Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-79/2021 02.03.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Allahverən Məhərrəm oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 022/15 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 885,27 (səkkiz yüz səksən beş manat iyirmi yeddi qəpik) manat əsas borc, 238,73 (iki yüz otuz səkkiz manat yetmiş üç qəpik) manat faiz borcu, 127,20 (bir yüz iyirmi yeddi manat iyirmi qəpik) manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (AR-nın Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən AR MM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ, 611,54 (altı yüz on bir manat əlli dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 1862,74 (bir min səkkiz yüz altmış iki manat yetmiş dörd qəpik) manat məbləğində borc və ərizəyə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbini onunla əsaslandırdı ki, Ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında xx xxxxxx 2015-ci il tarixli 022/15 saylı kredit müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən borcluya mənzil təmiri üçün 24 ay müddətinə illik 27% hesablanmaqla hər ay 89,73 manat ödəniş etmək şərti ilə 1650 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında xx xxxxxx 2015-ci il tarixli 022/15/01 saylı zaminlik müqaviləsi imzalanmış, Cavabdeh2 Cavabdeh1 zamin durmuşdur. Müqavilə bağlanan an cavabdehlərə üzərlərinə götürdükləri öhdəliyin məsuliyyəti izah edilmişdir. Lakin buna baxmayaraq cavabdeh ödəməli olduğu kredit borcunu ödəmir. Kredit müqaviləsinə əsasən cavabdehin xx.xx.2019-cu il tarixinə əsas borcu 885,27 manat, faiz borcu 238.73 manat,611,54 manat cərimə borcu və gecikdirilmiş vaxt üçün hesablanmış 127,20 manat faiz borcu olmaqla, cəmi 1862,74 manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh1 götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir.Cavabdehlərə göndərilmiş pretenziya (xəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Müqavilə şərtləri müqavilə bağlayan tərəflər üçün məcburidir və müqavilənin bütün bəndləri icra edilməli və ya müqavilə şərtlərini pozmuş tərəf müqavilə ilə nəzərdə tutulmuş cəriməni əsas borcla birgə digər tərəfə ödəməlidir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə,yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin rəyini nəzərə alaraq işə Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib,işdəki sənədləri tam,hərtərəfli araşdırıb belə qərara gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş: - İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 022/15 saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 illik 27% faiz dərəcəsi ilə 24 ay ərzində ödənilməsi şərti ilə 1650 manat məbləğində kredit verilmişdir. - Kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 1650 manat məbləğində almış olduğu krediti xx.xx.2015-ci il tarixindən başlayaraq hər ay 89,73 manat ödəniş etməklə xx.xx.2017-cı il tarixinədək ödəməli idi. - İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 022/15/01 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 bank qarşısında Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. - Ləğv prosesində olan İddiaçı ASC-nin xx.xx.2019-cu il tarixli **********438 saylı maliyyə arayışından görünür ki, xx xxxxxx 2015-ci il tarixli 022/15 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 xx.xx.2019-cu il tarixə Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu 885,27 manat əsas borc, 238,73 manat faiz borcu, 611,54 manat cərimə borcu və 127,20 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla, cəmi 1862,74 manat təşkil edir. - Ləğv prosesində olan İddiaçı ASC tərəfindən cavabdehlərə göndərilmiş xx.xx.2019cu il tarixli **********95 saylı bildirişdən görünür ki, cavabdehə yaranmış borcla əlaqədar rəsmi məlumat verilməklə, öhdəliyinin icra edilməsi tələb edilmiş və əks təqdirdə kreditin, kredit faizlərinin ödənilməsi barədə məhkəməyə iddia veriləcəyi nəzərinə çatdırılmışdır. - Azərbaycan Respublikası Təhsil Nazirliyi Şuşa Rayon Təhsil Şöbəsi Şuşa rayon 15 nömrəli ümumi orta məktəbinin direktoru Cavabdeh2 tərəfindən verilmiş 192 saylı xx.xx.2015-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 Şuşa rayon 15 saylı ümumi orta məktəbində müəllim vəzifəsində işləyir. - Azərbaycan Respublikası İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli 732 saylı arayışdan görünür ki, Cavabdeh1 oğlu Şuşa rayonu Quşçular kəndindən məcburi köçkün kimi İsmayıllı rayonu,İsmayıllı kəndində məskunlaşmışdır. Məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsasları kimi Azərbaycan Respublikası MM-nin 385.1,385.2,386,421.2,422.2,445,448,460,739 və 741-ci maddələrinə istinad edilməlidir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəlik yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş,cavabdeh isə üzərinə düşən öhdəlikləri pozaraq lazımınca yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda,o,kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizləri ilə verilməsini şərtləşdirirlərsə,faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli,borc bir il başa çatanadək qaytarılmalıdırsa borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn,pulu ödəməli,əmlakı verməli,iş görməli,xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirlə və ya ləğv edilə bilər.Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki,bunun digər tərəfə vurduğu zərər nəticəsində o,müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə,öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə,onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi,mallarda,işlərdə və xidmətlərdə) qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilməmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə,borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla,onu qaytarmaqdan boyun qaçırmaqla,habelə onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödəməlidir. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən birgə zamin olmuş şəxslər əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa,kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdehlər üzərinə düşən öhdəlikləri yerinə yetirmədiklərindən, iddiaçı qarşısında məsuliyyət daşıyırlar və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehlərə qarşı irəli sürdüyü kredit müqaviləsi üzrə borcun tutulması tələbi əsaslıdır. Buna görə də, cavabdehlərdən müştərək qaydada kredit müqaviləsi üzrə 885,27 manat əsas borc, 238,73 manat hesablanmış faiz borcu,127,20 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz məbləği və ödənilmiş 30 manat dövlət rüsumu kredit müqaviləsindən irəli gələn öhdəlik icra edilmədiyinə görə tutularaq Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməlidir. Dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıran məhkəmə hesab edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Belə ki, cavabdehin öhdəliyini lazımınca icra etmədiyindən müqavilənin şərtlərindən irəli gələn dəbbə pulunu da iddiaçıya ödəməlidir. Lakin Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri,həm də bütün əsas mənafelər nəzərə alınır. Odur ki,məhkəmə ödənilməsi tələb edilən 611,54 manat dəbbə pulunu bütün əsaslı mənafeləri nəzərə alaraq hesab edir ki,tənasübsüz surətdə azaldaraq 11 manat həddində müəyyən edilməsini ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu,ziyan və dəbbə pulunu (cərimə,penya) ayrıayrılıqda müəyyən etməklə alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 77, 88, 106, 172-179, 182, 183,192, 209-214, 216-220 və 360-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 022/15 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 885,27 (səkkiz yüz səksən beş manat iyirmi yeddi qəpik) manat əsas borc, 238,73 (iki yüz otuz səkkiz manat yetmiş üç qəpik) manat faiz borcu, 127,20 (bir yüz iyirmi yeddi manat iyirmi qəpik) manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ, 11 (on bir) manat cərimə borcu olmaqla, cəmi 1262.2 (bir min iki yüz altmış iki manat iki qəpik) manat məbləğində borc və ərizəyə görə ödənilmiş 30 (otuz) manat manat dövlət rüsumu tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(077)-79/2021
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-79/2021
02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver