Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-397/2021 21.10.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun tutulması» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 11 sentyabr 2019-cu il tarixli 22-MZ-1-0-386-19 saylı kredit müqaviləsinin ləğv edilməsi,cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1822,32 (bir min səkkiz yüz iyirmi iki manat otuz iki qəpik) manat məbləğində əsas borc,187,28 (bir yüz səksən yeddi manat iyirmi səkkiz qəpik) manat məbləğində faiz borcu,53,23 (əlli üç manat iyirmi üç qəpik) manat məbləğində cərimə borcu olmaqla,ümumilikdə 2062,83 (iki min altmış iki manat səksən üç qəpik) manat pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,"xxxx" İKB ASC ilə Cavabdeh1 arasında 11 sentyabr 2019-cu il tarixli 22-MZ-1-0-386-19 saylı kredit müqaviləsi imzalanmışdır.Həmin müqaviləyə əsasən bank cavabdehə 24 ay müddətinə illik 25% dərəcəsi hesablanmaqla 3500 məbləğində kredit vermişdir.Kredit müqaviləsindən irəli öhdəliklərin təmini üsulu kimi "xxxx" İKB ASC ilə Cavabdeh2 arasında 11 sentyabr 2019-cu il tarixli 22-MZ-1-0-386-19 saylı zaminlik müqaviləsi imzalanmışdır.Müqavilələr bağlanan an cavabdehlərə üzərinə götürdüyü öhdəliklərin məsuliyyəti izah edilmişdir.Lakin buna baxmayaraq cavabdeh ödəməli olduğu kredit borcunu vaxtında ödəməmişdir.Tərəflər arasında bağlanmış 25.01.2021-ci il tarixli əlavə sazişə əsasən kredit müqaviləsinin müddəti uzadılmış,lakin cavabdehlər yenə də öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişlər.Hazırda cavabdehlərin kredit müqaviləsi üzrə 10.09.2021-ci il tarixinə 1822,32 manat əsas borc,187,28 manat faiz borcu və 53,23 manat cərimə borcu olmaqla,cəmi 2062,83 manat borc hesablanmışdır.Müqavilə şərtləri müqavilə bağlayan tərəflər üçün məcburidir və müqavilənin bütün bəndləri icra edilməli və ya müqavilə şərtlərini pozmuş tərəf müqavilə ilə nəzərdə tutulmuş cəriməni əsas borcla birgə digər tərəfə ödəməlidir. Məhkəmə iclasında çıxış edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib,iddia ərizəsində yazılanlara uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 iddia tələbini qismən qəbul edərək bildirdi ki, İddiaçı ASC-dən 11 sentyabr 2019-cu il tarixdə illik 25% hesablanmaqla 3500 manat məbləğində kredit götürmüşdür.Əvvəllər borcunu vaxtlı-vaxtında qaytarmış,lakin sonradan maddi vəziyyəti pisləşdiyindən borcun ödənilməsində gecikmələr olmuşdur.Hazırda borcunu hissə-hissə ödəyə bilər. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq,məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən,məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlMəMəsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gələməyinin səbəblərini üzürsüz hesab etdikdə,yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə,işə baxMağa haqlıdır.Bu halda qətnaMə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh1 rəyini nəzərə alaraq hesab edir ki,işə Cavabdeh2 iştirakı olmadan baxıla bilər. İddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib,işdəki sənədləri araşdırıb məhkəmə belə qərara gəlir ki,iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan: - "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 11 sentyabr 2019-cu il tarixli 22- MZ-1-0-386-19 saylı kredit müqaviləsindən görünür ki,iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə illik 25% hesablanmaqla 3500 manat məbləğində kredit verilməsi,kreditalan tərəfindən isə müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq krediti kreditora qaytarılması müqavilənin predmetini təşkil etmişdir. - "xxxx" İKB ASC ilə Cavabdeh2 arasında bağlanmış 11 sentyabr 2019-cu il tarixli 22- MZ-1-0-386-19 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 11 sentyabr 2019-cu il tarixli 22-MZ-1-0-386-19 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. - İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 11 sentyabr 2019-cu il tarixli 22- MZ-1-0-386-19 saylı kredit müqaviləsinə 25.01.2021-ci il tarixli 01 nömrəli əlavə sazişdən görünür ki,müqavilə üzrə kreditin müddəti 11.01.2022-ci il tarixədək uzadılmışdır. - 22-MZ-1-0-386-19 saylı kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki,Cavabdeh1 1830,72 manat məbləğində almış olduğu krediti 11.02.2021-ci ildən başlayaraq birinci ay 128,47 manat,ikinci ay 38,14 manat,sonrakı aylar 204,70 manat ödəniş etməklə 11.01.2022-ci il tarixədək ödəməli idi. - İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 11 sentyabr 2019-cu il tarixli 22- MZ-1-0-386-19 saylı zaminlik müqaviləsinə 25.01.2021-ci il tarixli 01 nömrəli əlavə sazişdən görünür ki,müqavilə üzrə kreditin müddəti 11.01.2022-ci il tarixədək uzadılmışdır. - İddiaçı ASC-nin maliyyə arayışından görünür ki,Cavabdeh1 11 sentyabr 2019-cu il tarixli 22-MZ-1-0-386-19 saylı kredit müqaviləsi üzrə 10.09.2021-ci il tarixinə İddiaçı ASC qarşısında yerinə yetirilməmiş öhdəliyi 1822,32 manat əsas borc,187,28 manat faiz borcu və 53,23 manat cərimə borcu olmaqla ümumilikdə 2062,83 manat təşkil edir. - X3 ödənilmiş 15.09.2021-ci il tarixli ********* saylı qəbzdən görünür ki,iddiaçı məhkəmədə iddia qaldırılmasından ötrü 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn,pulu ödəməli,əmlakı verməli,iş görməli,xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirlə və ya ləğv edilə bilər.Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki,bunun digər tərəfə vurduğu zərər nəticəsində o,müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə,öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə,onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi,mallarda,işlərdə və xidmətlərdə) qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilməmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə,borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla,onu qaytarmaqdan boyun qaçırmaqla,habelə onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödəməlidir. 472-ci maddəsinə əsasən birgə zamin olmuş şəxslər əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa,kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda,o,kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizləri ilə verilməsini şərtləşdirirlərsə,faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli,borc bir il başa çatanadək qaytarılmalıdırsa borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki, Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə və Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən cavabdehlər üzərlərinə düşən öhdəlikləri yerinə yetirmədiklərindən iddiaçı qarşısında məsuliyyət daşıyırlar və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehlərə qarşı irəli sürdüyü kredit müqaviləsi üzrə borcun tutulması tələbi əsaslıdır.Buna görə də,cavabdehlərdən müştərək qaydada kredit müqaviləsi üzrə öhdəlik icra edilmədiyinə görə 1822,32 manat əsas borc,187,28 manat faiz borcu və 53,23 manat cərimə borcu tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki,iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir. 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu,ziyan və dəbbə pulunu (cərimə,penya) ayrı-ayrılıqda müəyyən etməklə alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 11 sentyabr 2019-cu il tarixli 22-MZ-1- 0-386-19 saylı kredit müqaviləsi ləvğ edilməli,cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1822,32 manat əsas borc,187,28 manat faiz borcu,53,23 manat cərimə borcu olmaqla,ümumilikdə 2062,83 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 77, 88, 106, 172-179, 182, 183,192, 209-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 11 sentyabr 2019-cu il tarixli 22- MZ-1-0-386-19 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1822,32 (bir min səkkiz yüz iyirmi iki manat otuz iki qəpik) manat məbləğində əsas borc, 187,28 (bir yüz səksən yeddi manat iyirmi səkkiz qəpik) manat məbləğində faiz borcu, 53,23 (əlli üç manat iyirmi üç qəpik) manat məbləğində cərimə borcu olmaqla,ümumilikdə 2062,83 (iki min altmış iki manat səksən üç qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(077)-397/2021
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-397/2021
21.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver