Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-64/2021 01.04.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı Bank“xxxx” ASC-nin cavabdeh Cavabdeh oğluna qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank“xxxx” ASC cavabdeh Cavabdeh oğluna qarşı iddia qaldıraraq,bankla cavabdeh Cavabdeh oğlu arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli RPF-00885-16/19a saylı kredit müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixinə ödənilməmiş 413,82 (dörd yüz on üç manat səksən iki qəpik) manat məbləğində əsas borc,0,44 (qırx dörd qəpik) qəpik məbləğində faiz borcu olmaqla,cəmi 414,26 (dörd yüz on dörd manat iyirmi altı qəpik) manat borc, ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu və 0.40 qəpik bank xidmət haqqı cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank“xxxx” ASC ilə Cavabdeh oğlu arasında xx xxxxxxxx 2019-cu il tarixli RPF-00885-16/19a saylı kredit müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən bank borcluya 60 ay müddətinə illik 1% dərəcəsi hesablanmaqla hər ay 8,94 manat ödəniş etmək şərti ilə 522,66 manat məbləğində kredit vermişdir.Müqavilə bağlanan an cavabdehə üzərinə götürdüyü öhdəliyin məsuliyyəti izah edilmişdir.Lakin buna baxmayaraq cavabdeh qaytarmalı olduğu kredit borcunu ödəmir. Kredit müqaviləsinə əsasən cavabdehin xx.xx.2020-ci il tarixə banka olan əsas borcu 413,82 manat və müqavilənin 1.1.-ci bəndinə görə faiz borcu 0,44 qəpik hesablanmışdır. Müqavilə şərtləri müqavilə bağlayan tərəflər üçün məcburidir və müqavilənin bütün bəndləri icra edilməli və ya müqavilə şərtlərini pozmuş tərəf müqavilə ilə nəzərdə tutulmuş cəriməni əsas borcla birgə digər tərəfə ödəməlidir. İddiaçı Bank“xxxx” ASC-nin nümayəndəsi və cavadeh Cavabdeh oğlu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq,məhkəmə iclasına gəlməmişlər. İddiaçı Bank“xxxx” ASC-nin nümayəndəsi teleqram göndərərək mülki işə onların iştirakı olmadan baxılmasını və qətnamə çıxarılmasını xahiş etmişlər. Cavadeh Cavabdeh oğlu gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakı göstərilənlərə əsasən iddia ərizəsi təmin edilməlidir. Belə ki,iş materiallarında olan iddiaçı Bank “xxxx” ASC ilə Cavabdeh oğlu arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli RPF-00885-16/19a saylı kredit müqaviləsindən görünür ki,borcverən 522,66 manat məbləğində krediti 60 ay müddətində borcalanın mülkiyyətinə verir,borcalan isə həmin kreditdən borcalanla Bank arasında bağlanmış RP-00022-06/15a saylı xx xxxxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə istifadə etməyi və onu x xxxxxxxx 2024-cü il tarixədək faizi ilə birlikdə borcverənə qaytarılması müqavilənin predmetini təşkil etmişdir. Müqavilənin 1.1-ci bəndinə əsasən borclu kreditora kreditdən istifadəyə görə orta illik faiz dərəcəsi illik 1% ödəyir. Kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit ödəniş cədvəlindən görünür ki, Cavabdeh oğlu 522,66 manat məbləğində almış olduğu krediti xx.xx.2019-cu il tarixindən başlayaraq hər ay 8,94 manat ödəniş etməklə xx.xx.2024-cü il tarixinədək ödəməli idi. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh oğlunun xx xxxxxxxx 2019-cu il tarixli RPF-00885-16/19a saylı kredit müqaviləsi üzrə Bank“xxxx” ASC qarşısında yerinə yetirilməmiş öhdəliyi 413,82 manat əsas borc və 0,44 qəpik faiz borcu olmaqla ümumilikdə 414,26 manat borc təşkil edir. İş materiallarına əlavə edilmiş iddiaçı Bank“xxxx” ASC tərəfindən cavabdehə göndərilmiş xx.xx.2020-ci il tarixli HASF-2020/01188 saylı xəbərdarlıq məktubundan görünür ki,cavabdehə yaranmış borcla əlaqədar rəsmi məlumat verilməklə,öhdəliklərinin icra edilməsi tələb edilmiş və əks təqdirdə kreditin,kredit faizlərinin ödənilməsi barədə məhkəməyə iddia veriləcəyi nəzərinə çatdırılmışdır. İş materiallarında olan müvafiq ödəniş tapşırığından görünür ki,iddiaçı məhkəmədə iddia qaldırılmasından ötrü 20,40 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki,iddia tələbinin hüquqi əsasları kimi Azərbaycan Respublikası MM-nin 385.1,385.2,386,421.2,422.2,445,448,460,739 və 741-ci maddələrinə istinad edilməlidir. İddiaçı Bank“xxxx” ASC ilə cavabdeh Cavabdeh oğlu arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki,iddiaçı ilə cavabdeh arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış,həmin müqaviləyə əsasən tərəflər arasında öhdəlik yaranmış,iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş,cavabdeh isə üzərinə düşən öhdəlikləri pozaraq lazımınca yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda,o,kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizləri ilə verilməsini şərtləşdirirlərsə,faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli,borc bir il başa çatanadək qaytarılmalıdırsa borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn,pulu ödəməli,əmlakı verməli,iş görməli,xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirlə və ya ləğv edilə bilər.Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki,bunun digər tərəfə vurduğu zərər nəticəsində o,müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə,öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə,onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi,mallarda,işlərdə və xidmətlərdə) qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilməmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla,onu qaytarmaqdan boyun qaçırmaqla,habelə onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödəməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə,borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki,iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu,ziyan və dəbbə pulunu (cərimə,penya) ayrı-ayrılıqda müəyyən etməklə alınmalı olan ümumi məbləği qətnamədə göstərir. İş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki, cavabdeh Cavabdeh oğlunun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehə qarşı irəli sürdüyü kredit müqaviləsi üzrə borcun tutulması tələbi əsaslıdır. Buna görə də,cavabdehdən xx xxxxxxxx 2019-cu il tarixli RPF-00885-16/19a saylı kredit müqaviləsi üzrə 413,82 manat əsas borc və 0,44 qəpik faiz borcu müqavilədən irəli gələn öhdəlik icra edilmədiyinə görə tutularaq Bank“xxxx” ASC-yə ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 77, 88, 106, 172-179, 182, 183,192, 209-214, 216-220 və 360-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Bank“xxxx” ASC ilə cavabdeh Cavabdeh oğlu arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli RPF-00885-16/19a saylı kredit müqaviləsinə əsasən Cavabdeh oğlundan xx.xx.2020-ci il tarixinə ödənilməmiş 413,82 (dörd yüz on üç manat səksən iki qəpik) manat məbləğində əsas borc,0,44 (qırx dörd qəpik) qəpik məbləğində faiz borcu olmaqla,cəmi 414,26 (dörd yüz on dörd manat iyirmi altı qəpik) manat borc, ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu və 0.40 qəpik bank xidmət haqqı tutularaq Bank“xxxx” ASC-nin xeyrinə ödənilsin. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(077)-64/2021
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-64/2021
01.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver