Məhkəmə qərarları › İş №2(077)-65/2021

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-65/2021

01.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-65/2021 01.04.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı Bank“xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Nizami qızına qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bank“xxxx” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Nizami qızına qarşı iddia qaldıraraq,bankla cavabdeh Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli RPF- 00873-16/19a saylı kredit müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixinə ödənilməmiş 1379,93 (bir min üç yüz yetmiş doqquz manat doxsan üç qəpik) manat məbləğində əsas borc,0,52 (əlli iki qəpik) qəpik məbləğində faiz borcu olmaqla,cəmi 1380,45 (bir min üç yüz səksən manat qırx beş qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0.40 qəpik bank xidmət haqqı cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdı ki, Bank“xxxx” ASC ilə Cavabdeh1 arasında xx xxxxxx 2019-cu il tarixli RPF-00873-16/19a saylı kredit müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən bank borcluya 60 ay müddətinə illik 1% dərəcəsi hesablanmaqla hər ay 30,62 manat ödəniş etmək şərti ilə 1790,75 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinin təminatı olaraq bankla Cavabdeh2 Nizami qızı arasında xx xxxxxx 2019-cu il tarixli RPFZ-00873- 16/19a saylı zaminlik müqaviləsi imzalanmışdır.Müqavilə bağlanan an cavabdehə üzərinə götürdüyü öhdəliyin məsuliyyəti izah edilmişdir.Lakin buna baxmayaraq cavabdeh qaytarmalı olduğu kredit borcunu ödəmir. Kredit müqaviləsinə əsasən cavabdehin xx.xx.2020-ci tarixinə banka olan əsas borcu 1379,93 manat və müqavilənin 1.1-ci bəndinə görə faiz borcu 0,52 qəpik hesablanmışdır. Müqavilə şərtləri müqavilə bağlayan tərəflər üçün məcburidir və müqavilənin bütün bəndləri icra edilməli və ya müqavilə şərtlərini pozmuş tərəf müqavilə ilə nəzərdə tutulmuş cəriməni əsas borcla birgə digər tərəfə ödəməlidir. İddiaçı Bank“xxxx” ASC-nin nümayəndəsi,cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Nizami qızı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq,məhkəmə iclasına gəlməmişlər. İddiaçı Bank“xxxx” ASC-nin nümayəndəsi teleqram göndərək mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Nizami qızı gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakı göstərilənlərə əsasən iddia ərizəsi təmin edilməlidir. Belə ki,iş materiallarında olan iddiaçı Bank “xxxx” ASC ilə Cavabdeh1 arasında xx xxxxxx 2019-cu il tarixli RPF-00873-16/19a saylı kredit müqaviləsindən görünür ki,borcverən 1790,75 manat məbləğində krediti 60 ay müddətində borcalanın mülkiyyətinə verir,borcalan isə həmin kreditdən borcalanla Bank arasında bağlanmış RP-00128-16/15a saylı xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə istifadə etməyi və onu xx xxxxxx 2024-cü il tarixədək faizi ilə birlikdə borcverənə qaytarılması müqavilənin predmetini təşkil etmişdir. Müqavilənin 1.1-ci bəndinə əsasən borclu kreditora kreditdən istifadəyə görə orta illik faiz dərəcəsi illik 1% ödəyir. Kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 1790,75 manat məbləğində almış olduğu krediti xx.xx.2019-cu il tarixindən başlayaraq hər ay 30,62 manat ödəniş etməklə xx.xx.2024-cü il tarixinədək ödəməli idi. İş materiallarına əlavə edilmiş iddiaçı Bank“xxxx” ASC ilə Cavabdeh2 Nizami qızı arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli RPFZ-00873-16/19a saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 Nizami qızı bank qarşısında Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, RİED 2020/6725 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 xx xxxxxx 2019-cu il tarixli RPF-00873-16/19a saylı güzəştli kredit müqaviləsi üzrə Bank“xxxx” ASC qarşısında yerinə yetirilməmiş öhdəliyi 1379,93 manat əsas borc və 0,52 qəpik faiz borcu olmaqla ümumilikdə 1380,45 manat borc təşkil edir. İş materiallarına əlavə edilmiş iddiaçı Bank“xxxx” ASC tərəfindən cavabdehlərə göndərilmiş xx.xx.2020-ci il tarixli HASF-2020/01189 və HASF-2020/01190 və saylı xəbərdarlıq məktublarından görünür ki,cavabdehlərə yaranmış borcla əlaqədar rəsmi məlumat verilməklə,öhdəliklərinin icra edilməsi tələb edilmiş və əks təqdirdə kreditin,kredit faizlərinin ödənilməsi barədə məhkəməyə iddia veriləcəyi nəzərinə çatdırılmışdır. İş materiallarında olan müvafiq ödəniş tapşırığından görünür ki,iddiaçı məhkəmədə iddia qaldırılmasından ötrü 30,40 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki,iddia tələbinin hüquqi əsasları kimi Azərbaycan Respublikası MM-nin 385.1,385.2,386,421.2,422.2,445,448,460,739 və 741-ci maddələrinə istinad edilməlidir. İddiaçı Bank“xxxx” ASC ilə cavabdeh Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki,iddiaçı ilə cavabdeh arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış,həmin müqaviləyə əsasən tərəflər arasında öhdəlik yaranmış,iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş,cavabdeh isə üzərinə düşən öhdəlikləri pozaraq lazımınca yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda,o,kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizləri ilə verilməsini şərtləşdirirlərsə,faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli,borc bir il başa çatanadək qaytarılmalıdırsa borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn,pulu ödəməli,əmlakı verməli,iş görməli,xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirlə və ya ləğv edilə bilər.Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki,bunun digər tərəfə vurduğu zərər nəticəsində o,müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə,öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə,onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi,mallarda,işlərdə və xidmətlərdə) qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilməmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla,onu qaytarmaqdan boyun qaçırmaqla,habelə onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödəməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə,borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən birgə zamin olmuş şəxslər əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa,kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki, cavabdeh Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən Cavabdeh2 Nizami qızı müqavilə üzrə zamin durduğundan iddiaçı qarşısında məsuliyyət daşıyırlar və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehlərə qarşı irəli sürdüyü kredit müqaviləsi üzrə borcun tutulması tələbi əsaslıdır. Buna görə də,cavabdehlərdən müştərək qaydada xx xxxxxx 2019-cu il tarixli RPF-00873-16/19a saylı kredit müqaviləsi üzrə 1379,93 manat əsas borc və 0,52 qəpik faiz borcu müqavilədən irəli gələn öhdəlik icra edilmədiyinə görə tutularaq Bank“xxxx” ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki,iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu,ziyan və dəbbə pulunu (cərimə,penya) ayrı-ayrılıqda müəyyən etməklə alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 77, 88, 106, 172-179, 182, 183,192, 209-214, 216-220 və 360-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Bank“xxxx” ASC ilə cavabdeh Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli RPF-00873-16/19a saylı güzəştli kredit müqaviləsinə əsasən Cavabdeh1 və Cavabdeh2 Nizami qızından müştərək qaydada 1379,93 (bir min üç yüz yetmiş doqquz manat doxsan üç qəpik) manat məbləğində əsas borc,0,52 (əlli iki qəpik) qəpik məbləğində faiz borcu olmaqla,cəmi 1380,45 (bir min üç yüz səksən manat qırx beş qğpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0.40 qəpik bank xidmət haqqı tutularaq Bank“xxxx” ASC-nin xeyrinə ödənilsin. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar