Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-41/2022 14.04.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçı «Finca Azerbaijan» MM QBKT-nın nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «Finca Azerbaijan» MM QBKT-nın Cavabdeh qarşı «borc tələbi»nə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «Finca Azerbaijan» MM QBKT Cavabdeh qarşı «borc tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh əsas borc üzrə 1087 (bir min səksən yeddi) ABŞ dolları əsas,faiz borcu üzrə 80 (səksən) ABŞ dolları,cərimə borcuna görə 33,49 (otuz üç ABŞ dolları qırx doqquz sent) ABŞ dolları olmaqla,cəmi 1200,49 (bir min iki yüz ABŞ dolları qırx doqquz sent) ABŞ dolları məbləğində borcun və 40,32 (qırx manat otuz iki qəpik) manat məbləğində dövlət rüsumunun iddiaçı «Finca Azerbaijan» MM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,«Finca Azerbaijan» MM QBKT ilə Cavabdeh arasında bağlanmış 17 iyun 2016-cı il tarixli **********0924 saylı kredit müqaviləsinə əsasən bank cavbdehə biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün 12 ay müddətinə illik 25% hesablanmaqla 2030 ABŞ dolları məbləğində kredit vermişdir.Tərəflər arasında bağlanmış kredit müqavilələrinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuş,lakin Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə,cavabdehin 05.04.2022-ci il tarixinə 1087 ABŞ dolları əsas borc,80 ABŞ dolları faiz borcu və 33,49 ABŞ dolları cərimə borcu hesablanmışdır. Məhkəmə iclasında çıxış edən iddiaçı «Finca Azerbaijan» MM QBKT-nin nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq,məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir.Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən və iddiaçının nümayəndəsinin fikrini nəzərə alaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib,işdəki sənədləri, sübutları işin bütün faktiki hallarını tam,hərtərəfli və obyektiv araşdırıb belə qərara gəlir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan: - «Finca Azerbaijan» MM QBKT ilə Cavabdeh arasında bağlanmış 17 iyun 2016-cı il tarixli **********0924 saylı kredit müqaviləsindən görünür ki,cavabdehə 12 ay müddətinə illik 25% hesablanmaqla 2030 ABŞ dolları məbləğində kredit verilmişdir. - 17.06.2016-cı tarixli kassa məxaric orderindən görünür ki, «Finca Azerbaijan» MM QBKT tərəfindən 17 iyun 2016-cı il tarixli **********0924 nömrəli kredit müqaviləsinə əsasən, Cavabdeh 2030 ABŞ dolları məbləğində pul vəsaiti imza edilərək qəbul etmişdir - «Finca Azerbaijan» MM QBKT-nın 05.04.2022-ci il tarixli maliyyə arayışından görünür ki, 17 iyun 2016-cı il tarixli **********0924 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 03.12.2021-ci il tarixə «Finca Azerbaijan» MM QBKT-na olan borcu 1087 ABŞ dolları əsas borc,80 ABŞ dolları faiz borcu və 33,49 ABŞ dolları cərimə borcu olmaqla,cəmi 1200,49 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 742-ci maddəsinə əsasən borcu alan borc məbləğini borc verənə vaxtında və borc müqaviləsində nəzərdə tutulmuş qaydada qaytarmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, «Finca Azerbaijan» MM QBKT ilə Cavabdeh arasında bağlanmış 17 iyun 2016-cı il tarixli **********0924 saylı kredit müqaviləsinə əsasən bank (borc verən) tərəfindən Cavabdeh (borc alan) 12 ay müddətinə illik 25% olmaqla 2030 ABŞ dolları məbləğində kredit verilmişdir.Cavabdeh kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, nəticədə 05.04.2022-ci il tarixə «Finca Azerbaijan» MM QBKT-na 1087 ABŞ dolları əsas,80 ABŞ dolları faiz və 33,49 ABŞ dolları cərimə olmaqla,cəmi 1200,49 ABŞ dolları borcu yaranmışdır Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə,məhkəmə iclasında tədqiq olunmuş sübutları məcmu halında qiymətləndirərək və yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh əsas borc üzrə 1087 ABŞ dolları,faiz borcu üzrə 80 ABŞ dolları,cərimə borcuna görə 33,49 ABŞ dolları olmaqla,cəmi 1200,49 ABŞ dolları məbləğində pul və ödənilmiş 40,32 manat dövlət rüsumu tutularaq «Finca Azerbaijan» MM QBKT-nin xeyrinə ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 77, 88, 172-179, 182, 183,192, 209-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh əsas borc üzrə 1087 (bir min səksən yeddi) ABŞ dolları,faiz borcu üzrə 80 (səksən) ABŞ dolları,cərimə borcuna görə 33,49 (otuz üç ABŞ dolları qırx doqquz sent) ABŞ dolları olmaqla,cəmi 1200,49 (bir min iki yüz ABŞ dolları qırx doqquz sent) ABŞ dolları məbləğində pul ödənilən vaxtı manata məzənnəsi ilə və 40,32 (qırx manat otuz iki qəpik) manat dövlət rüsumu tutularaq «Finca Azerbaijan» MM QBKT-nın xeyrinə ödənilsin. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(077)-41/2022
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-41/2022
14.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver