Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-90/2023 22.05.2023 ŞUŞA RAYON MƏHKƏMƏSİ X1 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında aşıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 174000 manat məbləğində pulun və 464 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2018-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək müddətdə iş qurmaq adı ilə ondan ümumilikdə 174.000 manat pul götürmüş, əldə edəcəkləri gəlirlə birlikdə 300.000 manat pul ödəcəyini bildirmişdir. Belə ki, Cavabdeh xx.xx.2022-ci il tarixədək 40.000 manat, xx.xx.2022-ci il tarixədək 40.000 manat, xx.xx.2022-ci il tarixədək 30.000 manat, 2022-ci ilin sonunadək isə qalan 190.000 manatı qaytaracağını vəd etmişdir. İşdə yaranmış problemlə əlaqədar qaytarmalı olduğu müddətə söz verdiyi pulu qaytara bilməmişdir. Dəfələrlə Cavabdeh müraciət etsə də, müxtəlif bəhanələr gətirərək borcu qaytarmaqdan imtina etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddia ərizəsində qeyd olunur ki, İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək Cavabdeh ümumilikdə 174.000 manat pul vermişdir. İddiaçı birgə iş qurmaq adı ilə sonuncu dəfə xx.xx.2020-ci il tarixdə Cavabdeh pul verdiyi nəzərə alınsa, həmin pulun ödənilməsi üçün qanunvericilik 3 illik iddia müəyyən etmişdir. İddiaçı üçün 174.000 manat pulu tələb etmə müddətinin axımı xx.xx.2020-ci il tarixdə başlayır və xx.xx.2023-cü il tarixdə bitir. İddiaçı məhkəməyə hazırki iddianı iddia müddətinin bitmə tarixindən 5 gün sonra xx.xx.2023-cü il tarixdə “E-Məhkəmə” İnformasiya Sisteminə yerləşdirməklə məhkəməyə təqdim etmişdir və 174.000 manat pulu tələb etməsi ilə bağlı 3 illik iddia müddəti keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinin tələbinə görə, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir (maddə (372.1.). Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. (maddə 372.2.). Həmin Məcəllənin 375.2.ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmədən İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə iddia müddəti tətbiq edilərək, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, əsassız olduğuna və iddia müddəti ötürüldüyünə görə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv araşdıraraq, sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(101)-860/2022 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cavabdeh Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə bəraət verilmiş, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, ona təyin edilmiş 05 il müddətə azadlıqdan məhrum etmə cəzası 02 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməsi hökm edilmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Cavabdeh ifadəsində göstərmişdir ki, 2017-ci ildən hansı işlə məşğul olmuşsa ziyan etmiş və nəticədə tanışı İddiaçı 250000 manat, sonra isə Namiq Axundova 17800 manat borcu yaranmış, borc sahibləri ondan pullarını tələb etdikləri üçün o, pul tapa bilməmişdir. Ümumilikdə Səlbi və Teyyuba ona filialın pulundan 51900 manat pul vermiş, 155 manat isə rüsumlar etmişdir. Rüsumlarla birlikdə 52055 manat pul olmuş, ona verilən həmin pulun 17500 manatını Namiq Axundova olan borcunu vermiş, təxminən 3000 manatını Toğrula olan borcuna vermiş, 100 manat evinə bazarlıq etmiş, yerdə qalan pulu isə xərcləmişdir. Məhkəmədə şahid qismində dindirilmiş İddiaçı ifadəsində göstərmişdir ki, o, Cavabdeh 2018-ci il tarixdən ortaq dostlarının biri vasitəsilə tanımışdır. Görüşlərinin birində Samir bizneslə məşğul olduğunu dedikdən sonra o da Samirlə birlikdə iş görmək istəmiş, və Samirə bunun üçün pul vermişdir. 2017-ci ildən 2020-ci ilinin yanvar ayına qədər Samirə iş görmək adı ilə 250000 manat pul vermişdir. 2020-ci ilinin yanvar ayında Samir gəlib ona işinin alınmadığını və pulları batırdığını demiş, həmin pulların qarşılığında Samir ona təxminən 40000 manat pulu xeyir kimi vermişdir. Samir 2021-ci ilin sentyabr ayında onun yanına gəlmişdir ki, ona pul versin, fındıq işi görəcək, qazandığı pulla ona olan borcunu qaytaracaqdır. O da Samirlə razılaşmış və 2021-ci ilinin sentyabr ayında Samirə 18780 manat pul vermişdir. Bu günə qədər Samir ona 18780 manata görə 16000 manat pul vermiş, həmin 16000 manatın 5000 manatını Samirin köhnə borcuna görə o, almış, 11000 manatını isə 18780 manatı isə xeyir olaraq almışdır. Axırıncı dəfə isə Samir xx.xx.2021-ci il tarixdə ona olan borcundan 1500 manat, xx.xx.2021-ci il tarixdə isə 1300 manat qaytarmış, digər borclarını isə qaytarmamışdır. Samir ona olan borclarını qaytarcağını bildirdiyindən onun Samirdən hər hansı bir şikayəti və tələbi yoxdur. Samir ona 3000 manat yox, 2800 manat pul vermişdir. Həmin pulu da xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə hissə-hissə, yəni 1500 manat və 1300 manat olaraq vermiş, lakin o, özü biznes fəaliyyəti ilə məşğul olmamış, o, pulu Samirə vermiş, Samir məşğul olmuşdur. Samir sadəcə qazancdan gətirib ona pul vermiş, onlar aralarında hər hansı faiz üzrə razılaşmamışlar. O, Samirin nə qədər pul qazandığını bilməmiş, lakin Samir bəzən ay ərzində 6000, 10000 manat, bəzən isə kiçik miqdarlarda pul gətirmişdir. İş materiallarına əlavə olunmuş qəbzin məzmunundan görünür ki, Cavabdeh həmin qəbzi yazaraq, xx.xx.2018-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək müddətdə birlikdə iş qurmaq adı ilə İddiaçı ümumilikdə 174.000 manat pul götürdüyünü, həmin işdən əldə edəcəkləri xeyirlə birlikdə cəmi 300000 manat pulu ona qaytarmağı öhdəsinə götürdüyünü, lakin pul qoyulmuş işdə problem yarandığından söz verdiyi müddətdə pulu qaytara bilmədiyini etiraf etmiş, xx.xx.2022-ci il tarixədək 40000 manat, xx.xx.2022-ci il tarixədək 40000 manat, xx.xx.2022-ci il tarixədək 30000 manat, qalan 190000 manatı da ilin axırınadək qaytaracağına dair söz vermişdir. xx.xx.2023-cü il tarixli, ********** saylı qəbzdən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 464 manat dövlət rüsumu ödənilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, inzibati və ya iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.1-ci maddəsi ilə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, məhkəmə iclasında işin halları, tərəflərin izahatları və işin materialları Cavabdeh birlikdə iş qurmaq məqsədi ilə İddiaçı 174000 manat məbləğində pul alması və həmin məbləği şərtləşdikləri müddət ərzində qaytarmaması müəyyən edilmişdir. Cavabdehin nümayəndəsinin iddia tələbinə iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibətdə məhkəmə qeyd edir ki, aşağıda göstərilənlərə əsasən, həmin ərizə əsassız olduğundan, təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 380.1-ci maddəsinə görə müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 380.2-ci maddəsinə görə isə, fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. İş materiallarından müəyyən olunur ki, Cavabdeh tərəfindən iddia müddətinin davam etdiyi, yəni barəsində cinayət mühakimə icraatı getdiyi dövrdə iddiaçı tərəfindən hüquq-mühafizə orqanlarına şikayət edilməməsi məqsədi ilə borcun etiraf edilməsini göstərən hərəkətlər edilmiş, aldığı borcun 2022-ci ilin sonunadək qaytarılmasın dair öhdəlik verilmişdir. Ona görə də, məhhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, 174000 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrin rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 174000 (bir yüz yetmiş dörd min) manat məbləğində pul vəsaiti və ödənilmiş 464 (dörd yüz altmış dörd) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(077)-90/2023
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-90/2023
22.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver