Məhkəmə qərarları › İş №2(078)-10/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-10/2021

03.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-10/2021 03.03.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, cavabdehin vəkili və nümayəndəsi X4 iştirakı ilə iddiaçı X5 Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X2 Ülfət Telman oğluna qarşı borcun ödənilməsi haqqında məhkəmə əmri çıxarılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxx 1978-ci ildə ünvan 1 ünvanında pasport qeydiyyatında olan Cavabdeh 2238 (iki min iki yüz otuz səkkiz) manat məbləğində əsas borcun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 2268 (iki min iki yüz altmış səkkiz) manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-400/2020 nömrəli, xx xxx 2020-ci il tarixli məhkəmə əmri ilə ərizə təmin edilməklə, xx xxxx 1978-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh xx xxxxxx 1996-cı il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olan X5 xeyrinə 2238 (iki min iki yüz otuz səkkiz) manat məbləğində əsas borc və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 2258 (iki min iki yüz əlli səkkiz) manat məbləğində pul tutulması əmr edilmişdir. Borclu Cavabdeh məhkəmə əmri üzrə tələbə etiraz edərək, Naxçıvan Şəhər Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(078)-400/2020 saylı məhkəmə əmrinin ləğv edilməsi, mülki işin iddia icraatına keçirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(078)-400/2020 nömrəli məhkəmə əmrinin ləğv edilməsi haqqında qərardadı ilə, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-400/2020 nömrəli, xx xxx 2020-ci il tarixli məhkəmə əmri ləğv edilmiş və materiallar Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş ümumi müddəalara uyğun olaraq iddia icraatına keçmişdir. X8 ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə borclu Cavabdeh ilə fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olan kreditor X8 arasında xx xxxxxxxx 2018-ci il tarixli Malın nisyə satılması haqqında Alqı-satqı Müqaviləsi bağlandığını, həmin müqaviləyə əsasən borclu Cavabdeh kreditordan dəyəri 2238 manat olan İPhone 8 plus 64GB Gold markalı mobil telefon əldə etdiyini, borclunun göstərilən məbləği hər ay 373 manat olmaqla, 6 ay müddətinə ödəməyi öhdəsinə götürdüyünü, lakin borclunun müqavilə öhdəliyini icra etməkdən imtina etdiyini, bu barədə borcluya dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilsə də, borclunun müqavilə öhdəliyini icra etmədiyini, sonuncu dəfə kreditora hüquqi xidmət göstərən “xxxx” MMC tərəfindən borcluya yazılı xəbərdarlıq (pretenziya) edildiyini, lakin borclunun yenə də borcunu ödəməkdən imtina etdiyini, borcludan 2238 manat məbləğində əsas borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 2268 manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsi barədə məhkəmə əmri çıxarılmasının zəruri olduğunu, bunları nəzərə alaraq, xx xxxx 1978-ci ildə ünvan 1 ünvanında pasport qeydiyyatında olan Cavabdeh 2238 (iki min iki yüz otuz səkkiz) manat məbləğində əsas borcun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 2268 (iki min iki yüz altmış səkkiz) manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. X1 məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə baxış iclasında iştirak etməmiş, lakin məhkəməyə teleqram göndərərək, məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilmədiyini, işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə baxış iclası iddiaçının iştirakı olmadan keçirilmişdir. Cavabdeh məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə baxış iclasında iştirak etməmiş, lakin məhkəmədə nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə baxış iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. Məhkəmə baxışı iclasında cavabdehin vəkili və nümayəndəsi qismində izahat verən X7 iddianı qismən qəbul etdiklərini, cavabdehin borcunun cox hissəsini ödədiyini, qalmış borcunu da ödədiyini, lakin ödədiyi qəbzi məhkəməyə təqdim edə bilmədiyini, ekspertizanın rəyi ilə razılaşdıqlarını, iddianın qismən təmin olunmasını xahiş etdi. İş materiallarına əlavə olunmuş: xx xxxxxxxx 2018-ci il tarixli, FSK1165 nömrəli Malın nisyə satılması haqqında Alqısatqı Müqaviləsindən aydın olur ki, həqiqətən həmin tarixdə kreditor X8 ilə borclu Cavabdeh arasında Malın nisyə satılması haqqında Alqı-satqı Müqaviləsi bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhdəliklər götürmüşlər. Malın nisyə satılması haqqında Alqı-satqı Müqaviləsinin 1.1-ci və 2.3-cü bəndlərinin tələblərinə əsasən, satıcı bu müqavilənin 2.3-cü bəndində göstərilən əşyanı (avadanlığı) alıcıya verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində bu müqavilənin 2.2-ci bəndində müəyyən edilmiş qaydada və müddətdə satıcıya müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Əmlakın təsviri: İPhone 8 Plus 64GB Gold. Qiyməti: 2238 AZN. Alıcı 2238 manatı hər ay 373 AZN olmaqla 6 ay müddətinə satıcıya ödəyir. Maliyyə arayışına əsasən, Cavabdeh xx xxxxxxxx 2018-ci il tarixli, FSK1165 saylı müqavilə üzrə qalıq 2238 manat borcu vardır. Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 173/20 nömrəli, xx xxxxxx 2020-ci il tarixli ekspert rəyinə əsasən, Cavabdeh aid 746 manat məbləğə dair 006251 nömrəli, xx xxxxxx 2019-cu il tarixli; 373 manat məbləğə dair 000348 nömrəli, xx xxxxxxx 2018-ci il tarixli və 373 manat məbləğə dair 002415 nömrəli, xx xxxxxx 2018-ci il tarixli ödəmə çeklərinin blankları xüsusi kompyuter qrafik proqram vasitəsilə hazırlanmış və lazer printerdə çap olunmuşdur. Təqdim olunmuş və yuxarıda qeyd olunmuş ödəmə çeklərində olan möhür əksləri mətbəə üsulu ilə hazırlanmış relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdur. Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 02 nömrəli, xx xxxxxx 2021-ci il tarixli ekspert rəyinə əsasən, təqdim olunmuş ödəmə çekləri nəzərə alınmaqla, Cavabdeh (alıcı) ilə X8 (satıcı) arasında bağlanmış xx xxxxxxxx 2018-ci il tarixli, FSK1165 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə olan borcu 746.00 (yeddi yüz qırx altı) manat təşkil edir. Məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normaların məzmunundan göründüyü kimi həmin normalar sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Məhkəmə hazırki mülki iş üzrə yuxarıda göstərilən maddi və prosessual qanunvericilik normalarına istinad edərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməklə, Cavabdeh xx xxxxxxxx 2018-ci il tarixli, FSK1165 nömrəli Malın nisyə satılması haqqında Alqı-satqı Müqaviləsi üzrə 746 (yeddi yüz qırx altı) manat məbləğində əsas borc və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 766 (yeddi yüz altmış altı) manat məbləğində pul alınaraq iddiaçı X5 xeyrinə tutulmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, xx xxxxxxxx 2018-ci il tarixli, FSK1165 nömrəli Malın nisyə satılması haqqında Alqı-satqı Müqaviləsinin 1.1-ci və 2.3-cü bəndlərinin tələblərinə əsasən, satıcı bu müqavilənin 2.3-cü bəndində göstərilən əşyanı (avadanlığı) alıcıya verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində bu müqavilənin 2.2-ci bəndində müəyyən edilmiş qaydada və müddətdə satıcıya müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Əmlakın təsviri: İPhone 8 Plus 64GB Gold. Qiyməti: 2238 AZN. Alıcı 2238 manatı hər ay 373 AZN olmaqla 6 ay müddətinə satıcıya ödəyir. Həmçinin Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 02 nömrəli, xx xxxxxx 2021-ci il tarixli ekspert rəyinə əsasən, təqdim olunmuş ödəmə çekləri nəzərə alınmaqla, Cavabdeh (alıcı) ilə X8 (satıcı) arasında bağlanmış xx xxxxxxxx 2018-ci il tarixli, FSK1165 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə olan borcu 746.00 (yeddi yüz qırx altı) manat təşkil edir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı tərəf ərizəsində 30 manat dövlət rüsumu ödənilməsini qeyd etsə də işdə olan qəbzdən görünür ki, 20 manat dövlət rüsumu ödənilib. Göründüyü kimi Cavabdeh üzərinə götürmüş olduğu krediti qaytarmaq öhdəliyini lazımınca icra etməmiş və iş üzrə tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə müvafiq olaraq da iş üzrə iddiaçının iş üzrə cavabdehdən vaxtından əvvəl borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 433.1-ci maddəsinə əsasən, borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda, bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh xx xxxxxxxx 2018-ci il tarixli, FSK1165 nömrəli Malın nisyə satılması haqqında Alqı-satqı Müqaviləsi üzrə 746 (yeddi yüz qırx altı) manat məbləğində əsas borc və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 766 (yeddi yüz altmış altı) manat məbləğində pul alınaraq X5 xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar