Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-49/2021 01.04.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borc tələbi»nə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq,bankla Cavabdeh1 arasında bağlanmış 1) 18 aprel 2019-cu il tarixli 009R********** saylı kredit razılaşması üzrə Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 956,11 (doqquz yüz əlli altı manat on bir qəpik) manat məbləğində əsas borc,345,95 (üç yüz qırx beş manat doxsan beş qəpik) manat məbləğində faiz borcu,464,76 (dörd yüz altmış dörd manat yetmiş altı qəpik) manat məbləğində cərimə borcu, 2) 24 aprel 2019-cu il tarixli 009R********** saylı kredit razılaşması üzrə 255 (iki yüz əlli beş) manat məbləğində əsas borc,104,52 (bir yüz dörd manat əlli iki qəpik) manat məbləğində faiz borcu,118,06 (bir yüz on səkkiz manat altı qəpik) manat məbləğində cərimə borcu olmaqla,cəmi 2244,40 (iki min iki yüz qırx dörd manat qırx qəpik) manat məbləğində borc və 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə prosesi zamanı İddiaçı QSC-nin nümayəndəsi maliyyə arayışı təqdim edərək cavabdehin 1) 18 aprel 2019-cu il tarixli 009R********** saylı kredit razılaşması üzrə 956,11 manat əsas borcu,126,11 manat faiz borcu və 314,22 manat cərimə borcu, 2) 24 aprel 2019-cu il tarixli 009R********** saylı kredit razılaşması üzrə 255 manat əsas borcu,40,55 manat faiz borcu,81,37 manat cərimə borcu hesablandığını bildirmişdir. İddiaçının nümayəndəsi iddianı onunla əsaslandırdı ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında 17 sentyabr 2014-cü il tarixli 09L000005828 saylı kredit xətti müqaviləsi bağlanmışdır.Həmin müqaviləyə əsasən cavabdehə 120 ay müddətinə bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün Kredit alana 30000 manat məbləğində kredit xətti açmışdır.Kreditlər tərəflər arasında “Kredit Razılaşması” və “Bank qarantiyası verilməsi haqqında müqavilə” formasında bağlanmış ayrıca razılaşma əsasında verilməsi razılaşdırılmışdır.Kredit xətti müqaviləsinin təminatı kimi bankla Cavabdeh2 arasında 18 aprel 2019-cu il tarixli 009S**********02 saylı zaminlik müqaviləsi bağlanmış və zaminlik müqaviləsinə əsasən Cavabdeh2 bankla Cavabdeh1 arasında bağlanmış kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməsi üçün birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Kredit xətti müqaviləsi əsasında bankla Cavabdeh1 arasında 18 aprel 2019-cu il tarixli 009R********** saylı kredit razılaşması bağlanmış və cavabdehə 12 ay müddətinə,aylıq faiz dərəcəsi 2,1667% hesablanmaqla 1000 manat məbləğində kredit verilmişdir. Daha sonra tərəflər arasında kredit xətti müqaviləsi əsasında 24 aprel 2019-cu il tarixli 009R********** saylı kredit razılaşması bağlanmış və cavabdehə 12 ay müddətinə,aylıq faiz dərəcəsi 2,3333% hesablanmaqla 500 manat məbləğində kredit verilmişdir. Müqavilələr bağlanan an cavabdehlərə üzərlərinə götürdükləri öhdəliyin məsuliyyəti izah edilmişdir.Lakin cavabdeh qalan borcunu ödəməli olduğu halda banka ödəməkdən yayınır.Ona görə də,cavabdehin 20.04.2020-ci il tarixinə 1) 18 aprel 2019-cu il tarixli 009R********** saylı kredit razılaşması üzrə 956,11 manat əsas,kredit razılaşmasının 1.1-ci bəndinə görə 126,11 manat faiz borcu və kredit razılaşmasının 4.2.2-ci bəndinə görə 314,22 manat cərimə borcu, 2) 24 aprel 2019-cu il tarixli 009R********** saylı kredit razılaşması üzrə 255 manat əsas,kredit razılaşmasının 1.1-ci bəndinə görə 40,55 manat faiz borcu və kredit razılaşmasının 4.2.2-ci bəndinə görə 81,37 manat cərimə borcu hesablanmışdır.Müqavilə şərtləri müqavilə bağlayan tərəflər üçün məcburidir və müqavilənin bütün bəndləri icra edilməli və ya müqavilə şərtlərini pozmuş tərəf müqavilə ilə nəzərdə tutulmuş cəriməni əsas borcla birgə digər tərəfə ödəməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq,məhkəmə iclasına gəlməmişlər,gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən,məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə,yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə,işə baxmağa haqlıdır.Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin rəyini nəzərə alaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsinin izahatını dinləyib,işdəki sənədləri tam,hərtərəfli araşdırıb məhkəmə belə qərara gəlir ki,iddia tələbi aşağıda qeyd olunanlara əsasən qismən təmin olunmalıdır. Belə ki,iş materiallarında olan: - İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 17 sentyabr 2014-cü il tarixli 09L000005828 saylı kredit xətti müqaviləsindən görünür ki,iddiaçı tərəfindən cavabdehə 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində borc pulun verilməsi,kreditalan tərəfindən isə müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq krediti kreditora qaytarılması müqavilənin predmetini təşkil etmişdir. - İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 18 aprel 2019-cu il tarixli 009S**********02 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 bank qarşısında 17 sentyabr 2014-cü il tarixli 09L000005828 saylı kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. - İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 18 aprel 2019-cu il tarixli 009R********** saylı kredit razılaşmasına əsasən müqavilənin 1.1-ci bəndinə görə cavabdehə 12 ay müddətinə aylıq 2,1667% hesablanmaqla 1000 manat məbləğində kredit verilmişdir. - kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 1000 manat məbləğində almış olduğu krediti 20.05.2019-cu ildən başlayaraq hər ay 96 manat,sonuncu ay 93,22 manat ödəniş etməklə 20.04.2020-ci il tarixədək ödəməli idi. - 18.04.2019-cu il tarixli köçürmədən görünür ki,İddiaçı QSC Cavabdeh1 ilə bağlamış olduğu 18 aprel 2019-cu il tarixli 009R********** saylı kredit razılaşması üzrə üzərinə götürmüş olduğu öhdəliyi yerinə yetirərək,sonuncuya 18.04.2019-cu il tarixdə 1000 manat məbləğində nağd pul vermişdir. - İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 24 aprel 2019-cu il tarixli 009R********** saylı kredit razılaşmasına əsasən müqavilənin 1.1-ci bəndinə görə cavabdehə 12 ay müddətinə aylıq 2,3333% hesablanmaqla 500 manat məbləğində kredit verilmişdir. - kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 500 manat məbləğində almış olduğu krediti 24.05.2019-cu ildən başlayaraq hər ay 48 manat,sonuncu ay 53,23 manat ödəniş etməklə 24.04.2020-ci il tarixədək ödəməli idi. - 24.04.2019-cu il tarixli köçürmədən görünür ki,İddiaçı QSC Cavabdeh1 ilə bağlamış olduğu 24 aprel 2019-cu il tarixli 009R********** saylı kredit razılaşması üzrə üzərinə götürmüş olduğu öhdəliyi yerinə yetirərək,sonuncuya 24.04.2019-cu il tarixdə 500 manat məbləğində nağd pul vermişdir. - İddiaçı QSC-nin 01.04.2021-ci il tarixli 8294 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 18 aprel 2019-cu il tarixli 009R********** saylı kredit razılaşması üzrə 20.04.2020-ci il tarixinə İddiaçı QSC qarşısında yerinə yetirilməmiş öhdəliyi 956,11 manat əsas borc,126,11 manat faiz borcu və 314,22 manat cərimə borcu olmaqla ümumilikdə 1396,44 manat təşkil edir. - İddiaçı QSC-nin 01.04.2021-ci il tarixli 8295 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 24 aprel 2019-cu il tarixli 009R********** saylı kredit razılaşması üzrə 20.04.2020-ci il tarixinə İddiaçı QSC qarşısında yerinə yetirilməmiş öhdəliyi 255 manat əsas borc,40,55 manat faiz borcu və 81,37 manat cərimə borcu olmaqla ümumilikdə 376,92 manat təşkil edir. - İddiaçı QSC tərəfindən cavabdehlərə göndərilmiş 15.09.2020-ci il tarixli 21123,21124,21125 və 21126 saylı xəbərdarlıqlardan görünür ki,cavabdehlərə yaranmış borcla əlaqədar rəsmi məlumat verilməklə,öhdəliklərinin icra edilməsi tələb edilmiş və əks təqdirdə kreditin,kredit faizlərinin və cərimənin ödənilməsi barədə məhkəməyə iddia veriləcəyi nəzərlərinə çatdırılmışdır. - 23.11.2020-ci il tarixli ********* saylı qəbzdən görünür ki,iddiaçı məhkəmədə iddia qaldırılmasından ötrü 30 manat dövlət rüsumu ödəmişdir. İddiaçı QSC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki,iddiaçı ilə cavabdeh arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış,həmin müqaviləyə əsasən tərəflər arasında öhdəlik yaranmış,iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş,cavabdeh isə üzərinə düşən öhdəlikləri pozaraq lazımınca yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn,pulu ödəməli,əmlakı verməli,iş görməli,xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə,öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə,onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi,mallarda,işlərdə və xidmətlərdə) qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilməmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə,borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Həmin Məcəllənin 472-ci maddəsinə əsasən birgə zamin olmuş şəxslər əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa,kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda,o,kredit müqaviləsi adlandırılır. Sadalanan qanunvericilik aktlarına və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki,Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit xətti müqaviləsinə və kredit razılaşmasına əsasən cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, Cavabdeh2 müqavilə üzrə zamin durduğundan iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehlərə qarşı irəli sürdüyü kredit müqaviləsi üzrə borcun tutulması tələbi əsaslıdır.Buna görə də,cavabdehlərdən müştərək qaydada 1) 18 aprel 2019-cu il tarixli 009R********** saylı kredit razılaşması üzrə 956,11 manat əsas borc və 126,11 manat hesablanmış faiz borcu, 2) 24 aprel 2019-cu il tarixli 009R********** saylı kredit razılaşması üzrə 255 manat əsas borc və 40,55 manat faiz borcu kredit müqaviləsindən irəli gələn öhdəlik icra edilmədiyinə görə tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıran məhkəmə hesab edir ki,həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir.Belə ki,cavabdehin öhdəliyini lazımınca icra etmədiyindən müqavilənin şərtlərindən irəli gələn dəbbə pulunu da iddiaçıya ödəməlidir.Lakin Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri,həm də bütün əsas mənafelər nəzərə alınır.Odur ki,məhkəmə 1) 18 aprel 2019-cu il tarixli 009R********** saylı kredit razılaşması üzrə ödənilməsi tələb edilən 314,22 manat dəbbə pulunu bütün əsaslı mənafeləri nəzərə alaraq və tənasübsüz surətdə azaldaraq 46 manat və 2) 24 aprel 2019cu il tarixli 009R********** saylı kredit razılaşması üzrə ödənilməsi tələb edilən 81,37 manat dəbbə pulunu bütün əsaslı mənafeləri nəzərə alaraq və tənasübsüz surətdə azaldaraq 11 manat həddində müəyyən edilməsini ədalətli hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki,ödənilmiş dövlət rüsumu cavabdehlərdən tutulmalıdır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu,ziyan və dəbbə pulunu (cərimə,penya) ayrıayrılıqda müəyyən etməklə alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 77, 88, 106, 172-179, 182, 183,192, 209-214, 216-220 və 360-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 1) 18 aprel 2019-cu il tarixli 009R********** saylı kredit razılaşması üzrə 956,11 (doqquz yüz əlli altı manat on bir qəpik) manat məbləğində əsas borc,126,11 (bir yüz iyirmi altı manat on bir qəpik) manat məbləğində faiz borcu,46 (qırx altı) manat məbləğində cərimə borcu, 2) 24 aprel 2019-cu il tarixli 009R********** saylı kredit razılaşması üzrə 255 (iki yüz əlli beş) manat məbləğində əsas borc,40,55 (qırx manat əlli beş qəpik) manat məbləğində faiz borcu,11 (bir on bir) manat məbləğində cərimə borcu olmaqla,cəmi 1434,77 (bir min dörd yüz otuz dörd manat yetmiş yeddi qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(077)-49/2021
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-49/2021
01.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver