Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-351/2022 20.10.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ilə məhkəməyə müraciət edərək,Cavabdeh 2360 (iki min üç yüz altmış) manat məbləğində pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,Cavabdeh İddiaçı qonşusudur.İddiaçı Cavabdeh 19 mart 2022-ci il tarixdə 1 aya qaytarmaq şərtilə 1500 manat,29 mart 2022-ci il tarixdə 300 manat,18 avqust 2022-ci il tarixdə 360 manat və 13 sentyabr 2022-ci il tarixdə 200 manat olmaqla,cəmi 2360 manat məbləğində borc pul vermişdir.Qeyd edilən məbləğlərin hamısını yaşadığı mənzildə,cavabdehin ailə üzvlərinin yanında vermişdir.Bildirir ki,Cavabdeh aldığı borc məbləğlərini etiraf edir və öz xətti ilə borcun məbləğini və tarixini qeyd edərək imzalamışdır.Cavabdeh hazırkı vaxtadək qeyd edilən borcları qayataracağını vəd etsə də,bu vədinə əməl etməmişdir.Ona görə də,qeyd edilən borc məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh iddia tələbi ilə razı olduğunu,lakin borcunu birdəfəlik ödəməyə maddi imkanı olmadığını bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib,işdəki sənədləri tam və hərtərəfli araşdırıb belə qərara gəlir ki,iddia tələbi təmin olunmalıdır. Mülki işin materiallarında olan: - Cavabdeh tərəfindən imzalanmış qeyddən görünür ki,Cavabdeh İddiaçı 2360 manat məbləğində borc pul aldığını yazmış və özü imzalamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə tərəfindən müəyyən edildi ki,İddiaçı Cavabdeh müxtəlif vaxtlarda ümumi olaraq 2360 manat məbləğində pul vermiş,Cavabdeh həmin məbləği etiraf edərək,borc pul aldığını qəbul etmişdir.Ona görə də,məhkəmə hesab edir ki,iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə,dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki,iddia təmin edildiyindən 43,60 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət nəfinə ödənilməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki,iddia tələbi təmin edilməli,Cavabdeh 2360 manat məbləğində borc pul alınaraq İddiaçı və 43,60 manat dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 2360 (iki min üç yüz altmış) manat məbləğində borc alınıb İddiaçı verilsin. Cavabdeh 43,60 (qırx üç manat altmış qəpik) manat dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilsin. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(077)-351/2022
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-351/2022
20.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver