.07.2021-ci il tarixinə əsas borcu 3439,41 manat,faiz borcu 497,71 manat və 218 gün üçün cərimə borcu 929,88 manat hesablanmışdır.Müqavilə şərtləri müqavilə bağlayan tərəflər üçün məcburidir və müqavilənin bütün bəndləri icra edilməli və ya müqavilə şərtlərini pozmuş tərəf müqavilə ilə nəzərdə tutulmuş cəriməni əsas borcla birgə digər tərəfə ödəməlidir. Məhkəmə iclasında çıxış edən İddiaçı QSC-nin nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Cavabdeh1 iddia tələbini qismən qəbul edərək bildirdi ki, İddiaçı QSC-dən krediti ailəsində olan sağlamlıq problemlərinə görə götürmüş və bir müddət vaxtlı-vaxtında ödəmişdir.Lakin sonradan iş yerinin bağlanması ilə əlaqədar maddi vəziyyəti pisləşmiş və ödəmələrində gecikmələr olmuşdur.Hazırda bankın hesabladığı cərimə borcu çox yüksəkdir və bu onsuzda pis olan maddi vəziyyətini daha da çətinləşdirir.Belə ki,hazırda gündəlik iş tapdığı halda işləyir və sabit qazancı yoxdur.Ona zamin duran şəxs Cavabdeh2 işi ilə əlaqədar tanımış və Eldəniz ona zamin durmağa razı olmuşdur. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq,məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə,yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə,işə baxmağa haqlıdır.Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh1 rəyini nəzərə alaraq,işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsinin və Cavabdeh1 izahatını dinləyib, işdəki sənədləri, sübutları işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb məhkəmə belə qərara gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki,iş materiallarında olan: - İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 09 yanvar 2020-ci il tarixli 002A********** saylı kredit müqaviləsindən görünür ki,bank tərəfindən cavabdehə 36 ay müddətinə aylıq 2,0833% hesablanmaqla 4000 manat məbləğində borc pulun verilməsi,kreditalan tərəfindən isə müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq krediti kreditora qaytarılması müqavilənin predmetini təşkil etmişdir. - Ödəniş planından görünür ki,Cavabdeh1 4000 manat məbləğində almış olduğu krediti 11.02.2020-ci ildən başlayaraq hər ay 160 manat,sonuncu ay 152,68 manat ödəməklə 09.01.2023-cü il tarixədək ödəməli idi. - 09.01.2020-ci il tarixli köçürmənin surətindən görünür ki,İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 09 yanvar 2020-ci il tarixli 002A********** saylı kredit müqaviləsinə əsasən İddiaçı QSC üzərinə götürmüş olduğu öhdəliyi icra edərək 09.01.2020-ci il tarixdə Cavabdeh1 4000 manat məbləğində pul vermişdir. - İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 09 yanvar 2020-ci il tarixli 002G**********01 saylı zaminlik müqaviləsinə əsasən cavabdeh bank qarşısında Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. - İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 14 oktyabr 2020-ci il tarixli 002A**********S saylı kredit müqaviləsi və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişdən görünür ki,09 yanvar 2020-ci il tarixli 002A********** saylı kredit müqaviləsinin müddəti 10 may 2023-cü il tarixədək uzadılmışdır. - İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 14 oktyabr 2020-ci il tarixli 002G**********01S saylı zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında sazişinə əsasən 09 yanvar 2020-ci il tarixli 002A********** saylı kredit müqaviləsinin müddətinin 31 ay təşkil etməsi razılaşdırılmışdır. - İddiaçı QSC-nin 09.08.2021-ci il tarixli 18538 saylı maliyyə arayışından görünür ki,Cavabdeh1 09 yanvar 2020-ci il tarixli 002A********** saylı kredit müqaviləsi üzrə 15.07.2021-ci il tarixinə İddiaçı QSC qarşısında yerinə yetirilməmiş öhdəliyi 3439,41 manat əsas borc, 497,71 manat faiz borcu və 929,88 manat cərimə borcu olmaqla,ümumilikdə 4867 manat təşkil edir. - İddiaçı QSC tərəfindən cavabdehlərə göndərilmiş 11.06.2021-ci il tarixli 134012 saylı və 26.07.2021-ci il tarixli 1595 saylı xəbərdarlıqlardan görünür ki, cavabdehlərə yaranmış borcla əlaqədar rəsmi məlumat verilməklə, öhdəliklərinin icra edilməsi tələb edilmiş və əks təqdirdə kreditin, kredit faizlərinin ödənilməsi barədə məhkəməyə iddia veriləcəyi nəzərlərinə çatdırılmışdır. - X4 Ödənilmiş 09.08.2021-ci il tarixli ********* saylı qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılmasından ötrü 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pulu ödəməli, əmlakı verməli,i ş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər.Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır; Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə,öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə) qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilməmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə,borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; Həmin Məcəllənin 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; Həmin Məcəllənin 472-ci maddəsinə əsasən birgə zamin olmuş şəxslər əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa,kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki, Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən,Cavabdeh2 müqavilə üzrə zamin durduğundan iddiaçı qarşısında məsuliyyət daşıyırlar və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehlərə qarşı irəli sürdüyü kredit müqaviləsi üzrə borcun tutulması tələbi əsaslıdır.Buna görə də,cavabdehlər Cavabdeh1 və Cavabdeh2 09 yanvar 2020-ci il tarixli 002A********** saylı kredit müqaviləsi üzrə 3439,41 manat əsas borc və 497,71 manat faiz borcu kredit müqaviləsindən irəli gələn öhdəlik icra edilmədiyinə görə tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıran məhkəmə hesab edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Belə ki,cavabdeh öhdəliyini lazımınca icra etmədiyindən müqavilənin şərtlərindən irəli gələn dəbbə pulunu da iddiaçıya ödəməlidir.Lakin Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri,həm də bütün əsas mənafelər nəzərə alınır.Odur ki,məhkəmə ödənilməsi tələb edilən 929,88 manat dəbbə pulunu bütün əsaslı mənafeləri nəzərə alıb hesab edir ki,tənasübsüz surətdə azaldaraq 10 manat həddində müəyyən edilməsini ədalətli hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki,ödənilmiş dövlət rüsumu cavabdehlərdən tutulmalıdır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu,ziyan və dəbbə pulunu (cərimə,penya) ayrıayrılıqda müəyyən etməklə alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutları məcmu halında qiymətləndirərək və yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli,İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 09 yanvar 2020-ci il tarixli 002A********** saylı kredit müqaviləsi ləğv edilməli,Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 09 yanvar 2020-ci il tarixli 002A********** saylı kredit müqaviləsi üzrə 3439,41 manat əsas borc, 497,71 manat faiz borcu,10 manat cərimə borcu olmaqla,ümumilikdə 3947,12 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 77, 88, 106, 172-179, 182, 183,192, 209-214, 216-220 və 360-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 09 yanvar 2020-ci il tarixli 002A********** saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2dan müştərək qaydada 3439,41 (üç min dörd yüz otuz doqquz manat qırx bir qəpik) manat məbləğində əsas borc, 497,71 (dörd yüz doxsan yeddi manat yetmiş bir qəpik) manat məbləğində faiz borcu,10 (bir on) manat məbləğində cərimə borcu olmaqla,cəmi 3947,12 (üç min doqquz yüz qırx yeddi manat on iki qəpik) manat məbləğində borc və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(077)-335/2021
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-335/2021
22.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver