Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-385/2021 15.10.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı «pul tələbi»nə dair mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə Şuşa Rayon Məhkəməsinə müraciət edərək,Cavabdeh İddiaçı QSC-nin xeyrinə 22.04.2021-ci il tarixli PSN000149 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 400 (dörd yüz) manat əsas borc,54,94 (əlli dörd manat doxsan dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 454,94 (dörd yüz əlli dörd manat doxsan dörd qəpik) manat borc və 20,40 (iyirmi manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,İddiaçı QSC ilə Azərbaycan Respublikası qanunvericiliyi və öz Nizamnaməsi əsasında fəaliyyət göstərən fiziki şəxs (VÖEN **********) X4 arasında 27.02.2020-ci il tarixli R-455/20 saylı faktorinq müqaviləsi imzalanmış və müqaviləyə əsasən faktor,yəni İddiaçı QSC borclu barəsində Müştərinin,yəni X7 oğlunun borclu malların satılmasından irəli gələn pul tələbinin hesabına X3 pul vəsaiti verir, X4 isə borcluya qarşı pul tələbini Faktora,yəni İddiaçı QSCyə güzəşt edir. X7 oğlu ilə Cavabdeh arasında bağlanmış 22.04.2021-ci il tarixli PSN000149 saylı nisyə alq-satqı müqaviləsinə əsasən satıcı dəyəri 400 manat olan “Playstation 3” markalı oyun konsolunu alıcıya nisyə satmağı,alıcı isə satılmış əşyayı qəbul edərək 6 ay müddətinə hər ay 67 manat,sonuncu ay isə 65 manat ödəmək şərti ilə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı QSC ilə X4 arasında 27.02.2020-ci il tarixli R-455/20 saylı faktorinq müqaviləsinə əlavə olunan 27.04.2021-ci il tarixli R-455/20-0017 saylı saziş imzalanmış və X4 borclu Cavabdeh qarşı olan 400 manat məbləğində pul tələbini İddiaçı QSC-yə güzəşt etmişdir.Cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir.Hazırda cavabdehin 27.08.2021-ci il tarixinı 400 manat məbləğində əsas borcu və 54,94 manat məbləğində cərimə borcu vardır. Məhkəmə hazırkı iddianın qiymətinin iki min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - İddiaçı QSC ilə X4 arasında bağlanmış 27.02.2020-ci il tarixli R-455/20 saylı faktorinq müqaviləsindən görünür ki, faktor,yəni İddiaçı QSC borclu barəsində Müştərinin,yəni X2 borclu malların satılmasından irəli gələn pul tələbinin hesabına X3 pul vəsaiti vermiş, X4 isə borcluya qarşı pul tələbini Faktora,yəni İddiaçı QSC-yə güzəşt etmişdir. - X7 oğlu ilə Cavabdeh arasında bağlanmış 22.04.2021-ci il tarixli PSN000149 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı dəyəri 400 manat məbləğində malı alıcıya vermiş, alıcı isə onu qəbul edərək avadanlığın qiymətini 6 ay müddətinə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. - 22.04.2021-ci il tarixli PSN000149 saylı nisyə alqı-satqı müqaviləsinə 1 saylı Əlavədən görünür ki, Cavabdeh almış olduğu avadanlığın pulunu 22.05.2021-ci il tarixdən başlayaraq hər ay 67 manat,son ay isə 65 manat ödəniş etməklə 22.10.2021-ci il tarixədək ödəməli idi. - iddiaçı İddiaçı QSC ilə X7 oğlu arasında 27.02.2020-ci il tarixli R-455/20 saylı faktorinq müqaviləsinə əlavə olunan 27.04.2021-ci il tarixli R-455/20-0017 saylı sazişdən görünür ki,X7 oğlu borclu Cavabdeh qarşı olan 400 manat məbləğində pul tələbini İddiaçı QSC-yə güzəşt etmişdir. - İddiaçı QSC tərəfindən cavabdehə göndərilmiş 30.07.2021-ci il tarixli bildirişdən görünür ki, cavabdehə yaranmış borcla əlaqədar rəsmi məlumat verilməklə, öhdəliklərinin icra edilməsi tələb edilmiş və əks təqdirdə kreditin, kredit faizlərinin ödənilməsi barədə məhkəməyə iddia veriləcəyi nəzərinə çatdırılmışdır. - İddiaçı QSC-nin 27.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 22.04.2021-ci il tarixli PSN000149 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən əsas borc üzrə 400 manat və cərimə borcu üzrə 54,94 manat olmaqla,cəmi 454,94 manat məbləğində borcu vardır. - X5 ödənilmiş 08.09.2021-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki,iddiaçı məhkəmədə iddia qaldırılmasından ötrü 20,40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn,pulu ödəməli,əmlakı verməli,iş görməli,xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə,onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi,mallarda,işlərdə və xidmətlərdə) qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilməmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə ücün faizlər, əgər müqavilədə faizlərin hesablanması ücün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənnin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 22.04.2021-ci il tarixli PSN000149 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 400 manat əsas borc,54,94 manat cərimə borcu olmaqla,ümumilikdə 454,94 manat borc və 20,40 manat məbləğində dövlət rüsumu tutulub İddiaçı QSC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 211,220, 227, 233, 284-1, 284-5,284-6 və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 22.04.2021-ci il tarixli PSN000149 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 400 (dörd yüz) manat əsas borc,54,94 (əlli dörd manat doxsan dörd qəpik) manat cərimə borcu olmaqla,ümumilikdə 454,94 (dörd yüz əlli dörd manat doxsan dörd qəpik) manat borc və 20,40 (iyirmi manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutulub İddiaçı QSC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(077)-385/2021
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-385/2021
15.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver