Məhkəmə qərarları › İş №2(077)-347/2021

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-347/2021

07.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-347/2021 07.10.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul tələbi»nə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə Şuşa Rayon Məhkəməsinə müraciət edərək,Cavabdeh "xxxx" MMC-nin xeyrinə 1) 04 yanvar 2020-ci il tarixli 20009744 saylı müqavilə üzrə 594 (beş yüz doxsan dörd) manat ödənilməmiş hissə,178 (bir yüz yetmiş səkkiz) manat cərimə borcu, 2) 24 dekabr 2019-cu il tarixli 01152943 saylı müqavilə üzrə 782,40 (yeddi yüz səksən iki manat qırx qəpik) manat ödənilməmiş hissə,234,60 (iki yüz otuz dörd manat altmış qəpik) manat cərimə borcu, 3) 24 noyabr 2019-cu il tarixli 01071855 saylı müqavilə üzrə 720 (yeddi yüz iyirmi) manat ödənilməmiş hissə,216 (iki yüz on altı) manat cərimə borcu olmaqla,ümumilikdə hər üç müqavilə üzrə 2725 (iki min yeddi yüz iyirmi beş) manat borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 04 yanvar 2020-ci il tarixli 20009744 saylı müqaviləyə əsasən borclu alqı-satqı qiyməti 600 manat olan “Samsung” markalı paltaryuyanı alıcıya vermiş,alıcı isə onu qəbul edərək ilkin olaraq 6 manat ödəməklə avadanlığın qiymətini 18 ay müddətinə hər ay 33 manat ödəniş etməklə satıcıya ödəməyi öhdəsinə götürmüşdür.Cavabdeh müqavilə üzrə cəmi 6 manat məbləğində ödəniş etmişdir.Hazırda cavabdehin 02.08.2021-ci il tarixinə 594 manat ödənilməmiş hissə və 540 gün üçün güzəşt edilərək 178 manat məbləğində cərimə borcu vardır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 24 dekabr 2019-cu il tarixli 01152943 saylı müqaviləyə əsasən borclu alqı-satqı qiyməti 782,40 manat olan İMEİ kodu **********29206 nömrəli “Samsung Galaxy A50” markalı telefonu alıcıya vermiş,alıcı isə onu qəbul edərək avadanlığın qiymətini 12 ay müddətinə hər ay 65,20 manat ödəniş etməklə satıcıya ödəməyi öhdəsinə götürmüşdür.Cavabdeh müqavilə üzrə heç bir ödəniş etməmişdir.Hazırda cavabdehin 02.08.2021-ci il tarixinə 782,40 manat ödənilməmiş hissə və 360 gün üçün güzəşt edilərək 234,60 manat məbləğində cərimə borcu vardır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 24 noyabr 2019-cu il tarixli 01071855 saylı müqaviləyə əsasən borclu alqı-satqı qiyməti 720 manat olan “Samsung” markalı paltaryuyanı alıcıya vermiş,alıcı isə onu qəbul edərək avadanlığın qiymətini 18 ay müddətinə hər ay 40 manat ödəniş etməklə satıcıya ödəməyi öhdəsinə götürmüşdür.Cavabdeh müqavilə üzrə heç bir ödəniş etməmişdir.Hazırda cavabdehin 02.08.2021-ci il tarixinə 720 manat ödənilməmiş hissə və 540 gün üçün güzəşt edilərək 216 manat məbləğində cərimə borcu vardır. Müqavilələr bağlanan an cavabdehə üzərinə götürdüyü öhdəliyin məsuliyyəti izah edilmişdir.Lakin buna baxmayaraq cavabdeh ödəməli olduğu kredit borcunu vaxtında və lazımi qaydasında ödəməmişdir.Cavabdehin imzaladığı müqavilələrə görə 02.08.2021-ci il tarixə hər üç müqavilə üzrə ümumi borcu 2725 manat təşkil edir.Müqavilə şərtləri müqavilə bağlayan tərəflər üçün məcburidir və müqavilənin bütün bəndləri icra edilməli və ya müqavilə şərtlərini pozmuş tərəf müqavilə ilə nəzərdə tutulmuş cəriməni əsas borcla birgə digər tərəfə ödəməlidir.Cavabdehə borcunun ödənilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq heç bir nəticəsi olmamışdır. Məhkəmə prosesində çıxış edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, "xxxx" MMC ilə bağlanmış müqavilələri o imzalasada həmin avadanlıqları tanışı götürmüşdür.Hazırda tələb edilən borcu birdəfəlik ödəməyə maddi imkanı yoxdur və hissə-hissə ödəyə bilər. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib,iş materiallarını tədqiq edərək hesab edir ki,iddia aşağıdakı göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 04 yanvar 2020-ci il tarixli 20009744 saylı müqavilədən görünür ki,Cavabdeh "xxxx" MMC-dən 18 ay müddətinə alqı-satqı qiyməti 600 manat olan «Samsung» markalı paltaryuyan almışdır. - 04 yanvar 2020-ci il tarixli 20009744 saylı müqaviləyə Əlavədən görünür ki,Cavabdeh 600 manat məbləğində almış olduğu avadanlığın qiymətini 10.02.2020-ci il tarixdən başlayaraq hər ay 33 manat ödəniş etməklə 10.07.2021-ci il tarixədək ödəməli idi. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 24 dekabr 2019-cu il tarixli 01152943 saylı müqavilədən görünür ki,Cavabdeh "xxxx" MMC-dən 12 ay müddətinə alqı-satqı qiyməti 782,40 manat olan İMEİ kodu **********29206 nömrəli “Samsung Galaxy A50” markalı telefon almışdır. - 24 dekabr 2019-cu il tarixli 01152943 saylı müqaviləyə Əlavədən görünür ki,Cavabdeh 782,40 manat məbləğində almış olduğu avadanlığın qiymətini 06.02.2020-ci il tarixdən başlayaraq hər ay 65,20 manat ödəniş etməklə 06.01.2021-ci il tarixədək ödəməli idi. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 24 noyabr 2019-cu il tarixli 01071855 saylı müqavilədən görünür ki,Cavabdeh "xxxx" MMC-dən 18 ay müddətinə alqı-satqı qiyməti 720 manat olan «Samsung» markalı paltaryuyan almışdır. - 24 noyabr 2019-cu il tarixli 01071855 saylı müqaviləyə Əlavədən görünür ki,Cavabdeh 720 manat məbləğində almış olduğu avadanlığın qiymətini 27.01.2020-ci il tarixdən başlayaraq hər ay 40 manat ödəniş etməklə 27.06.2021-ci il tarixədək ödəməli idi. - "xxxx" MMC tərəfindən cavabdehə göndərilmiş 22.05.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki,cavabdehə yaranmış borcla əlaqədar rəsmi məlumat verilməklə,öhdəliklərinin icra edilməsi tələb edilmiş və əks təqdirdə kreditin,kredit faizlərinin ödənilməsi barədə məhkəməyə iddia veriləcəyi nəzərinə çatdırılmışdır. - "xxxx" MMC-nin 02.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki,cavabdehin 1) 04 yanvar 2020-ci il tarixli 20009744 saylı müqavilə üzrə 594 manat ödənilməmiş hissə,cərimə borcu üzrə 178 (0.33 manat x 540 gün) manat olmaqla,cəmi 772 manat borcu, 2) 24 dekabr 2019-cu il tarixli 01152943 saylı müqavilə üzrə 782,40 manat ödənilməmiş hissə,cərimə borcu üzrə 234,60 (0.65 manat x 360 gün) manat olmaqla,cəmi 1017 manat, 3) 24 noyabr 2019-cu il tarixli 01071855 saylı müqavilə üzrə 720 manat ödənilməmiş hissə,cərimə borcu üzrə 216 (0.4 manat x 540 gün) manat olmaqla,cəmi 936 manat, hər üç müqavilə üzrə ümumilikdə 2725 manat borcu vardır. - X3 ödənilmiş 03.08.2021-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki,iddiaçı məhkəmədə iddia qaldırılmasından ötrü 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə,yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə,öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən bəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər.Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki,Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.İddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilələrə əsasən cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehə qarşı irəli sürdüyü borcun tutulması tələbi əsaslıdır.Buna görə də,cavabdehdən 1) 04 yanvar 2020-ci il tarixli 20009744 saylı müqavilə üzrə 594 manat ödənilməmiş hissə, 2) 24 dekabr 2019cu il tarixli 01152943 saylı müqavilə üzrə 782,40 manat ödənilməmiş hissə və 3) 24 noyabr 2019-cu il tarixli 01071855 saylı müqavilə üzrə 720 manat ödənilməmiş hissə müqavilədən irəli gələn öhdəlik icra edilmədiyinə görə tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıran məhkəmə hesab edir ki,həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir.Belə ki,cavabdehin öhdəliyini lazımınca icra etmədiyindən müqavilənin şərtlərindən irəli gələn dəbbə pulunu da iddiaçıya ödəməlidir.Lakin Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri,həm də bütün əsas mənafelər nəzərə alınır.Odur ki,məhkəmə 1) 04 yanvar 2020-ci il tarixli 20009744 saylı müqavilə üzrə ödənilməsi tələb edilən 178 manat dəbbə pulunu bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə azaldaraq 59 manat, 2) 24 dekabr 2019-cu il tarixli 01152943 saylı müqavilə üzrə ödənilməsi tələb edilən 234,60 manat dəbbə pulunu bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə azaldaraq 78 manat və 3) 24 noyabr 2019-cu il tarixli 01071855 saylı müqavilə üzrə ödənilməsi tələb edilən 216 manat dəbbə pulunu bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə azaldaraq 72 manat həddində müəyyən edilməsini ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki,iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 20 manatı cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu,ziyan və dəbbə pulunu (cərimə,penya) ayrıayrılıqda müəyyən etməklə alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə,məhkəmə iclasında tədqiq olunmuş sübutları məcmu halında qiymətləndirərək və yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1) 04 yanvar 2020-ci il tarixli 20009744 saylı müqavilə üzrə 594 manat ödənilməmiş hissə,59 manat cərimə borcu, 2) 24 dekabr 2019-cu il tarixli 01152943 saylı müqavilə üzrə 782,40 manat ödənilməmiş hissə,78 manat cərimə borcu, 3) 24 noyabr 2019-cu il tarixli 01071855 müqavilə üzrə 720 manat ödənilməmiş hissə,72 manat cərimə borcu olmaqla,ümumilikdə hər üç müqavilə üzrə 2305,40 manat məbləğində borc və ödənilmiş 20 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 77, 88, 106, 172-179, 182, 183,192, 209-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1) 04 yanvar 2020-ci il tarixli 20009744 saylı müqavilə üzrə 594 (beş yüz doxsan dörd) manat ödənilməmiş hissə,59 (əlli doqquz) manat cərimə borcu, 2) 24 dekabr 2019-cu il tarixli 01152943 saylı müqavilə üzrə 782,40 (yeddi yüz səksən iki manat qırx qəpik) manat ödənilməmiş hissə,78 (yetmiş səkkiz) manat cərimə borcu, 3) 24 noyabr 2019-cu il tarixli 01071855 saylı müqavilə üzrə 720 (yeddi yüz iyirmi) manat ödənilməmiş hissə,72 (yetmiş iki) manat cərimə borcu olmaqla, ümumilikdə hər üç müqavilə üzrə 2305,40 (iki min üç yüz beş manat qırx qəpik) manat məbləğində borc və ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar