Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-425/2021 05.11.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun,hesablanmış faiz və cərimə borcunun ödənilməsi” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə əsasən mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun,hesablanmış faiz və cərimə borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 640,52 (altı yüz qırx manat əlli iki qəpik) manat məbləğində əsas borc,96,08 (doxsan altı manat səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 736,60 (yeddi yüz otuz altı manat altmış qəpik) manat məbləğində pulun və 30,40 (otuz üç manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 02 mart 2020-ci il tarixli 360-EMB-0385-20 saylı kredit müqaviləsi imzalanmışdır.Həmin müqaviləyə əsasən borcluya "xxxx" MMC-nin istehsal etdiyi mebelleri almaq məqsədilə 18 ay müddətinə 1590 manat məbləğində kredit verilmişdir.Müqavilə bağlanan an cavabdehə üzərinə götürdüyü öhdəliyin məsuliyyəti izah edilmişdir.Lakin, cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində onun 22.09.2021-ci il tarixinə 640,52 manat əsas borcu və 96,08 manat cərimə borcu olmaqla, cəmi 736,60 manat məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə müvafiq olaraq, hazırki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş,bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir.Lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavabdeh tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, kiçik mübahisələr üzrə iddia tələbi təmin edilməlidir. Belə ki,mülki iş materiallarında olan: - iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 02 mart 2020-ci il tarixli 360-EMB-0385-20 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə "xxxx" MMC-nin istehsal etdiyi mebelleri almaq məqsədilə 18 ay müddətinə 1590 manat məbləğində kredit verilmişdir. - 02 mart 2020-ci il tarixli 360-EMB-0385-20 saylı kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki,Cavabdeh 02 mart 2020-ci il tarixli 360-EMB-0385-20 saylı kredit müqaviləsi üzrə almış olduğu krediti 02.04.2020-ci il tarixdən başlayaraq hər ay 88 manat,sonuncu ay 94 manat ödəniş etməklə 02.09.2021-ci il tarixədək ödəməli idi. - Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC tərəfindən Cavabdeh göndərilmiş 05.10.2020-ci il tarixli 11684/20 saylı bildirişdən görünür ki,cavabdehə yaranmış borcla əlaqədar rəsmi məlumat verilməklə,öhdəliklərinin icra edilməsi tələb edilmiş vəəks təqdirdəkreditin,kredit faizlərinin ödənilməsi barədə məhkəməyə iddia veriləcəyi nəzərinə çatdırılmışdır. - Hesabdan çıxarışın surətindən görünür ki,Cavabdeh 18.05.2020-ci il tarixdə 120 manat,28.07.2021-ci il tarixdə 100 manat və 18.08.2021-ci il tarixdə 50 manat olmaqla,cəmi 270 manat məbləğində ödəniş etmişdir. - Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin 22 sentyabr 2021-ci il tarixli MA- 0022923-21 saylı maliyyə arayışından görünür ki, Cavabdeh 02 mart 2020-ci il tarixli 360- EMB-0385-20 saylı kredit müqaviləsi üzrə iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC qarşısında yerinə yetirilməmiş öhdəliyi 22.09.2021-cı il tarixinə əsas borc 640,52 manat və cərimə borcu 96,08 manat olmaqla,cəmi 736,60 manat borc təşkil edir. - X2 ödənilmiş 24.09.2021-ci il tarixli ********* saylı qəbzin surətindən görünür ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar olaraq 30,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki,kredit müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC tərəfindən Cavabdeh kredit verilmiş,iddiaçı tərəfindən kredit müqaviləsində nəzərdə tutulan öhdəliklər icra edilsə də,lakin cavabdeh həmin müqavilədən əmələ gələn öhdəliklərini yerinə yetirməmişdir. Nəticədə cavabdehin 22.09.2021-ci il tarixinə banka 640,52 manat məbləğində əsas borc və 96,08 manat məbləğində cərimə borcu olmaqla,cəmi 736,60 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn,pulu ödəməli,əmlakı verməli,iş görməli,xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə,onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi,mallarda,işlərdə və xidmətlərdə) qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilməmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə ücün faizlər, əgər müqavilədə faizlərin hesablanması ücün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənnin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki,iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki,Cavabdeh 02 mart 2020-ci il tarixli 360-EMB-0385-20 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyindən həmin müqavilə üzrə yaranmış 640,52 manat məbləğində əsas borc və 96,08 manat məbləğində cərimə borcu olmaqla,cəmi 736,60 manat məbləğində pul vəsaiti və ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 211,220, 227, 233, 284-1, 284-5,284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 02 mart 2020-ci il tarixli 360-EMB-0385-20 saylı kredit müqaviləsi üzrə 640,52 (altı yüz qırx manat əlli iki qəpik) manat məbləğində əsas borc,96,08 (doxsan altı manat səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 736,60 (yeddi yüz otuz altı manat altmış qəpik) manat məbləğində pulun və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(077)-425/2021
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-425/2021
05.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver