Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-49/2022 02.02.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı «Finca Azerbaijan» MM QBKT-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə əsasən mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı «Finca Azerbaijan» MM QBKT “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh1 ilə «Finca Azerbaijan» MM QBKT arasında bağlanmış 23 oktyabr 2019-cu il tarixli **********0916 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4177,69 (dörd min yüz yetmiş yeddi manat altmış doqquz qəpik) manat məbləğində əsas borc,52,89 (əlli iki manat səksən doqquz qəpik) manat məbləğində faiz borcu olmaqla,cəmi 4230,58 (dörd min iki yüz otuz manat əlli səkkiz qəpik) manat məbləğində pulun və ödənilmiş 62,30 (altmış iki manat otuz qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı «Finca Azerbaijan» MM QBKT-nın xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «Finca Azerbaijan» MM QBKT iddia ərizəsini onunla əsaslandırmışdır ki,bankla Cavabdeh1 arasında 23 oktyabr 2019-cu il tarixli **********0916 saylı güzəştli kredit müqaviləsi imzalanmışdır.Həmin müqaviləyə əsasən bank borcluya restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə 4469,06 manat məbləğində krediti 5 il müddətinə 1 il güzəşt müddəti tətbiq etməklə,illik 1% hesablanmaqla vermişdir.Güzəştli kredit müqaviləsinin təminatı olaraq bankla Cavabdeh2 arasında 23 oktyabr 2019-cu il tarixli **********0916-870413 saylı zaminlik müqaviləsi imzalanmışdır.Müqavilələr bağlanan an cavabdehlərə üzərlərinə götürdüyü öhdəliklərin məsuliyyəti izah edilmişdir.Lakin Cavabdeh1 öhdəliklərini vaxtında,lazımınca icra etməmiş və bunun nəticəsində onun 14.12.2021-ci il tarixə banka 4177,69 manat əsas borcu və 52,89 manat faiz borcu olmaqla, cəmi 4230,58 manat məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə müvafiq olaraq, hazırki iş üzrə cavabdehlərə rəsmi qaydada bildiriş göndərilmiş,bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir.Lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavabdehlər tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, kiçik mübahisələr üzrə iddia tələbi təmin edilməlidir. Belə ki,mülki iş materiallarında olan: - iddiaçı «Finca Azerbaijan» MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 23 oktyabr 2019-cu il tarixli **********0916 saylı güzəştli kredit müqaviləsindən görünür ki,iddiaçı tərəfindən cavabdehə restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə 4469,06 manat məbləğində krediti 5 il ərzində 1 il güzəşt müddəti tətbiq etməklə illik 1% hesablanmaqla vermişdir. - 23 oktyabr 2019-cu il tarixli **********0916 saylı güzəştli kredit müqaviləsinin Ödəniş cədvəlindən görünür ki,Cavabdeh1 23 oktyabr 2019-cu il tarixli **********0916 saylı güzəştli kredit müqaviləsi üzrə almış olduğu krediti 23.11.2019-cu il tarixdən başlayaraq ilk 12 ay güzəşt tətbiq edilməklə,sonrakı aylar 95,05 manat,sonuncu ay 94,80 manat ödəniş etməklə 23.10.2024-cü il tarixədək ödəməli idi. - iddiaçı «Finca Azerbaijan» MM QBKT ilə Cavabdeh2 arasında bağlanmış 23 oktyabr 2019-cu il tarixli **********0916-870413 saylı zaminlik müqaviləsinə əsasən cavabdeh bank qarşısında Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. - iddiaçı «Finca Azerbaijan» MM QBKT-nin 14.12.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 23 oktyabr 2019-cu il tarixli **********0916 saylı güzəştli kredit müqaviləsi üzrə iddiaçı «Finca Azerbaijan» MM QBKT qarşısında yerinə yetirilməmiş öhdəliyi üzrə 14.12.2021-cı il tarixinə əsas borc 4177,69 manat və faiz borcu 52,89 manat olmaqla,cəmi 4230,58 manat borc təşkil edir.Cavabdeh müqavilə üzrə 291,37 manat əsas borca və 85,63 manat faiz borcuna olmaqla,cəmi 377 manat pul ödəmişdir. - Asan ödəniş sisteminə ödənilmiş 17.12.2021-ci il tarixli **********26 saylı qəbzin surətindən görünür ki,«Finca Azerbaijan» MM QBKT tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar olaraq 62,3 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn,pulu ödəməli,əmlakı verməli,iş görməli,xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə,onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi,mallarda,işlərdə və xidmətlərdə) qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilməmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə ücün faizlər, əgər müqavilədə faizlərin hesablanması ücün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənnin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki,iddia tələbi təmin edilməli,Cavabdeh1 23 oktyabr 2019-cu il tarixli **********0916 saylı kredit müqaviləsindən,Cavabdeh2 23 oktyabr 2019-cu il tarixli **********0916-870413 saylı zaminlik müqavisindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiklərindən 23 oktyabr 2019-cu il tarixli **********0916 saylı güzəştli kredit müqaviləsi üzrə yaranmış 4177,69 manat məbləğində əsas borc,52,89 manat məbləğində faiz borcu olmaqla,cəmi 4230,58 manat məbləğində pul vəsaiti və ödənilmiş 62,30 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 211,220, 227, 233, 284-1, 284-5,284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4177,69 (dörd min yüz yetmiş yeddi manat altmış doqquz qəpik) manat məbləğində əsas borc,52,89 (əlli iki manat səksən doqquz qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 4230,58 (dörd min iki yüz otuz manat əlli səkkiz qəpik) manat məbləğində pul və ödənilmiş 62,30 (altmış iki manat otuz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı «Finca Azerbaijan» MM QBKT-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(077)-49/2022
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-49/2022
02.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver