Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-89/2021 04.03.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borucun tutulması» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq,bankla Cavabdeh1 arasında bağlanmış 25 aprel 2019-cu il tarixli 370/f-19 saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsini, həmin müqavilə üzrə 1704,66 (bir min yeddi yüz dörd manat altmış altı qəpik) manat məbləğində əsas borcun,361,07 (üç yüz altmış bir manat yeddi qəpik) manat məbləğində faiz borcu,734,56 (yeddi yüz otuz dörd manat əlli altı qəpik) manat məbləğində cərimə borcu olmaqla,cəmi 2800,29 (iki min səkkiz yüz manat iyirmi doqquz qəpik) manat məbləğində pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydad tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinə əlavə verərək bankla Cavabdeh1 arasında bağlanmış 25 aprel 2019-cu il tarixli 370/f-19 saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsini, cavabdehlərdən 1704,66 (bir min yeddi yüz dörd manat altmış altı qəpik) manat məbləğində əsas borcun,504,93 (beş yüz dörd manat doxsan üç qəpik) manat məbləğində faiz borcu,734,56 (yeddi yüz otuz dörd manat əlli altı qəpik) manat məbləğində cərimə borcu olmaqla,cəmi 2944,15 (iki min doqquz yüz qırx dörd manat on beş qəpik) manat məbləğində pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini onunla əsaslandırdı ki,İddiaçı ASC ilə Cavabdeh1 arasında 25 aprel 2019-cu il tarixli 370/f-19 saylı kredit müqaviləsi imzalanmışdır.Həmin müqaviləyə əsasən bank cavabdehə illik 26% hesablanmaqla 24 ay müddətinə hər ay 134,69 manat ödəmək şərtilə 2500 manat məbləğində kredit verilmişdir.Kredit müqaviləsinin təminatı kimi bankla Cavabdeh2 arasında 25 aprel 2019-cu il tarixli 370/f-19 saylı zaminlik müqaviləsi bağlanmışdır.Müqavilələr bağlanan an cavabdehlərə üzərlərinə götürdükləri öhdəliyin məsuliyyəti izah edilmişdir.Lakin buna baxmayaraq cavabdeh ödəməli olduğu kredit borcunu ödəmir.Cavabdehin imzaladığı kredit müqaviləsinə görə 03.03.2021-ci il tarixinə əsas borc 1704,66 manat,müqavilənin 2.4-cü bəndinə görə həmin tarixə kredit faizi 504,93 manat və və müqavilənin 2.5-cı bəndinə görə cəriməsi 734,56 manat hesablanmışdır.Müqavilə şərtləri müqavilə bağlayan tərəflər üçün məcburidir və müqavilənin bütün bəndləri icra edilməli və ya müqavilə şərtlərini pozmuş tərəf müqavilə ilə nəzərdə tutulmuş cəriməni əsas borcla birgə digər tərəfə ödəməlidir. Cavabdeh1 iddianı qismən qəbul edərək bildirdi ki,o, İddiaçı ASC ilə 25 aprel 2019-cu il tarixdə kredit müqaviləsi bağlamış və oradan 2500 manat məbləğində kredit götürmüşdür.Krediti götürdüyü zaman aylıq ödənişlərini vaxtlı-vaxtında ödəməyinə baxmayaraq sonradan maddi vəziyyəti ilə əlaqədar ödənişləri dayandırmışdır.Hazırda borcunu hissə-hissə ödəyə bilər. Cavabdeh2 iddianı qismən qəbul edərək bildirdi ki,Cavabdeh1 xahişi ilə ona zamin durmuşdur.Hazırda maddi imkanı qeyd edilən borcu ödəməyə çatmır.Həmçinin əsas borclu borcunu ödəməkdən imtina etmir. İddiaçının nümayəndəsinin və cavabdehlərin izahatını dinləyib,işdəki sənədləri araşdırıb məhkəmə belə qərara gəlir ki,iddia tələbi qismən təmin olunmalıdır. Belə ki,iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 25 aprel 2019cu il tarixli 370/f-19 saylı kredit müqaviləsindən görünür ki,iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə 2500 manat məbləğində kredit məbləğinin verilməsi,kreditalan tərəfindən isə müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq krediti kreditora qaytarılması müqavilənin predmetini təşkil etmişdir. Müqavilənin 2.4-cü bəndinə əsasən borcalan bu kreditdən istifadəyə görə illik 26% olmaqla faiz ödəyir. Müqavilənin 2.5-cı bəndinə əsasən əgər Borcalan kredit və ona hesablanmış faizləri ödəniş qrafikində nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən illik 52% olmaqla cərimə faizi ödəyir. İş materiallarında olan kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 2500 manat məbləğində almış olduğu krediti 25.05.2019-cu ildən başlayaraq hər ay 134,69 manat ödəniş etməklə 25.04.2021-ci il tarixədək ödəməli idi. İş materiallarına əlavə edilmiş iddiaçı İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 25 aprel 2019-cu il tarixli 370/f-19 saylı saylı zaminlik müqaviləsinə əsasən cavabdeh bank qarşısında Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşıyır. İş materiallarına əlavə edilmiş kassa məxaric orderinin surətindən görünür ki,İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 25 aprel 2019-cu il tarixli 370/f-19 saylı kredit müqaviləsi üzrə üzərinə götürmüş olduğu öhdəliyi yerinə yetirərək,sonuncuya 25.04.2019-cu il tarixdə 2500 manat məbləğində nağd kredit vermişdir. İş materiallarında olan 03.03.2021-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 25 aprel 2019-cu il tarixli 370/f-19 saylı kredit müqaviləsi üzrə 03.03.2021-cı il tarixinə İddiaçı ASC qarşısında yerinə yetirilməmiş öhdəliyi 1704,66 manat əsas borc,504,93 manat hesablanmış faiz borcu və 734,56 manat cərimə borcu olmaqla,ümumilikdə 2944,15 manat təşkil edir. İş materiallarına əlavə edilmiş İddiaçı ASC tərəfindən cavabdehlərə göndərilmiş 18.02.2020ci il tarixli 136 saylı pretenziya məktubundan görünür ki,cavabdehlərə yaranmış borcla əlaqədar rəsmi məlumat verilməklə,öhdəliklərinin icra edilməsi tələb edilmiş və əks təqdirdə kreditin,kredit faizlərinin ödənilməsi barədə məhkəməyə iddia veriləcəyi nəzərinə çatdırılmışdır. İş materiallarında olan müvafiq ödəniş tapşırığından görünür ki,iddiaçı məhkəmədə iddia qaldırılmasından ötrü 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki,iddia tələbinin hüquqi əsasları kimi Azərbaycan Respublikası MM-nin 385.1,385.2,386,421.2,422.2,445,448,460,739 və 741-ci maddələrinə istinad edilməlidir. İddiaçı ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki,iddiaçı ilə cavabdeh arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış,həmin müqaviləyə əsasən tərəflər arasında öhdəlik yaranmış,iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş,cavabdeh isə üzərinə düşən öhdəlikləri pozaraq lazımınca yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda,o,kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizləri ilə verilməsini şərtləşdirirlərsə,faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli,borc bir il başa çatanadək qaytarılmalıdırsa borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn,pulu ödəməli,əmlakı verməli,iş görməli,xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirlə və ya ləğv edilə bilər.Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki,bunun digər tərəfə vurduğu zərər nəticəsində o,müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə,öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə,onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi,mallarda,işlərdə və xidmətlərdə) qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilməmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla,onu qaytarmaqdan boyun qaçırmaqla,habelə onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödəməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə,borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən birgə zamin olmuş şəxslər əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa,kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki,iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 20 manatı cavabdehə və 10 manatı iddiaçıya aid edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu,ziyan və dəbbə pulunu (cərimə,penya) ayrı-ayrılıqda müəyyən etməklə alınmalı olan ümumi məbləği qətnamədə göstərir. İş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki,cavabdehlərin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdehlər üzərlərinə düşən öhdəlikləri yerinə yetirmədiklərindən iddiaçı qarşısında məsuliyyət daşıyırlar və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehlərə qarşı irəli sürdüyü kredit müqaviləsi üzrə borcun tutulması tələbi əsaslıdır.Buna görə də,tərəflər arasında bağlanmış 25 aprel 2019-cu il tarixli 370/f-19 saylı kredit müqaviləsinə xitam verilməli, cavabdehlərdən müştərək qaydada kredit müqaviləsi üzrə 1704,66 manat əsas borc və 504,93 manat faiz borcu müqavilədən irəli gələn öhdəlik icra edilmədiyinə görə tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıran məhkəmə hesab edir ki,həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir.Belə ki,cavabdehin öhdəliyini lazımınca icra etmədiyindən müqavilənin şərtlərindən irəli gələn dəbbə pulunu da iddiaçıya ödəməlidir.Lakin Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri,həm də bütün əsas mənafelər nəzərə alınır.Odur ki,məhkəmə ödənilməsi tələb edilən 734,56 manat dəbbə pulunu bütün əsaslı mənafeləri nəzərə alaraq hesab edir ki,tənasübsüz surətdə azaldaraq 73 manat həddində müəyyən edilməsini ədalətli hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 77, 88, 106, 172-179, 182, 183,192, 209-214, 216-220 və 360-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 25 aprel 2019-cu il tarixli 370/f-19 saylı kredit müqaviləsinə xitam verilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 25 aprel 2019-cu il tarixli 370/f-19 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1704,66 (bir min yeddi yüz dörd manat altmış altı qəpik) manat məbləğində əsas borc,504,93 (beş yüz dörd manat doxsan üç qəpik) manat məbləğində faiz borcu,73 (yetmiş üç) manat məbləğində cərimə borcu olmaqla,cəmi 2282,59 (iki min iki yüz səksən iki manat əlli doqquz qəpik) manat məbləğində borc və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı ASC-yə aid edilsin. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(077)-89/2021
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-89/2021
04.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver