Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-82/2021 26.04.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Allahverən Məhərrəm oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 və Cavabdeh2 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 003 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1191,18 (bir min yüz doxsan bir ABŞ dolları bir on səkkiz sent) ABŞ dolları əsas borc, 702,88 (yeddi yüz iki ABŞ dolları səksən səkkiz sent) ABŞ dolları faiz borcu, 178,84 (bir yüz yetmiş səkkiz ABŞ dolları səksən dörd sent) ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra (AR-nın Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən AR MM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ, 1398,74 (bir min üç yüz doxsan səkkiz ABŞ dolları yetmiş dörd sent) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 3471,64 (üç min dörd yüz yetmiş bir ABŞ dolları altmış dörd sent) ABŞ dolları məbləğində borc və ərizəyə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbini onunla əsaslandırdı ki, Ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında xx xxxxxx 2015-ci il tarixli 003 saylı kredit müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən borcluya mənzil təmiri üçün 24 ay müddətinə illik 24/% olmaqla 3205 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında xx xxxxxx 2015-ci il tarixli zaminlik müqaviləsi imzalanmış, Babayev X1 Zaur Vahid oğluna zamin durmuşdur. Müqavilə bağlanan an cavabdehlərə üzərlərinə götürdükləri öhdəliyin məsuliyyəti izah edilmişdir. Lakin buna baxmayaraq cavabdeh ödəməli olduğu kredit borcunu ödəmir. Kredit müqaviləsinə əsasən cavabdehlərin xx.xx.2020-ci il tarixinə əsas borcu 1191,18 ABŞ dolları, faiz borcu 702,88 ABŞ dolları,1398,74 ABŞ dolları cərimə borcu və gecikdirilmiş vaxt üçün hesablanmış 178,84 ABŞ dolları faiz borcu olmaqla, cəmi 3471,64 ABŞ dolları təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh1 götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehlərə göndərilmiş pretenziya (xəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Daha sonra tərəflər arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 003 saylı kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının təsir dairəsinə düşdüyündən kredit müqaviləsi restrukturizasiya edilmiş, lakin mətni hazır olmadığından məhkəməyə surətini təqdim edə bilmir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi məhkəmə iclasında Cavabdeh1 ilə bağlanmış yeni restrukturizasiya müqaviləsini nəzərə alınmaqla qərar çıxarılmasını xahiş etdi. Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirdi ki,zamin durduğu şəxs Cavabdeh1 LPO İddiaçı ASC ilə bağlamış olduğu kredit müqaviləsi üzrə yenidən restrukturizasiya müqaviləsi bağlamışdır. Lakin yeni müqavilə üzrə Zaura zamin durmamışdır. Cavabdeh1 əvvəlki məhkəmə iclaslarında iştirak etmiş və bildirmişdir ki, iddiaçı ilə bağlanmış xx xxxxxx 2015-ci il tarixli 003 saylı kredit müqaviləsi üzrə öhdəliyini dolların azərbaycan manatına nisbətdə bahalaşmasından əvvəl yerinə yetirirdi, lakin infiliyasiyadan sonra həmin məbləği ödəmək imkanı olmamışdır. xx xxxxxx 2015-ci il tarixli 003 saylı kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının təsir dairəsinə düşdüyündən kredit müqaviləsi restrukturizasiya edilmiş, lakin bağlanmış müqavilədə müəyyən yanlışlıq olmuşdur və İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu bu yanlışlığı aradan qaldırıb yeni müqaviləni verməmişdir. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə,yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə proses iştirakçılarının rəyini nəzərə alaraq işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, işdəki sənədləri tam, hərtərəfli araşdırıb belə qərara gəlir ki, iddia tələbi rədd olunmalıdır. İş materiallarına əlavə edilmiş: - İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 003 saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 illik 24 faiz dərəcəsi ilə 24 ay ərzində ödənilməsi şərti ilə 3205 ABŞ dolları məbləğində kredit verilmişdir. - kreditin ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 xx xxxxxx 2015-ci il tarixli 003 saylı kredit müqaviləsi üzrə 3205 ABŞ dolları məbləğində almış olduğu krediti xx.xx.2015ci ildən başlayaraq hər ay 196,01 ABŞ dolları ödəniş etməklə xx.xx.2017-ci il tarixədək ödəməli idi. - İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 bank qarşısında Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. - Ləğv prosesində olan İddiaçı ASC-nin xx.xx.2020-ci il tarixli **********268 saylı maliyyə arayışından görünür ki, xx xxxxxx 2015-ci il tarixli 003 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 xx.xx.2020-ci il tarixə Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu 1191,18 ABŞ dolları əsas borc, 702,88 ABŞ dolları faiz borcu,1398,74 ABŞ dolları cərimə borcu və 178,84 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla, cəmi 3471,64 ABŞ dolları təşkil edir. - Ləğv prosesində olan İddiaçı ASC tərəfindən cavabdehlərə göndərilmiş xx.xx.2020ci il tarixli **********281 saylı bildirişdən görünür ki, cavabdehə yaranmış borcla əlaqədar rəsmi məlumat verilməklə, öhdəliyinin icra edilməsi tələb edilmiş və əks təqdirdə kreditin, kredit faizlərinin ödənilməsi barədə məhkəməyə iddia veriləcəyi nəzərinə çatdırılmışdır. - AR X5 Ödəniş Portalının xx.xx.2020-ci il tarixli ********* saylı qəbzinin surətindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx xxxxxx 2015-ci il tarixli 003 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 3205 ABŞ dolları məbləğində kredit verilmiş və kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 xx xxxxxx 2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 zamin durmuşdur. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna olan borcu 1191,18 ABŞ dolları əsas borc, 702,88 ABŞ dolları faiz borcu,1398,74 ABŞ dolları cərimə borcu,178,84 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla, cəmi 3471,64 ABŞ dolları təşkil edir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müqavilə üzrə öhdəliyin icrasını lazımınca təmin etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının təsir dairəsinə düşdüyündən restrukturizasiya olunmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırda Cavabdeh1 xx xxxxxx 2015-ci il tarixli 003 saylı kredit müqaviləsi yaranmış borcun ödənilməsi restrukturizasiya olunduğundan iddiaçı kredit müqaviləsi üzrə əsas borcun və kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün müəyyən edilmiş müddətdə hesablanmış faiz məbləğinin ödənilməsini tələb etməkdə haqlı deyildir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1191,18 ABŞ dolları əsas borc, 702,88 ABŞ dolları faiz borcu, 1398,74 ABŞ dolları cərimə borcu,178,84 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla, cəmi 3471,64 ABŞ dolları məbləğində borcun tutulması barədə iddia tələbinın hüquqi əsası olmadığndan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(077)-82/2021
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-82/2021
26.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver