Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-427/2021 05.11.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X2 qızının qızının iclas katibliyi ilə, İddiaçı «FİNCA Azerbaijan» MM QBKT-nın Cavabdeh qarşı “borc tələbi” barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «FİNCA Azerbaijan» MM QBKT Cavabdeh qarşı “borc tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh ilə «FİNCA Azerbaijan» MM QBKT arasında bağlanmış 04 fevral 2020-ci il tarixli **********0520 saylı kredit müqaviləsinə əsasən 750 (yeddi yüz əlli) manat məbləğində əsas borc, 45 (qırx beş) manat məbləğində faiz borcu olmaqla, cəmi 795 (yeddi yüz doxsan beş) manat məbləğində borc və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı «FİNCA Azerbaijan» MM QBKT-nın xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, «FİNCA Azerbaijan» MM QBKT ilə Cavabdeh arasında 04 fevral 2020-ci il tarixli **********0520 saylı kredit müqaviləsi imzalanmışdır.Həmin müqaviləyə əsasən bank cavabdehə “Fincard” vasitəsi ilə 1500 manat məbləğində kredit borcunu 18 ay müddətinə hər ay 104 manat,sonuncu ay 87 manat ödəmək şərtilə illik 28% hesablanmaqla vermişdir.Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən kredit alan əsas borcu,həmin borca hesablanmış faiz,cərimələri,nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kedit verənə tam şəkildə ödəməyi öhdəsinə götürür. Müqavilə bağlanan an cavabdehə üzərinə götürdüyü öhdəliyin məsuliyyəti izah edilmişdir. Lakin buna baxmayaraq cavabdeh ödəməli olduğu kredit borcundan 1176.31 manat ödəniş etmişdir.Hazırda 28.09.2021-ci il tarixinə cavabdehin 04 fevral 2020-ci il tarixli **********0520 saylı müqavilə üzrə 750 manat məbləğində əsas borc və 45 manat məbləğində faiz borcu olmaqla, cəmi 795 manat məbləğində borcu hesablanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə müvafiq olaraq, hazırki iş üzrə cavabdeh Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə Cavabdeh tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, kiçik mübahisələr üzrə iddia tələbi təmin edilməlidir. İş materiallarında olan : - iddiaçı «FİNCA Azerbaijan» MM QBKT ilə Cavabdeh arasında bağlanmış 04 fevral 2020-ci il tarixli **********0520 saylı kredit müqaviləsindən görünür ki,iddiaçı tərəfindən cavabdehə “Fincard” vasitəsi ilə 18 ay müddətinə müddətinə illik 28% hesablanmaqla 1500 manat məbləğində kredit verilmişdir. - kredit ödəniş cədvəlindən görünür ki, Cavabdeh 04 fevral 2020-ci il tarixli **********0520 saylı müqavilə üzrə almış olduğu pulu 04.03.2020-ci il tarixdən başlayaraq hər ay 104 manat sonuncu ay 87 manat ödəniş etməklə 04.08.2021-ci il tarixədək ödəməli idi. - “Fincard” kreditvermə qəbzinin surətindən görünür ki, iddiaçı «FİNCA Azerbaijan» MM QBKT cavabdeh Cavabdeh ilə bağlamış olduğu 04 fevral 2020-ci il tarixli **********0520 saylı kredit müqaviləsi üzrə üzərinə götürmüş olduğu öhdəliyi yerinə yetirərək, sonuncuya 04.02.2020-ci il tarixdə 1500 manat məbləğində kredit vermişdir. - iddiaçı «FİNCA Azerbaijan» MM QBKT-nın 28.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki,Cavabdeh 04 fevral 2020-ci il tarixli **********0520 saylı kredit müqaviləsinə əsasən 750 manat əsas borc və 45 manat faiz borcu olmaqla, cəmi 795 manat borcu vardır. - “Asan ödəniş” sisteminə ödənilmiş 27.09.2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılmasından ötrü 30 manat dövlət rüsumu ödəmişdir. İş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki,Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş,nəticədə cavabdehin banka 04 fevral 2020-ci il tarixli **********0520 saylı kredit müqaviləsi üzrə 750 manat əsas borcu və 45 manat faiz borcu olmaqla, cəmi 795 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn,pulu ödəməli,əmlakı verməli,iş görməli,xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə,onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi,mallarda,işlərdə və xidmətlərdə) qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilməmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması ücün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki,iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyindən 04 fevral 2020-ci il tarixli **********0520 saylı kredit müqaviləsi üzrə yaranmış 750 manat əsas borc və 45 manat faiz borcu olmaqla,cəmi 795 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı «FİNCA Azerbaijan» MM QBKT-na ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. «FİNCA Azerbaijan» MM QBKT ilə Cavabdeh arasında bağlanmış 04 fevral 2020-ci il tarixli **********0520 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 750 (yeddi yüz əlli) manat məbləğində əsas borc, 45 (qırx beş) manat məbləğində faiz borcu olmaqla, cəmi 795 (yeddi yüz doxsan beş) manat məbləğində borc və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq «FİNCA Azerbaijan» MM QBKT-nın xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(077)-427/2021
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-427/2021
05.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver