Məhkəmə qərarları › İş №2(077)-4/2021

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-4/2021

08.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-4/2021 08.02.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Allahverən Məhərrəm oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh1 Əmirxan oğluna və Cavabdeh2 qarşı «kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh1 Əmirxan oğluna və Cavabdeh2 qarşı «kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması» tələbinə dair iddia qaldıraraq bankla cavabdeh Cavabdeh1 arasında bağlanmış 15 yanvar 2019-cu il tarixli MK/05775/67/3 nömrəli kredit sazişinə əsasən 5723,71 (beş min yeddi yüz iyirmi üç) manat məbləğində əsas borc, 1660,14 (bir min altı yüz altmış) manat məbləğində faiz borcu, 107,97 (bir yüz yeddi) manat məbləğində cərimə borcu olmaqla, cəmi 7491,82 (yeddi min dörd yüz doxsan bir) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulması tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinin artırılması barədə ərizə verərək xx.xx.2019-cu il tarixdə Cavabdeh1 Əmirxan oğlu və Cavabdeh2 ilə bağlanmış kredit sazişi müqaviləsinin ləğv edilməsini və İddiaçı ASC-nin xeyrinə cavabdehlərdən 5723,71 manat məbləğində əsas borc, 2527,09 manat məbləğində faiz borcu, 107,97 manat məbləğində cərimə borcu olmaqla, cəmi 8358,77 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulması tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi tələbini onunla əsaslandırdı ki, bankla Cavabdeh1 arasında xx xxxxxx 2019-cu il tarixli MK/05775/67/3 nömrəli kredit sazişi imzalanmışdır. Həmin sazişə əsasən bank Cavabdeh1 Əmirxan oğluna 24 ay müddətinə illik 29% dərəcəsi hesablanmaqla hər ay 332,4 manat, sonuncu ay 335,32 manat ödəniş etmək şərti ilə 6000 manat məbləğində kredit vermişdir. Kredit sazişinə əsasən Cavabdeh2 arasında zaminlik müqaviləsi imzalanmışdır. Müqavilə bağlanan an cavabdehə üzərinə götürdüyü öhdəliyin məsuliyyəti izah edilmişdir. Lakin buna baxmayaraq cavabdeh ödəməli olduğu kredit borcunu ödəmir. Kredit sazişinə əsasən cavabdehin xx.xx.2020-ci il tarixinə banka olan əsas borcu 5723,71 manat, faiz borcu 2527,09 manat, cərimə borcu 107,97 manat hesablanmışdır.Cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq hazırkı vaxtadək kredit müqaviləsi üzrə hesablanmış borc ödənilməmişdir. Müqavilə şərtləri müqavilə bağlayan tərəflər üçün məcburidir və müqavilənin bütün bəndləri icra edilməli və ya müqavilə şərtlərini pozmuş tərəf müqavilə ilə nəzərdə tutulmuş cəriməni əsas borcla birgə digər tərəfə ödəməlidir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq,məhkəmə iclasına gəlməmişlər,gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən,məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə,yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə,işə baxmağa haqlıdır.Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin rəyinidə nəzərə alaraq işə cavabdehlər Mirzəyev Tural Əmirxan oğlunun və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsinin izahatını dinləyib, işdəki sənədləri araşdırıb məhkəmə belə qərara gəlir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan: - İddiaçı ASC ilə Mirzəyev Tural Əmirxan oğlu arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli MK/05775/67/3 saylı kredit sazişindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə 6000 məbləğində kredit verilməsi, kreditalan tərəfindən isə müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq krediti kreditora qaytarılması müqavilənin predmetini təşkil etmişdir. Kredit sazişinə əsasən borclu kreditora kreditdən istifadəyə görə orta illik faiz dərəcəsi illik 29% (faktiki illik faiz dərəcəsi 30,3%) ödəyir. - Kredit sazişinin ayrılmaz hissəsi olan kredit ödəniş cədvəlindən görünür ki, Mirzəyev Tural Əmirxan oğlu 6000 manat məbləğində almış olduğu krediti xx.xx.2019-cu il tarixindən başlayaraq hər ay 332,4 manat, sonuncu ay 335,32 manat ödəniş etməklə xx.xx.2021-cı il tarixinədək ödəməli idi. İş materiallarında olan İddiaçı ASC-nin xx.xx.2020-cı il tarixli maliyyə arayışından görünür ki, Mirzəyev Tural Əmirxan oğlunun xx xxxxxx 2019-cu il tarixli MK/05775/67/3 saylı kredit sazişi üzrə 5723,71 manat əsas, 1660,14 manat faiz borc və 107,97 manat cərimə borcu hesablanmışdır. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə məhkəmə-mühasibat ekspertizası təyin olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 9/3366 saylı rəyinə əsasən cavabdehin İddiaçı ASC-yə xx xxxxxx 2019-cu il tarixli MK/05775/67/3 saylı kredit sazişi üzrə xx.xx.2020-ci il tarixinə əsas borcunun 3751,93 manat və faiz borcunun 498,69 manat təşkil etdiyi müəyyənləşdirilmişdir. İddiaçının nümayəndəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 9/3366 saylı rəyi ilə razılaşmadığından təkrar Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 9/4885 saylı rəyinə əsasən cavabdehin İddiaçı ASC-yə xx xxxxxx 2019-cu il tarixli MK/05775/67/3 saylı kredit sazişi üzrə xx.xx.2020-ci il tarixinə əsas borcunun 5717,92 manat və faiz borcunun 2581,43 manat təşkil etdiyi müəyyənləşdirilmişdir. - Müvafiq ödəniş tapşırığından görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılmasından ötrü 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki,iddia tələbinin hüquqi əsasları kimi Azərbaycan Respublikası MM-nin 385.1,385.2,386,421.2,422.2,445,448,460,739 və 741-ci maddələrinə istinad edilməlidir. İddiaçı ASC ilə cavabdeh Mirzəyev Tural Əmirxan oğlu arasında kredit sazişi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki,iddiaçı ilə cavabdeh arasında qanunla müəyyən edilmiş qaydada kredit sazişi bağlanmış,həmin müqaviləyə əsasən tərəflər arasında öhdəlik yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri pozaraq lazımınca yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda,o,kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizləri ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pulu ödəməli, əmlakı verməli,iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirlə və ya ləğv edilə bilər.Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki,bunun digər tərəfə vurduğu zərər nəticəsində o,müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə,öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə,onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi,mallarda,işlərdə və xidmətlərdə) qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilməmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla,onu qaytarmaqdan boyun qaçırmaqla,habelə onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödəməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə,borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən birgə zamin olmuş şəxslər əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa,kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə,penya) ayrı-ayrılıqda müəyyən etməklə alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki, cavabdehlərin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit sazişinə əsasən cavabdehlər üzərlərinə düşən öhdəlikləri yerinə yetirmədiklərindən iddiaçı qarşısında məsuliyyət daşıyırlar və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehlərə qarşı irəli sürdüyü kredit sazişi üzrə borcun tutulması tələbi əsaslıdır. Məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 9/4885 saylı rəyinə əsasən cavabdehlərdən xx xxxxxx 2019-cü il tarixli MK/05775/67/3 saylı kredit müqaviləsi üzrə 5717,92 manat əsas borc və 2581,43 manat faiz borcu tutulması müəyyən edilsə də, iddiaçı tərəfindən tələbin artırılması barədə ərizə daxil olmadığından iddia ərizəsində tələb olunan məbləğ 5717,92 manat əsas borc, 1660,14 manat faiz borcu və 107,97 manat cərimə borcu müştərək qaydada cavabdehlərdən öhdəlik icra edilmədiyinə görə tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının qiymətilər 250 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyində həmin məbləğdə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki,iddia təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 77, 88, 106, 172-179, 182, 183,192, 209-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ASC ilə cavabdehlər Mirzəyev Tural Əmirxan oğlu və Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli MK/05775/67/3 saylı kredit sazişinə xitam verilsin. İddiaçı ASC ilə cavabdehlər arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli MK/05775/67/3 saylı kredit sazişinə əsasən Mirzəyev Tural Əmirxan oğlundan və Cavabdeh2 müştərək qaydada 5717,92 (beş min yeddi yüz on yeddi) manat məbləğində əsas borc, 1660,14 (bir min altı yüz altmış) manat məbləğində faiz borcu, 107,97 (bir yüz yeddi) manat məbləğində cərimə borcu olmaqla,cəmi 7486,03 (yeddi min dörd yüz səksən altı) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Mirzəyev Tural Əmirxan oğlundan 250 ( iki yüz əlli) manat məhkəmə mühasibatlıq ekspertiza xərcləri Dövlət Xəzinədarlığı Agentliyi, kod 210005,VÖEN **********,müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi – VÖEN **********, Hesab № AZ34CTRE******************** büdcə təsnifatının kodu 142319,büdcə səviyəsinin kodu 3 hesabına ödənilsin. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar