Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-335/2024 29.10.2024 ŞUŞA RAYON MƏHKƏMƏSİ X1 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2022-ci il tarixli, 29-Y-2-0-2578-22 saylı kredit müqaviləsi üzrə 1058,26 manat əsas borc və 15,38 manat faiz borcu olmaqla, cəmi 1073.64 manat borcun, xx.xx.2022-cü il tarixli, 29-Y-1-0-1393-22 saylı kredit müqaviləsi üzrə 5105,38 manat əsas borc, 264,53 manat faiz borcu və 61,62 manat cərimə olmaqla, cəmi 5431,53 manat məbləğində borcun və 85,05 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 18% faizlə 48 ay müddətinə 1500 manat kredit götürmüşdür. xx.xx.2022-ci il tarixli onlayn kredit verilməsinə dair məktuba əsasən Cavabdeh İddiaçı ASC-dən illik 16%-lə 36 ay müddətinə 10000 manat məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilələrin şərtlərini pozaraq, borc öhdəliklərini icra etməkdən boyun qaçırır. xx.xx.2024-cü il tarixinə cavabdehin banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 1058.26 manat əsas borc və 15.38 manat faiz borcu olmaqla cəmi 1073.64 manat, xx.xx.2022-cü il tarixli onlayn kredit verilməsinə dair məktub üzrə 5105.38 manat əsas borc, 264.53 manat faiz, 123.23 manat cərimə borcu olmaqla cəmi 5493.14 manat borcu vardır. Cavabdeh banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 112.81 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 61.62 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan, təqdim olunmuş sənədlər əsasında baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etdiyini bildirərək izahatında göstərmişdir ki, borcunu hər ay ödəyirdi. Lakin, səhhətində yaranan problemlərlə bağlı kredit borcunun ödənilməsində çətinlik çəkir. Borcunu hissə-hissə ödəyə bilər. Məhkəmə cavabdehin izahatını dinləyib, işdəki sənədləri, sübutları, işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 29-Y-2-0-2578- 22 saylı kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən borcalana 48 ay müddətinə illik 18% olmaqla 1500 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 29-Y-1-0-1393- 22 saylı kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən borcalana 36 ay müddətinə illik 16% olmaqla 10000 manat məbləğində kredit verilmişdir. Maliyyə arayışlarından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 29-Y-2-0-2578- 22 saylı kredit müqaviləsi üzrə 1058,26 manat əsas borc və 15,38 manat faiz borcu olmaqla, cəmi 1073.64 manat, xx.xx.2022-cü il tarixli, 29-Y-1-0-1393-22 saylı kredit müqaviləsi üzrə 5105,38 manat əsas borc, 264,53 manat faiz borcu və 61,62 manat cərimə olmaqla, cəmi 5431,53 manat məbləğində borcu vardır. Qəbzdən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 85,05 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən (xx.xx.2023-cü il tarixinədək qüvvədə olmuş) borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alaraq hesab edir ki, Cavabdeh İddiaçı ASC ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli, 29-Y-2-0-2578-22 saylı kredit müqaviləsi üzrə 1058,26 manat əsas borc və 15,38 manat faiz borcu olmaqla, cəmi 1073.64 manat, xx.xx.2022-cü il tarixli, 29-Y-1-0-1393-22 saylı kredit müqaviləsi üzrə 5105,38 manat əsas borc, 264,53 manat faiz borcu və 61,62 manat cərimə olmaqla, cəmi 5431,53 manat məbləğində borcunun qalması təsdiq olunduğundan, iddia tələbi təmin edilərək, həmin borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 85,05 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 77, 88, 172-179, 182, 183,192, 209-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, 29-Y-2-0-2578-22 saylı kredit müqaviləsi üzrə 1058,26 manat əsas borc və 15,38 manat faiz borcu olmaqla, cəmi 1073,64 (bir min yetmiş üç manat 64 qəpik) manat borc, xx.xx.2022-cü il tarixli, 29-Y-1-0-1393-22 saylı kredit müqaviləsi üzrə 5105,38 manat əsas borc, 264,53 manat faiz borcu və 61,62 manat cərimə olmaqla, cəmi 5431,53 (beş min dörd yüz otuz bir manat 53 qəpik) manat borc, ümumilikdə cəmi 6505,17 (altı min beş yüz beş manat 17 qəpik) manat məbləğində borc və 85,05 (səksən beş manat 5 qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(077)-335/2024
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-335/2024
29.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver