Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-67/2021 27.05.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh 85500 (səksən beş min beş yüz) manat və 10000 (bir on min) ABŞ dolları pulun ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi dolların manata olan məzənnəsinə uyğun olaraq tutulub İddiaçı ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia tələbi onunla əxxxxslandırılmışdır ki,İddiaçı təxminən 7 il “xxxx” MTK-də mühəndis işləmiş və MTK-nın tərkibində fəaliyyət göstərən beton zavoda özü nəzarət etmişdir.Cavabdeh tanışı Nəsimi Baxışovun vasitəsi ilə tanımışdır.Tanış olduqları vaxt cavabdeh özünü ciddi iş adamı kimi təqdim etdiyindən,həmçinin Bakı şəhəri,Qaradağ rayonu ərazisində tikinti işləri ilə məşğul olduğuna şəxsən özü şahid olduğundan ona qarşı inam yaranmışdır.Bundan sonra Cavabdeh işlərinin qaydasında getmədiyini,ona 10000 ABŞ dolları və 5500 manat məbləğində pul lazım olduğunu bildirmişdir.Həmçinin işlərini yoluna qoyduqdan sonra İddiaçı nəzarətində olan beton zavodla bağlı iş görəcəklərini vəd etmişdir.İddiaçı ona inanaraq 2015-ci ilin iyul ayında tanışı Nəsimi Baxışovun Bakı şəhəri,Qaradağ rayonu,Lökbatan qəsəbəsində yerləşən “ŞA” İnşaat yaşayış kompleksinin içərisində olan ofisində 10000 ABŞ dolları və 5500 manat məbləğində pulu Mehmana çatdırması üçün vermişdir.Sonradan Mehman həmin pulun ona çatdığını bildirmişdir.Təxminən 1 ay sonra cavabdeh həqiqətən iddiaçının ofisinə gələrək beton işləri ilə maraqlanmış və ondan müxtəlif tikinti materialları almışdır.Lakin həmin malların pulunu qaytarmamışdır.Həmin mallar “xxxx” MTK-nın balansında olduğundan həmin 80000 manat məbləğində pulu İddiaçı özü ödəmişdir.Qeyd edilənlərə əxxxxsən Cavabdeh 80000 manat tikinti materiallarının əvəzi,10000 ABŞ dolları və 5500 manat məbləğində borc pul tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əxxxxsən məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hexxxxb etdikdə,yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin rəyini nəzərə alaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hexxxxb etmişdir. Məhkəmə iclasında çıxış edən X5 izahat verərək bildirdi ki,“R+R” tikinti şirkətində mütəxəssis kimi işləyir.Orada işlədiyi müddətdə Qaradağ rayonu,Lökbatan qəsəbəsi ərazisində bina tikintisi ilə məşğul olan şirkətdə beton zavodun işlərinə baxan İddiaçı tanımış və onunla münasibətləri normal olmuşdur.Təxminən 2015-ci ildə Qaradağ rayonu,Lökbatan qəsəbəsi ərazisində tikilən “Aqrovest Anqar” Kompleksinə nəzarət etdiyi müddətdə “xxxx” MMC-nin direktoru Cavabdeh tanımışdır.İlkin olaraq Mehman ona tikinti işlərinin aparılması üçün beton lazım olduğunu bildirmişdir.O da Mehmanla Rəfdarı bir-biri ilə bu məqsədlə tanış etmişdir.Onlar öz aralarında razılaşaraq birgə iş görməyə başladılar.Belə ki,Mehman sonradan pulunu qaytarmaq şərti ilə Rəfdardan beton və tikinti materialları alırdı.İddiaçı verdiyi 10000 ABŞ dolları və 500 manat pulu 2015-ci ilin iyun ayında Yaxxxxmal rayonu ərazisində olan “Caspian Plaza” 11 –ci mərtəbəsində Cavabdeh ofisində ona vermiş və bununla əlaqəli həmin ofisdə olduğu vaxt Rəfdarla telefonla danışaraq pulu Mehmana verdiyini bildirmişdir.Daha sonra yenə Rəfdarın verdiyi 5000 manat məbləğində pulu həmin ofisdə Mehmana vermişdir.Beləliklə,2016-cı ilin iyul ayına kimi Mehman müxtəlif vaxtlarda ümumi qiyməti 80000 manat olan beton və tikinti materiallarını almışdır.Lakin həmin malların qiymətini geri qaytarmamış,Rəfdar pulun geri ödənilməsini tələb etdikdə isə betonun keyfiyyətsiz olmasını əxxxxs gətirmişdir.Bununla da aralarında münasibət pozulmuşdurş Məhkəmə iddiaçının vəkilinin və şahidin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hexxxxb edir ki, aşağıda göstərilənlərə əxxxxsən iddia qismən təmin olunmalıdır. Mülki işin materiallarında olan: - Qaradağ RPİ-nin İstintaq şöbəsinin müstəntiqi,polis kapitanı Elnur İsmayılovun 27.02.2020-ci il tarixli qərarından müəyyən edilir ki, İddiaçı müraciəti əxxxxsında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. - Toplanmış materiallarda olan Məhkəmə Ekspertizası Mərkəzinin 17.02.2020-ci il tarixli 2582 xxxxylı ekspert rəyindən görünür ki, Cavabdeh almış olduğu betonun M-350- M-400 marka olduğu,mütəxxəssis aktında qeyd olunanlara əxxxxsən,tədqiq olunan obkyektdən götürülmüş nümunələrin sıxlığının normal,ağır betonlar sinifi B35-B45-ə uyğun olduğu,həmçinin Azərbaycan Respublikasının Standartlaşma,Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən “xxxx” MTK-nə İSS № 000875 və İSS № 03985 xxxxylı uyğunluq sertifikatları verildiyini nəzərə alaraq Cavabdeh almış olduğu beton keyfiyyətinin normativ tələblərə və dövlət standartlarına cavab verdiyi,baxış zamanı dəmir-beton döşəmə tavası üzərinə sment əxxxxslı üzləyici qat çəkilərək hamarlandığı müəyyən edilmiş,lakin yerinə yetirilmiş işlərə dair layihə sənədləri təqdim edilmədiyindən B25 sinifi betonun üzərinə üzləyici qatın nə vaxt çəkilməsini və təmir işi olub olmamasını müəyyən etmək mümkün olmamış,tədqiq olunan obyektdə inşa edilmiş dəmir beton döşəmə tavasının 2016-cı il tarixdən istifadə edildiyini və baxış zamanı döşəmə üzrə ciddi qüsur aşkar olunmadığını nəzərə alaraq Cavabdeh almış olduğu betonun istifadəyə yararlı olduğu müəyyən edilmişdir. - Toplanmış materiallarda olan Cavabdeh Qaradağ RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi,polis kapitanı Elnur İsmayılov tərəfindən alınmış 04.02.2019-cu il tarixli və 16.08.2019-cu il tarixli izahatından görünür ki,onun almış olduğu beton keyfiyyətsiz olduğu üçün İddiaçı ilə aralarında narazılıqlar olduğunu,əgər Rəfdar verdiyi betonun keyfiyyətini sonradan düzəltmiş olxxxxydı onun Rəfdara 60.048 manat pul ödəməli olduğunu bildirmişdir.Daha sonra ona verilən suallara cavabda onun Rəfdara əgər betonda problem olmaxxxxydı, betonun təmirinə köməklik göstərsəydi Rəfdara 48.048 manat , 11028 ton armatur, və 77924 ton katinka verməli olacağını bildirmişdir. Məhkəmə onun izahatlarına hüquqi qiymət verərkən cavabdehein iddiaçıya beton və s. mallara görə ümumi borcunun 60 048 manat hissəsində sübut olunmuş hexxxxb edir. - 14.12.2020-ci il tarixli qəbzdən görünür ki,iddiaçı məhkəmədə iddia qaldırılmasından ötrü 30,40 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əxxxxsən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əxxxxsən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əxxxxsən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə araşdırması zamanı Cavabdeh İddiaçı 85500 manat və 10000 ABŞ dolları məbləğində borcu qaldığı iddia olunxxxx da,məhkəmə iclasında tədqiq olunmuş Qaradağ Rayon Polis İdarəsinin HK-1-37 xxxxylı işin materiallarından məlum olmuşdur ki,Cavabdeh İddiaçı ona verdiyi beton keyfiyyətsiz olduğundan borcunu ödəmədiyini bildirmişdir. Əgər verilən beton keyfiyyətli olxxxx idi İddiaçı 60048 manat məbləğində pul ödəməli olduğunu etiraf etmişdir.Qeyd edilən HK-1-37 xxxxylı işin materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 17.02.2020-ci il tarixli 2582 xxxxylı ekspert rəyindən aydın olur ki,verilən beton keyfiyyətli olmuşdur. İşin müəyyən edilən hallarına hüquqi qiymət verərək məhkəmə hexxxxb edir ki,iddia tələbi 80000 manat göstərilsə də,iddia tələbi 60048 manat hissəsində təsdiqini tapdığından iddia qismən təmin olunaraq Cavabdeh 60048 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. İddiaçı İddiaçı 10000 ABŞ dolları və 5500 manat məbləğində borc pul tələb etsə də, məhkəmə iclasında dindirilən şahidin ifadəsi mötəbər sübut kimi təsdiqini tapmadığından və iddiaçı iddianın bu hissəsində məhkəməyə hər hansı bir sübut təqdim edə bilmədiyi üçün iddia tələbi qeyd olunan hissədə təmin edilməməlidir. Ona görə də,məhkəmə ekspert rəyini əxxxxslı sübut kimi qiymətləndirərək və Cavabdeh 60048 manat məbləğində pul ödəyəcəyini etiraf etdiyini nəzərə alaraq hexxxxb edir ki,həmin 60048 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əxxxxsən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əxxxxsən hər bir tərəf öz tələblərinin və etirazlarının əxxxxsı kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hexxxxb edir ki, iddia tələbi qismən təmin edildiyindən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əxxxxsən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi 20 manat Cavabdeh alınaraq həmin rüsumu ödəmiş İddiaçı ödənilməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddəsinə əxxxxsən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əxxxxslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əxxxxslandırır. İş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə hexxxxb edir ki,iddia tələbi qismən təmin edilməli,Cavabdeh 60048 manat məbləğində borc və ödənilmiş 20 manat tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əxxxxsən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 60048 (altmış min qırx səkkiz) manat məbləğində borc və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(077)-67/2021
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-67/2021
27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver