Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-403/2021 02.12.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbi»nə dair mülki işə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh 17100 (bir on yeddi min yüz) manat pulun və maddi və mənəvi zərərin əvəzi olaraq 8000 (səkkiz min) manat pul vəsaitinin alınıb ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,İddiaçı Cavabdeh 10 ildir tanıyır və cavabdeh Qaradağ rayonu,Lökbatan qəsəbəsi ərazisində yerləşən Binə Ticarət Mərkəzində valyuta dəyişmə işi ilə məşğuldur.Belə ki,dəfələrlə cavabdehlə pul dəyişmişdir. İddiaçı 2018-ci il tarixində evini 45000 manata və avtomobilini 11500 manata satmışdır.19 fevral 2019-cu il tarixdə təxminən saat 11:00 radələrində Binə Ticarət Mərkəzində Cavabdeh ilə görüşmüş və 23000 manat məbləğində pulu ona verərək ABŞ dollarına dəyişməsini xahiş etmişdir.Cavabdeh pulu almış və kafenin qabağında onu gözləməyini bildirmişdir.Cavabdehi və onun qardaşını tanıdığı üçün onlara güvənmiş,lakin saatlar keçməsinə baxmayaraq cavabdeh pulu gətirməmişdir.Dərhal cavabdehin mobil telefonuna zəng etmiş,lakin telefonunun bağlı olduğunu və cavabdehin onu aldatdığını anlamışdır.Bundan sonra DİN 102 Xidmətinə zəng edərək şikayət etmiş,lakin cavabdeh barəsində cinayət işinin başlanması rədd olunmuş və mülki qaydada məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur.Etdiyi şikayətlərin nəticəsi olaraq cavabdeh borc məbləğindən 5900 manat məbləğində ödəniş etmiş,qalan 17100 manat pulu isə hazırkı vaxtadək qaytarmamışdır.Cavabdehə dəyişmək üçün verdiyi pul məbləğini arvadının xəstəliyi ilə əlaqədar dəyişmək istəmiş,lakin cavabdeh onu aldadaraq pulu geri qaytarmamış və həmin məbləği ona borc kimi verdiyinə dair yalan danışmışdır.Bu səbəbdən o və ailəsi maddi və mənəvi ziyana məruz qalmışdır.Qeyd edilənlərə əsasən cavabdehdən hazırkı vaxtadək qaytarmadığı 17100 manat məbləğində pul vəsaitinin və 8000 manat maddi və mənəvi ziyan tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh iddia tələbini qismən qəbul edib, izahatında bildirdi ki,İddiaçı 17100 manat məbləğində borcu olduğunu qəbul edir və həmin borcu maddi vəziyyəti ilə əlaqədar ödəyə bilməmişdir.Lakin 8000 manat məbləğində maddi və mənəvi zərəri qəbul etmir və həmin pulu ödəməyə maddi imkanı yoxdur. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib,işin materiallarını araşdırıb,işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarında olan: - Qaradağ RPİ-nin İŞ-nin baş müstəntiqi,polis mayoru X2 HK-1-276 nömrəli material əsasında qəbul etdiyi 19.06.2021-ci il tarixli qərarından görünür ki,Cavabdeh barəsində toplanmış material üzrə cinayət təqibinin başlanması rədd edilmiş və İddiaçı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. - "xxxx" ASC-nin 25565 saylı 27.07.2021-ci il tarixli qəbzindən görünür ki,iddiaçı məhkəmədə iddia qaldırılması ilə əlaqədar 30 manat dövlət rüsumu ödəmişdir. - Cavabdeh ərizəsindən görünür ki,o,İddiaçı 17100 manat məbləğində borcu olduğunu qəbul edir və borcunu ödəməməsinin səbəbini maddi vəziyyəti ilə əlaqələndirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə tərəfindən müəyyən edildi ki,İddiaçı ABŞ dollarına dəyişməyi üçün 23000 manat məbləğində pulu Cavabdeh vermişdir,Cavabdeh isə həmin məbləği öz borclarını ödəmək üçün xərcləmişdir.Hazırda cavabdeh iddiaçıya 17100 manat məbləğində borcu olduğunu yazılı ərizəsi ilə etiraf etdiyindən məhkəmə hesab edir ki,iddia tələbi iddiaçının tələb etdiyi məbləğdə,yəni 17100 manat pulun qaytarılması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə,hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iddia tələləbinin 8000 manat maddi və mənəvi ziyanın tutulması barədə hissəsinə gəldikdə iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona maddi ziyanın vurulmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilmədiyi üçün iddia tələbi qeyd olunan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki,iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 20 manatı cavabdehə və 10 manatı iddiaçıya aid edilməlidir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki,iddia tələbi qismən təmin edilməli,Cavabdeh 11000 manat məbləğində borc və 2000 manat məbləğində taksi xidmətinə görə ödənilmiş zərər olmaqla,cəmi 13000 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 17100 (bir on yeddi min yüz) manat məbləğində pul və ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(077)-403/2021
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-403/2021
02.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver