Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-456/2021 06.12.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul tələbi»nə dair mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə Şuşa Rayon Məhkəməsinə müraciət edərək, 1) 18.11.2019-cu il tarixli 01058836 saylı müqaviləyə əsasən 18 (on səkkiz) manat ödənilməmiş hissə və 1 (bir) manat cərimə borcu, 2) 18.11.2019-cu il tarixli 01058843 saylı müqaviləyə əsasən 249 (iki yüz qırx doqquz) manat ödənilməmiş hissə və 24 (iyirmi dörd) manat cərimə borcu, 3) 14.06.2019-c il tarixli 00722205 saylı müqaviləyə əsasən 75 (yetmiş beş) manat ödənilməmiş hissə,7 (yeddi) manat cərimə borcu, 20.12.2019-c il tarixli 01140357saylı müqaviləyə əsasən 21 (iyirmi bir) manat ödənilməmiş hissə,2 (iki) manat cərimə borcu olmaqla,ümumilikdə hər dörd müqavilə üzrə 397 (üç yüz doxsan yeddi) manat borc və 30 (otuz manat) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,"xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 18.11.2019-cu il tarixli 01058836 saylı müqaviləyə əsasən satıcı alqı-satqı qiyməti 30 manat olan 2 ədəd aksesuarı alıcıya vermiş,alıcı isə onu qəbul edərək avadanlığın qiymətini 10 ay müddətinə hər ay 3 manat ödəniş etməklə satıcıya ödəməyi öhdəsinə götürmüşdür.Cavabdeh hazırkı vaxtadək müqavilə üzrə borcundan 12 manat ödəniş etmişdir.Hazırda cavabdehin 22.10.2021-ci il tarixinə müqavilə üzrə 18 manat məbləğində ödənilməmiş hissə və 210 gecikdirilmiş gün üçün hesablanmış 1 manat məbləğində cərimə borcu vardır. Tərəflər arasında bağlanmış 18.11.2019-cu il tarixli 01058843 saylı müqaviləyə əsasən satıcı alqı-satqı qiyməti 396 manat olan İMEİ kodu **********67448 nömrəli “Samsung Galaxy A10” markalı telefonu alıcıya vermiş,alıcı isə onu qəbul edərək avadanlığın qiymətini 12 ay müddətinə hər ay 33 manat ödəniş etməklə satıcıya ödəməyi öhdəsinə götürmüşdür.Cavabdeh hazırkı vaxtadək müqavilə üzrə borcundan 147 manat ödəniş etmişdir.Hazırda cavabdehin 22.10.2021-ci il tarixinə müqavilə üzrə 249 manat məbləğində ödənilməmiş hissə və 240 gecikdirilmiş gün üçün hesablanmış 24 manat məbləğində cərimə borcu vardır. Tərəflər arasında bağlanmış 14.06.2019-c il tarixli 00722205 saylı müqaviləyə əsasən satıcı alqı-satqı qiyməti 360 manat olan İMEİ kodu **********20141nömrəli “Samsung Galaxy A10” markalı telefonu alıcıya vermiş,alıcı isə onu qəbul edərək avadanlığın qiymətini 12 ay müddətinə hər ay 30 manat ödəniş etməklə satıcıya ödəməyi öhdəsinə götürmüşdür.Cavabdeh hazırkı vaxtadək müqavilə üzrə borcundan 285 manat ödəniş etmişdir.Hazırda cavabdehin 22.10.2021-ci il tarixinə müqavilə üzrə 75 manat məbləğində ödənilməmiş hissə və 60 gecikdirilmiş gün üçün hesablanmış 7 manat məbləğində cərimə borcu vardır. Tərəflər arasında bağlanmış 20.12.2019-c il tarixli 01140357 saylı müqaviləyə əsasən satıcı alqı-satqı qiyməti 60 manat olan İMEİ kodu **********05686 nömrəli “Hoffmann T110” markalı telefonu alıcıya vermiş,alıcı isə onu qəbul edərək avadanlığın qiymətini 6 ay müddətinə hər ay 10 manat ödəniş etməklə satıcıya ödəməyi öhdəsinə götürmüşdür.Cavabdeh hazırkı vaxtadək müqavilə üzrə borcundan 39 manat ödəniş etmişdir.Hazırda cavabdehin 22.10.2021-ci il tarixinə müqavilə üzrə 21 manat məbləğində ödənilməmiş hissə və 90 gecikdirilmiş gün üçün hesablanmış 2 manat məbləğində cərimə borcu vardır. Müqavilələr bağlanan an cavabdehə üzərinə götürdüyü öhdəliyin məsuliyyəti izah edilmişdir.Lakin hazırkı vaxtadək cavabdehə müxtəlif vaxtlarda borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilməsinə baxmayaraq,xəbərdarlığın heç bir nəticəsi olmamışdır.Ona görə də,hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan,iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir.Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki,iddia ərizəsi 04 noyabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu,iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur,mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı, həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İş materiallarında olan : - iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 18.11.2019-cu il tarixli 01058836 saylı müqaviləyə əsasən satıcı alqı-satqı qiyməti 30 manat məbləğində olan 2 ədəd aksesuarı alıcıya vermiş,alıcı isə onları qəbul edərək avadanlığın qiymətini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. - Ödəniş cədvəlindən görünür ki,Cavabdeh 18.11.2019-cu il tarixli 01058836 saylı müqavilə üzrə almış olduğu avadanlığın pulunu 25.12.2019-cu il tarixdən başlayaraq hər ay 3 manat ödəniş etməklə 25.09.2020-ci il tarixədək ödəməli idi. - iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 18.11.2019-cu il tarixli 01058843 saylı müqaviləyə əsasən satıcı alqı-satqı qiyməti 396 manat olan İMEİ kodu **********67448 nömrəli “Samsung Galaxy A10” markalı telefonu alıcıya vermiş, alıcı isə onları qəbul edərək avadanlığın qiymətini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. - Ödəniş cədvəlindən görünür ki,Cavabdeh 18.11.2019-cu il tarixli 01058843 saylı müqavilə üzrə almış olduğu avadanlığın pulunu 25.12.2019-cu il tarixdən başlayaraq hər ay 33 manat ödəniş etməklə 25.11.2020-ci il tarixədək ödəməli idi. - iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 14.06.2019-c il tarixli 00722205 saylı müqaviləyə əsasən satıcı alqı-satqı qiyməti 360 manat olan MEİ kodu **********20141nömrəli “Samsung Galaxy A10”markalı telefonu alıcıya vermiş,alıcı isə onları qəbul edərək avadanlığın qiymətini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. - Ödəniş cədvəlindən görünür ki,Cavabdeh 14.06.2019-c il tarixli 00722205 saylı müqavilə üzrə almış olduğu avadanlığın pulunu 27.07.2019-cu il tarixdən başlayaraq hər ay 30 manat ödəniş etməklə 27.06.2020-ci il tarixədək ödəməli idi. - iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 20.12.2019-cu il tarixli ********* saylı müqaviləyə əsasən satıcı alqı-satqı qiyməti 60 manat olan MEİ kodu **********05686 nömrəli “Hoffmann T110” markalı telefonu alıcıya vermiş,alıcı isə onları qəbul edərək avadanlığın qiymətini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. - Ödəniş cədvəlindən görünür ki,Cavabdeh 20.12.2019-cu il tarixli ********* saylı müqavilə üzrə almış olduğu avadanlığın pulunu 31.01.2020-ci il tarixdən başlayaraq hər ay 10 manat ödəniş etməklə 30.06.2020-ci il tarixədək ödəməli idi. - iddiaçı "xxxx" MMC tərəfindən cavabdehə göndərilmiş 16.02.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki,cavabdehə yaranmış borcla əlaqədar rəsmi məlumat verilməklə, öhdəliklərinin icra edilməsi tələb edilmiş və əks təqdirdə kreditin, kredit faizlərinin ödənilməsi barədə məhkəməyə iddia veriləcəyi nəzərinə çatdırılmışdır. - iddiaçı "xxxx" MMC-nin 22.10.2021-ci il tarixli maliyyə arayışından görünür ki,cavabdehin 18.11.2019-cu il tarixli 01058836 saylı müqaviləyə əsasən əsas borc üzrə 18 manat və cərimə borcu üzrə 1 manat olmaqla,cəmi 19 manat borcu, 18.11.2019-cu il tarixli 01058843 saylı müqaviləyə əsasən əsas borc üzrə 249 manat və cərimə borcu üzrə 24 manat olmaqla,cəmi 273 manat borcu, 14.06.2019-cu il tarixli 00722205 saylı müqaviləyə əsasən əsas borc üzrə 75 manat və cərimə borcu üzrə 7 manat, 20.12.2019-c il tarixli 01140357 saylı müqaviləyə əsasən əsas borc üzrə 21 manat və cərimə borcu üzrə 2 manat, olmaqla,cəmi 23 manat borcu,ümumilikdə hər dörd müqavilə üzrə 397 manat borcu vardır. - X2 ödənilmiş 25.10.2021-ci il tarixli ********* saylı mədaxil qəbzlərindən görünür ki,iddiaçı məhkəmədə iddia qaldırılmasından ötrü ümumilikdə 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə,yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə,öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə,belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər.Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki,iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. - 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki,iddia təmin edilməli,Cavabdeh 1) 18.11.2019-cu il tarixli 01058836 saylı müqaviləyə əsasən 18 manat ödənilməmiş hissə və 1 manat cərimə borcu, 2) 18.11.2019-cu il tarixli 01058843 saylı müqaviləyə əsasən 249 manat ödənilməmiş hissə və 24 manat cərimə borcu, 3) 14.06.2019-c il tarixli 00722205 saylı müqaviləyə əsasən 75 manat ödənilməmiş hissə,7 manat cərimə borcu, 20.12.2019-c il tarixli 01140357saylı müqaviləyə əsasən 21 manat ödənilməmiş hissə,2 manat cərimə borcu olmaqla,ümumilikdə hər dörd müqavilə üzrə 397 manat borc və 30 manat məbləğində dövlət rüsumu tutulub iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1) 18.11.2019-cu il tarixli 01058836 saylı müqaviləyə əsasən 18 (on səkkiz) manat ödənilməmiş hissə və 1 (bir) manat cərimə borcu, 2) 18.11.2019-cu il tarixli 01058843 saylı müqaviləyə əsasən 249 (iki yüz qırx doqquz) manat ödənilməmiş hissə və 24 (iyirmi dörd) manat cərimə borcu, 3) 14.06.2019-c il tarixli 00722205 saylı müqaviləyə əsasən 75 (yetmiş beş) manat ödənilməmiş hissə,7 (yeddi) manat cərimə borcu, 20.12.2019-c il tarixli 01140357saylı müqaviləyə əsasən 21 (iyirmi bir) manat ödənilməmiş hissə,2 (iki) manat cərimə borcu olmaqla,ümumilikdə hər dörd müqavilə üzrə 397 (üç yüz doxsan yeddi) manat borc və 30 (otuz manat) manat məbləğində dövlət rüsumu tutulub "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(077)-456/2021
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-456/2021
06.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver