Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-55/2022 02.02.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul tələbi»nə dair mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə Şuşa Rayon Məhkəməsinə müraciət edərək, 1) 09.11.2018-ci il tarixli 00365469 saylı müqaviləyə əsasən 84 (səksən dörd) manat ödənilməmiş hissə və 8 (səkkiz) manat cərimə borcu, 2) 23.12.2018-ci il tarixli 00431877 saylı müqaviləyə əsasən 28 (iyirmi səkkiz) manat ödənilməmiş hissə və 2 ( iki) manat cərimə borcu, 3) 27.01.2019-cü il tarixli 00488083 saylı müqaviləyə əsasən 60 (altmış) manat ödənilməmiş hissə,6 (altı) manat cərimə borcu, 4) 08.03.2019-cü il tarixli 00551705 saylı müqaviləyə əsasən 351 (üç yüz əlli bir) manat ödənilməmiş hissə,35 (otuz beş) manat cərimə borcu,5) 02.05.2019-cü il tarixli 00641193 saylı müqaviləyə əsasən 262 (iki yüz altmış iki) manat ödənilməmiş hissə,26 ( iyirmi altı) manat cərimə borcu olmaqla,ümumilikdə beş müqavilə üzrə 862 (səkkiz yüz altmış iki) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,"xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 09.11.2018-ci il tarixli 00365469 saylı müqaviləyə əsasən satıcı alqı-satqı qiyməti 666 manat olan İMEİ kodu **********95802 “Samsung Galaxy J5” markalı telefonu alıcıya vermiş,alıcı isə onu qəbul edərək avadanlığın qiymətini 18 ay müddətinə hər ay 37 manat ödəniş etməklə satıcıya ödəməyi öhdəsinə götürmüşdür.Cavabdeh hazırkı vaxtadək müqavilə üzrə borcundan 582 manat ödəniş ödəmişdir.Hazırda cavabdehin 18.12.2021-ci il tarixinə müqavilə üzrə 84 manat məbləğində ödənilməmiş hissə və 90 gecikdirilmiş gün üçün hesablanmış 8 manat məbləğində cərimə borcu vardır. Tərəflər arasında bağlanmış 23.12.2018-ci il tarixli 00431877 saylı müqaviləyə əsasən satıcı alqı-satqı qiyməti 216 manat olan «X4» markalı qol saatını alıcıya vermiş,alıcı isə onu qəbul edərək avadanlığın qiymətini ilkin olaraq 48 manat ödəniş etməklə 12 ay müddətinə hər ay 14 manat ödəniş etməklə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh hazırkı vaxtadək müqavilə üzrə borcundan 188 manat ödəmişdir.Hazırda cavabdehin 18.12.2021-ci il tarixinə müqavilə üzrə 28 manat məbləğində ödənilməmiş hissə və 60 gecikdirilmiş gün üçün hesablanmış 2 manat məbləğində cərimə borcu vardır. Tərəflər arasında bağlanmış 27.01.2019-cu il tarixli 00488083 saylı müqaviləyə əsasən satıcı alqı-satqı qiyməti 240 manat olan «Philips» markalı üz qırxanı alıcıya vermiş,alıcı isə onu qəbul edərək avadanlığın qiymətini 12 ay müddətinə hər ay 20 manat ödəniş etməklə satıcıya ödəməyi öhdəsinə götürmüşdür.Cavabdeh hazırkı vaxtadək müqavilə üzrə borcundan 180 manat ödəmişdir.Hazırda cavabdehin 18.12.2021-ci il tarixinə müqavilə üzrə 60 manat məbləğində ödənilməmiş hissə və 90 gecikdirilmiş gün üçün hesablanmış 6 manat məbləğində cərimə borcu vardır. Tərəflər arasında bağlanmış 08.03.2019-cü il tarixli 00551705 saylı müqaviləyə əsasən satıcı alqı-satqı qiyməti 702 manat olan «Samsung» markalı paltaryuyanı alıcıya vermiş,alıcı isə onu qəbul edərək avadanlığın qiymətini 18 ay müddətinə hər ay 39 manat ödəniş etməklə satıcıya ödəməyi öhdəsinə götürmüşdür.Cavabdeh hazırkı vaxtadək müqavilə üzrə borcundan 351 manat ödəmişdir.Hazırda cavabdehin 18.12.2021-ci il tarixinə müqavilə üzrə 351 manat məbləğində ödənilməmiş hissə və 270 gecikdirilmiş gün üçün hesablanmış 35 manat məbləğində cərimə borcu vardır. Tərəflər arasında bağlanmış 02.05.2019-cu il tarixli 00641193 saylı müqaviləyə əsasən satıcı alqı-satqı qiyməti 1129 manat olan «Hoffmann» markalı soyuducunu alıcıya vermiş,alıcı isə onu qəbul edərək avadanlığın qiymətini ilkin olaraq 13 manat ödəniş etdikdən sonra 18 ay müddətinə hər ay 62 manat ödəniş etməklə satıcıya ödəməyi öhdəsinə götürmüşdür.Cavabdeh hazırkı vaxtadək müqavilə üzrə borcundan 867 manat ödəmişdir. Hazırda cavabdehin 18.12.2021-ci il tarixinə müqavilə üzrə 262 manat məbləğində ödənilməmiş hissə və 120 gecikdirilmiş gün üçün hesablanmış 26 manat məbləğində cərimə borcu vardır. Həmçinin cavabdehin 09.11.2018-ci il tarixli 00365469 saylı müqavilə üzrə sonuncu ödəniş tarixi 28.01.2021-ci il tarixdə və 23.12.2018-ci il tarixli 00431877 saylı müqavilə üzrə sonuncu ödənişi isə 01.02.2020-ci il tarixdə olmaqla,cəmi ödədiyi məbləğ 2168 manat təşkil edir. Müqavilələr bağlanan an cavabdehə üzərinə götürdüyü öhdəliyin məsuliyyəti izah edilmiş,lakin o,öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir.Cavabdehə müxtəlif vaxtlarda borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmiş,lakin xəbərdarlığın heç bir nəticəsi olmamışdır.Ona görə də,hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki beş manatdan,iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir.Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki,iddia ərizəsi 29 dekabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu,iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur,mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı, həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İş materiallarında olan : - iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 09.11.2018-ci il tarixli 00365469 saylı müqaviləyə əsasən satıcı alqı-satqı qiyməti 666 manat məbləğində olan İMEİ kodu **********95802 nömrəli «Samsung Galaxy J5» markalı telefonu alıcıya vermiş,alıcı isə onları qəbul edərək avadanlığın qiymətini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. - Ödəniş cədvəlindən görünür ki,Cavabdeh 09.11.2018-ci il tarixli 00365469 saylı müqavilə üzrə almış olduğu avadanlığın pulunu 15.12.2018-ci il tarixdən başlayaraq hər ay 37 manat ödəniş etməklə 15.05.2020-ci il tarixədək ödəməli idi. - iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 23.12.2018-ci il tarixli 00431877 saylı müqaviləyə əsasən satıcı alqı-satqı qiyməti 216 manat olan «X4» markalı qol saatını alıcıya vermiş, alıcı isə onları qəbul edərək ilkin olaraq 48 manat ödəməklə avadanlıqların qiymətini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. - Ödəniş cədvəlindən görünür ki,Cavabdeh 23.12.2018-ci il tarixli 00431877 saylı müqavilə üzrə almış olduğu avadanlığın pulunu 30.01.2019-cu il tarixdən başlayaraq hər ay 14 manat ödəniş etməklə 30.12.2019-cu il tarixədək ödəməli idi. - iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 27.01.2019-cü il tarixli 00488083 saylı müqaviləyə əsasən satıcı alqı-satqı qiyməti 240 manat olan «Philips» markalı üzqırxanı alıcıya vermiş,alıcı isə onları qəbul edərək avadanlıqların qiymətini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. - Ödəniş cədvəlindən görünür ki,Cavabdeh 27.01.2019-cü il tarixli 00488083 saylı müqavilə üzrə almış olduğu avadanlığın pulunu 09.03.2019-cu il tarixdən başlayaraq hər ay 20 manat ödəniş etməklə 09.02.2020-ci il tarixədək ödəməli idi. - iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 08.03.2019-cü il tarixli 00551705 saylı müqaviləyə əsasən satıcı alqı-satqı qiyməti 702 manat olan «Samsung» markalı paltaryuyanı alıcıya vermiş,alıcı isə onları qəbul edərək avadanlıqların qiymətini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. - Ödəniş cədvəlindən görünür ki,Cavabdeh 08.03.2019-cü il tarixli 00551705 saylı müqavilə üzrə almış olduğu avadanlığın pulunu 21.04.2019-cu il tarixdən başlayaraq hər ay 39 manat ödəniş etməklə 21.09.2020-ci il tarixədək ödəməli idi. - iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 02.05.2019-cü il tarixli 00641193 saylı müqaviləyə əsasən satıcı alqı-satqı qiyməti 1129 manat olan «Hoffmann» markalı soyuducunu alıcıya vermiş,alıcı isə onları qəbul edərək,ilkin olaraq 13 manat ödəməklə avadanlıqların qiymətini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. - Ödəniş cədvəlindən görünür ki,Cavabdeh 02.05.2019-cü il tarixli 00641193 saylı müqavilə üzrə almış olduğu avadanlığın pulunu 15.06.2019-cu il tarixdən başlayaraq hər ay 62 manat ödəniş etməklə 15.11.2020-ci il tarixədək ödəməli idi. - iddiaçı "xxxx" MMC tərəfindən cavabdehə göndərilmiş 16.05.2020-ci il tarixli bildirişdən görünür ki, cavabdehə yaranmış borcla əlaqədar rəsmi məlumat verilməklə, öhdəliklərinin icra edilməsi tələb edilmiş və əks təqdirdə kreditin, kredit faizlərinin ödənilməsi barədə məhkəməyə iddia veriləcəyi nəzərinə çatdırılmışdır. - iddiaçı "xxxx" MMC-nin 18.12.2021-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 1) 09.11.2018-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 84 manat və cərimə borcu üzrə 8 manat olmaqla,cəmi 92 manat borcu, 2) 23.12.2018-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 28 manat və cərimə borcu üzrə 2 manat olmaqla,cəmi 30 manat borcu, 3) 27.01.2019-cu il tarixli müqaviləyə əsasən əsas borc üzrə 60 manat və cərimə borcu üzrə 6 manat olmaqla,cəmi 66 manat borcu, 4) 08.03.2019-cü il tarixli 00551705 müqaviləyə əsasən əsas borc üzrə 351 manat və cərimə borcu üzrə 35 manat olmaqla,cəmi 386 manat borcu, 5) 02.05.2019-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 262 manat və cərimə borcu üzrə 26 manat olmaqla,cəmi 288 manat borcu olmaqla, ümumilikdə beş müqavilə üzrə 862 manat borcu vardır. - X2 ödənilmiş 20.12.2021-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki,iddiaçı məhkəmədə iddia qaldırılmasından ötrü 30 manat dövlət rüsumu ödəmişdir. İşin araşdırılan hallarından müəyyən olunur ki,cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş,onun iddiaçı qarşısında icra edilməmiş kredit öhdəlikləri vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər.Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki,iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki,iddia təmin edilməli,Cavabdeh 1) 09.11.2018-ci il tarixli 00365469 saylı müqaviləyə əsasən 84 manat ödənilməmiş hissə və 8 manat cərimə borcu, 2) 23.12.2018-ci il tarixli 00431877 saylı müqaviləyə əsasən 28 manat ödənilməmiş hissə və 2 manat cərimə borcu, 3) 27.01.2019-cü il tarixli 00488083 saylı müqaviləyə əsasən 60 manat ödənilməmiş hissə,6 manat cərimə borcu, 4) 08.03.2019-cü il tarixli 00551705 saylı müqaviləyə əsasən 351 manat ödənilməmiş hissə,35 manat cərimə borcu, 5) 02.05.2019-cu il tarixli 00641193 saylı müqaviləyə əsasən 262 manat ödənilməmiş hissə,26 manat cərimə borcu olmaqla,ümumilikdə beş müqavilə üzrə 862 manat borc və 30 manat məbləğində dövlət rüsumu tutulub iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1) 09.11.2018-ci il tarixli 00365469 saylı müqaviləyə əsasən 84 (səksən dörd) manat ödənilməmiş hissə və 8 (səkkiz) manat cərimə borcu, 2) 23.12.2018-ci il tarixli 00431877 saylı müqaviləyə əsasən 28 (iyirmi səkkiz) manat ödənilməmiş hissə və 2 ( iki) manat cərimə borcu, 3) 27.01.2019-cü il tarixli 00488083 saylı müqaviləyə əsasən 60 (altmış) manat ödənilməmiş hissə,6 (altı) manat cərimə borcu, 4) 08.03.2019-cü il tarixli 00551705 saylı müqaviləyə əsasən 351 (üç yüz əlli bir) manat ödənilməmiş hissə,35 (otuz beş) manat cərimə borcu,5) 02.05.2019-cü il tarixli 00641193 saylı müqaviləyə əsasən 262 (iki yüz altmış iki) manat ödənilməmiş hissə,26 (iyirmi altı) manat cərimə borcu olmaqla,ümumilikdə beş müqavilə üzrə 862 (səkkiz yüz altmış iki ) manat borc və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulub "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(077)-55/2022
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-55/2022
02.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver