Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-451/2021 03.12.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı ASC-nin cavabdeh İmanova (Quliyeva) Günay Sabir qızına qarşı “borcun tutulması” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə əsasən mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdeh İmanova (Quliyeva) Günay Sabir qızına qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdeh İmanova (Quliyeva) Günay Sabir qızından İddiaçı ASC-nin xeyrinə 06 iyul 2018-ci il tarixli 23-Y-1-0- 526-18 saylı kredit müqaviləsi üzrə 149,46 (bir yüz qırx doqquz manat qırx altı qəpik) manat məbləğində əsas borc,3,23 (üç manat iyirmi üç qəpik) manat məbləğində faiz borcu,0,19 (bir on doqquz) qəpik məbləğində cərimə borcu,kredit müqaviləsi üzrə 06.07.2021-ci il tarixdən- 10.09.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 0,50 (əlli) qəpik əldən çıxmış fayda olmaqla,ümumilikdə cəmi 153,38 (bir yüz əlli üç manat otuz səkkiz qəpik) manat məbləğində pulun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" İKB ASC ilə cavabdeh İmanova (Quliyeva) Günay Sabir qızı arasında 06 iyul 2018-ci il tarixli 23-Y-1-0-526-18 saylı kredit müqaviləsi imzalanmışdır.Bu müqaviləyə əsasən kreditor borcalana istehlak məqsədilə 36 ay müddətinə illik 27% hesablanmaqla 1000 manat məbləğində kredit vermişdir.Müqavilə bağlanan an cavabdehə üzərinə götürdüyü öhdəliyin məsuliyyəti izah edilmiş,lakin cavabdeh borc öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir.Hazırkı vaxtadək cavabdeh əsas borcundan 850,54 manat və faiz borcundan 497,46 manat məbləğində ödəniş etmişdir.Qalan borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq,o borc öhdəliyini icra etməkdən boyun qaçırır.Hazırda cavabdeh İmanova (Quliyeva) Günay Sabir qızının banka 06 iyul 2018-ci il tarixli 23-Y-1-0- 526-18 saylı kredit müqaviləsi üzrə 10.09.2021-ci il tarixinə 149,46 manat əsas borc,3,23 manat faiz borcu,0,19 manat cərimə borcu və kredit müqaviləsi üzrə 06.07.2021-ci il tarixdən-10.09.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 0,50 manat əldən çıxmış fayda olmaqla,ümumilikdə cəmi 153,38 manat borcu vardır. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan,iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə İmanova (Quliyeva) Günay Sabir qızına qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - "xxxx" İKB ASC ilə İmanova (Quliyeva) Günay Sabir qızı arasında bağlanmış 06 iyul 2018-ci il tarixli 23-Y-1-0-526-18 saylı kredit müqaviləsindən görünür ki,"xxxx" İKB ASC tərəfindən cavabdehə 36 ay müddətinə illik 27 faiz olmaqla 1000 manat məbləğində kredit verilmişdir. - 23-Y-1-0-526-18 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki,İmanova (Quliyeva) Günay Sabir qızı 1000 manat məbləğində almış olduğu krediti 06.08.2018-ci il tarixdən başlayaraq hər ay 40,83 manat ödəmək şərti ilə 06.07.2021-ci il tarixədək ödəməli idi. İddiaçı ASC-nin 10.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki,İmanova (Quliyeva) Günay Sabir qızının 06 iyul 2018-ci il tarixli 23-Y-1-0-526-18 saylı kredit müqaviləsinə əsasən 10.09.2021-ci il tarixinə İddiaçı ASC-yə 149,46 manat məbləğində əsas borcu,3,23 manat məbləğində faiz borcu,0,19 manat cərimə borcu və kredit müqaviləsi üzrə 06.07.2021-ci il tarixdən-10.09.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 0,50 manat əldən çıxmış fayda olmaqla,ümumilikdə cəmi 153,38 manat məbləğində borcu vardır. - Hökümət ödəniş portalına ödənilmiş 15.09.2021-ci il tarixli ********* saylı qəbzin surətindən görünür ki,İddiaçı ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar olaraq 30,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn,pulu ödəməli,əmlakı verməli,iş görməli,xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə,onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi,mallarda,işlərdə və xidmətlərdə) qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilməmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə ücün faizlər, əgər müqavilədə faizlərin hesablanması ücün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənnin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki,iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki,cavabdeh İmanova (Quliyeva) Günay Sabir qızı 06 iyul 2018-ci il tarixli 23-Y-1-0-526-18 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyindən həmin müqavilə üzrə yaranmış 149,46 manat məbləğində əsas borc,3,23 manat məbləğində faiz borcu,0,19 manat məbləğində cərimə borcu və kredit müqaviləsi üzrə 06.07.2021-ci il tarixdən-10.09.2021ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 0,50 manat əldən çıxmış fayda olmaqla,ümumilikdə cəmi 153,38 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 211,220, 227, 233, 284-1, 284-5,284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İmanova (Quliyeva) Günay Sabir qızından 149,46 (bir yüz qırx doqquz manat qırx altı qəpik) manat məbləğində əsas borc,3,23 (üç manat iyirmi üç qəpik) manat məbləğində faiz borcu,0,19 (bir on doqquz) qəpik məbləğində cərimə borcu,kredit müqaviləsi üzrə 06.07.2021-ci il tarixdən-10.09.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 0,50 (əlli) qəpik əldən çıxmış fayda olmaqla,ümumilikdə cəmi 153,38 (bir yüz əlli üç manat otuz səkkiz qəpik) manat məbləğində pulun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(077)-451/2021
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-451/2021
03.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver