Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-405/2021 25.11.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi, Cavabdeh1 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kreditin,ona hesablanmış faiz borcunun qaytarılması» tələbinə dair iddiası üzrə mülki işə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq,bankla Cavabdeh1 arasında bağlanmış 12 sentyabr 2019-cu il tarixli BF/26274/71 saylı güzəştli kredit müqaviləsinin ləğv edilməsi, 12 sentyabr 2019-cu il tarixli BF/26274/71 saylı güzəştli kredit müqaviləsinə əsasən 6884,55 (altı min səkkiz yüz səksən dörd manat əlli beş qəpik) manat məbləğində əsas borc,27,35 (iyirmi yeddi manat otuz beş qəpik) manat məbləğində faiz borcu olmaqla,cəmi 6911,9 (altı min doqquz yüz on bir manat doxsan qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,İddiaçı ASC ilə Cavabdeh1 arasında 12 sentyabr 2019-cu il tarixli BF/26274/71 saylı güzəştli kredit müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən bank borcluya 1 il güzəşt müddəti olmaqla,5 il müddətinə illik 1% dərəcəsi hesablanmaqla 7669,52 manat məbləğində kredit vermişdir.Güzəştli kredit müqaviləsinin təminatı olaraq bankla Cavabdeh2 arasında 12 sentyabr 2019-cu il tarixli Z- BF/26274/71 saylı zaminlik müqaviləsi imzalanmışdır Müqavilələr bağlanan an cavabdehlərə üzərlərinə götürdükləri öhdəliyin məsuliyyəti izah edilmişdir.Lakin buna baxmayaraq cavabdehlər qaytarmalı olduqları kredit borcunu vaxtında və lazımi qaydada ödəməmişlər.Güzəştli kredit müqaviləsinə əsasən cavabdehin 07.09.2021-ci il tarixinə banka olan əsas borcu 6884,55 manat və müqavilənin 2.1.2-ci bəndinə görə faiz borcu 27,35 manat hesablanmışdır. Müqavilə şərtləri müqavilə bağlayan tərəflər üçün məcburidir və müqavilənin bütün bəndləri icra edilməli və ya müqavilə şərtlərini pozmuş tərəf müqavilə ilə nəzərdə tutulmuş cəriməni əsas borcla birgə digər tərəfə ödəməlidir. Cavadeh Cavabdeh1 iddianı qəbul edərək bildirdi ki, 12 sentyabr 2019-cu il tarixdə İddiaçı ASC ilə müqavilə bağlamış və bankdan 7669,52 manat məbləğində kredit götürmüşdür.Kredit üzrə ödənişini vaxtlı-vaxtında etmişdir.Sonradan maddi vəziyyətinin pisləşməsi ilə əlaqədar ödənişləri dayandırmışdır.Hazırda borcunu hissə-hissə ödəyə bilər. İddiaçı ASC-nin nümayəndəsi və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq,məhkəmə iclasına gəlməmişlər.İddiaçı ASC-nin nümayəndəsi ərizə göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir.Cavabdeh2 gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilib,lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Həmin Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə cavabdehin rəyini nəzərə alaraq işə İddiaçı ASC-nin nümayəndəsinin və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib,iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakı göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki,iş materiallarında olan: - iddiaçı “Bank of Baku” ASC ilə Cavabdeh1 arasında bağlanmış 12 sentyabr 2019cu il tarixli BF/26274/71 saylı güzəştli kredit müqaviləsindən görünür ki,iddiaçı tərəfindən cavabdehə 1 il güzəşt müddəti olmaqla,5 il müddətinə 7669.52 manat məbləğində kredit verilməsi, kreditalan tərəfindən isə müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq krediti kreditora qaytarılması müqavilənin predmetini təşkil etmişdir. Müqavilənin 2.1.2-ci bəndinə əsasən borclu kreditora kreditdən istifadəyə görə orta illik faiz dərəcəsi illik 1% ödəyir. - Kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 7669,52 manat məbləğində almış olduğu krediti 12.10.2019-cu il tarixindən başlayaraq ilk 12 ay müxtəlif məbləğlər,sonrakı aylar 163.07 manat, sonuncu ay 162,67 manat ödəniş etməklə 12.09.2024-cü il tarixinədək ödəməli idi. - İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 12 sentyabr 2019-cu il tarixli Z- BF/26274/71 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 bank qarşısında Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. - İddiaçı ASC-nin 07.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 12 sentyabr 2019-cu il tarixli BF/26274/71 saylı güzəştli kredit müqaviləsi üzrə İddiaçı ASC qarşısında yerinə yetirilməmiş öhdəliyi 6884,55 manat əsas borc və 27.35 manat faiz borcu olmaqla ümumilikdə 6911,9 manat borc təşkil edir. - 21.05.2019-cu il tarixli MXD-BF26274A71C-1 saylı ödəniş tapşırığından görünür ki, İddiaçı ASC Cavabdeh1 hesabına 7669,52 manat məbləğində vəsait köçürmüşdür. - Hökümət ödəniş portalına ödənilmiş 08.09.2021-ci il tarixli ********* saylı qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılmasından ötrü 30 manat dövlət rüsumu ödəmişdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn,pulu ödəməli,əmlakı verməli,iş görməli,xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirlə və ya ləğv edilə bilər.Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki,bunun digər tərəfə vurduğu zərər nəticəsində o,müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə,öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə,onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi,mallarda,işlərdə və xidmətlərdə) qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilməmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla,onu qaytarmaqdan boyun qaçırmaqla,habelə onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödəməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə,borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən birgə zamin olmuş şəxslər əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa,kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda,o,kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizləri ilə verilməsini şərtləşdirirlərsə,faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli,borc bir il başa çatanadək qaytarılmalıdırsa borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.İddiaçı ilə cavabdehlər arasında bağlanmış kredit və zaminlik müqavilələrinə əsasən cavabdehlər üzərlərinə düşən öhdəlikləri yerinə yetirmədiklərindən iddiaçı qarşısında məsuliyyət daşıyırlar və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehlərə qarşı irəli sürdüyü kredit müqaviləsi üzrə borcun tutulması tələbi əsaslıdır.Buna görə də,cavabdehlərdən kredit müqaviləsi üzrə 6884,55 manat əsas borc və 27,35 manat faiz borcu müqavilədən irəli gələn öhdəlik icra edilmədiyinə görə tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki,iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu,ziyan və dəbbə pulunu (cərimə,penya) ayrıayrılıqda müəyyən etməklə alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutları məcmu halında qiymətləndirərək və yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli,İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 12 sentyabr 2019-cu il tarixli BF/26274/71 saylı güzəştli kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 6884,55 manat əsas borc,27,35 manat faiz borcu olmaqla,ümumilikdə 6911,9 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC -nin xeyrinə ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 77, 88, 106, 172-179, 182, 183,192, 209-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 12 sentyabr 2019-cu il tarixli BF/26274/71 saylı güzəştli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6884,55 (altı min səkkiz yüz səksən dörd manat əlli beş qəpik) manat məbləğində əsas borc,27,35 (iyirmi yeddi manat otuz beş qəpik) manat məbləğində faiz borcu olmaqla,cəmi 6911,9 (altı min doqquz yüz on bir manat doxsan qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(077)-405/2021
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-405/2021
25.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver