Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-10/2024 08.02.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı və mütəxəssis X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ona məxsus avtomobilə vurmuş olduğu ziyana görə 5935 (beş min doqquz yüz otuz beş) manat və ödənilmiş 80 (səksən) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən İddiaçı izahatında iddianı müdafiə edərək bildirmişdir ki, o, 2019-cu il tarixdə Naxçıvan şəhərində yerləşən Sərhəd Qoşunlarında işləyirdi. 31 dekabr 2019-cu il tarixdə iş yoldaşı Naxçıvan şəhər sakini Cavabdeh ondan xahiş edərək “Maşınını ver 10-15 dəqiqəliyə evə gedib qayıdım” demiş, o da yaxın münasibəti olduğundan etiraz edə bilməyərək özünə məxsus biraxılış ili 2006 olan ağ rəngli, **-BH-*** dövlət nömrə nişanlı “Volkswagen Polo” minik markalı avtomobilni Mehtiyə vermişdir. Həmin vaxt Mehti onun avtomobili ilə evlərinə gədərkən Naxçıvan şəhərində yerləşən “Pir-qəmiş” Məscidinin yanında iki maşınla toqquşaraq həmin maşınlara və onun maşınına ciddi ziyan vurmuşdur. Mehtidə günah olduğundan Mehti həmin avtomobilləri öz şəxsi vəsaiti hesabına təmir etdirdi. Onun avtomobilinin boya işini həll etdirib, 1050 manat İslam ustaya pul yerdi. Sonra isə maddi imkanı olmadığını bildirdiyinə görə o, avtomobili təmir etdirə bilmədi. O da Mehtiyə tez təmir etdirsin deyə Mehtiyə 2215 manat borc vermişdir. Lakin cavabdeh bu vaxta kimi avtomobilin qalan digər yerlərini təmir etdirməyərək bundan boyun qaçırır. İlkin olaraq Mehtinin razılığı ilə özünün aldığı hissələrin dəyəri və usta pulu 1285 manat olmuşdur. Mehti isə borc verdiyi 2215 manatın 250 manat birdəfə 400 manat birdəfə 220 manat bir dəfə olmaqla cəmi 870 manat geri qaytardır. Hal-hazırda Mehtinin ona nağd şəkildə əlindən verdiyi borc və hissə puluna görə 1935 manat borcu var. Cavabdeh həmin borcu verməkdən boyun qaçırmaqla yanaşı həm də 5 ilə yaxındır ki, Mehti avtomobilin qalan digər hissələrini alıb, maşını təmir etdirmədiyi üçün bir çox hissədə çürüyüb yararsız hala düşmüşdür. Həmin yararsız hissələrində də dəyəri və usta pulu təqribən 4000 manatdır. Cəmi məbləğ 5935 manat təşkil edir. O, həmin məbləği dəfələrlə Mehtidən tələb etsə də o, bundan boyun qaçırıb, vermək işəmir. Halhazırda telefon zənglərinə də cavab vermir. Özünün həmin pula çox ehtiyacı var. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Məhkəmə tərəfindən verilən sualları cavablandırarkən bir daha qeyd etmişdir ki, hazırda maşın həyətimdə dayanıb. Yararsız vəziyyətdədir. Dəfələrlə maşının təmiri ilə bağlı cavabdehin evinə getmiş, axırda atası ona “Biz Mehti ilə bacara bilmirik. Onun hamıya borcu var. Get məhkəməyə müraciət elə pulunu al” demişdir. Sadiq adlı şəxsin onun sifarişi ilə aldığı hissələrin cəmi dəyəri 1280 manatdır. O bu günə qədər çəkdiyi xərcləri qalan hissələr və çürüyən detallarla bağlı kağızda qeydiyyatını aparmışdır və həmin kağızı məhkəməyə təqdim etmişdir. Bu gün tək ustalar təmir xərci olaraq verdiyi pul 910 manat təşkil edir. Həmin pulun 440 manat ödənilməsinə münasibətdə qəbz təqdim edə bilmişdir. İddiaçı sonda qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı izahat verən mütəxəssis X2 izahatında bildirmişdir ki, avtoomibilin buraxılış ili köhnə olduğununa və 5 il müddətində ümumiyyətlə istifadə olunmadığından bir çoc hissələri yararsız vəziyyətdədir. Lakin sözügedən avtomobilin hissələri Azərbaycanda lmadığından həmin hissələrin qiyməti ilə bağlı rəy vermək mümkün deyildir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə toplanmış sübutları, eyni zamanda işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Mülki hüququn vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir və pozulmuş hüquq və mənafelərin bərpası məqsədini daşıyır. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108-ci maddəsi ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə vurulmuş zərərə görə məsuliyyəti müəyyən edir. Bu Məcəllənin 1108.3-cü maddəsində yüksək təhlükə mənbələrinin (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) qarşılıqlı təsiri nəticəsində dəymiş zərərin əvəzinin ümumi əsaslarla onların sahiblərinə ödənilməsi nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 aprel 2022-ci il tarixli Plenum Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə yüksək təhlükə mənbəyinin sahibinin üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyi hüquq nəzəriyyəsində “təhlükə məsuliyyəti” adlandırılır. “Təhlükə məsuliyyəti” anlayışı cəmiyyətdə elm və texnikanın, sənayenin inkişafı nəticəsində insanların qanunla qorunan mənafelərinin pozulma riskinin də artması ilə əlaqədar formalaşmışdır. Obyektiv, fiziki xüsusiyyətlərindən irəli gələrək ətrafdakılara zərər yetirmək təhlükəsi, ehtimalı yüksək olan əşya, habelə fəaliyyət növü sahibləri təqsirsiz olsalar belə, bu fəaliyyətdən, əşyanın istifadəsindən irəli gələn zərərlərə görə məsuliyyət daşıyırlar. Qanunverici ətrafdakılar üçün təhlükəli olan əşyanın sahibinin və ya fəaliyyət növü ilə məşğul olan şəxsin bu təhlükədən məlumatlı olmasına baxmayaraq, riski öz üzərinə götürərək əşyadan istifadə etməsi və ya fəaliyyət növü ilə məşğul olması səbəbindən üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyinin də onun üzərinə qoyulmasını məqsədəmüvafiq hesab etmişdir. Yüksək təhlükə mənbəyi sahibinin məsuliyyətinin əsasını təqsir deyil, sahiblik etdiyi əşyanın və ya fəaliyyətin təhlükəliliyi təşkil edir. Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir. O da nəzərə alınmalıdır ki, zərər yüksək təhlükə mənbəyinin fəaliyyəti zamanı məhz onun təhlükəli xüsusiyyətlərindən irəli gələrək baş vermiş olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Qeyd edilən mülki prosessual normaların və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin mövqeyinin hazırki mübahisəyə tətbiqi nəticəsində müəyyən edilir ki, hazırki mübahisədə ona maddi zərərin dəyməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İş materiallarında oolan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən aydın olur ki, **-BH-*** qeydiyyat nişanlı Volkswagen Polo minik markalı, sedan tipli, istehsalat tarixi 2006, mühərrik 291363, ban nömrəsi 9BWJB09N16P013732 olan ağ rəngli nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan mədaxil qəbzlərindən görünür ki, avtomobilin müxtəlif hissələrinin təmiri üçün ayrı-ayrı vaxtlarda ümumilikdə 440 manat pul ödənilmişdir. Bundan əlavə cavabdehə iddiaçı tərəfindən 2215 manat pul verilməsi onlar arasında olan vatsapp yazıları ilə təsdiqini tapır. İddiaçı cavabdehə verdiyi puldan 3 dəfə 870 manat məbləğində pulun ona geri qaytarıldığını bildirmişdir. Belə olan dalda cavabdehin borc olaraq verilmiş puldan qaytarmalı olduğu məblə 1345 manat, onun təqsiri ucbatından iddiaçıya məxsus olan avtomobilə vurulan ziyan üzrə təmir xərcləri olan 440 manat və hissələrin alınması üçün sərf edilən 1280 manat cavabdehdən alınıb iddiaçıya qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, sözügedən avtomobilin cavabdeh tərəfindən yol nəqliyyat hadisəsi törədilməsindən beş ilə yaxın müddət keçmişdir. Həmin müddətdən sonra iddiaçı avtomobilin nasazlığı, sıradan çıxan hissələri və təmir xərclərinə münasibətdə real hərəkətlər etməmişdir. Uzun müddət avtombil hərəkətsiz qalmışdır. Bunun nəticəsidir ki, iş üzrə ekspertiza təyin edilsə də rəy verilməsi mümkün olmamış, mütəxəssis məsləhəti isə verilə bilməmişdir. İddiaçı avtomobilin təmiri üçün real çəkdiyi xərcdən əlavə digər hissələrinin gələcəkdə təmir olunması üçün 4000 manat tələb edir ki, həmin hissələrin sıradan çıxmasının məhz cavabdehin təqsirli hərəkəti nəticəsində baş verib-verməməsi və avtomobilin uzun müddət istifadəsiz qalmasının nəticəsində baş verməsini sübut edəcək mötəbər dəlillərini məhkəmə təqdim etməmişdir. Buna görə də məhkəmə iddiaçı və cavabdeh arasında avtmobilin təmiri ilə bağlı real çəkilmiş xərclərini (hissələrin 1280 manat və usta xərcinin 440 manat) və verilən puldan qalan ödənilməyən pulun (1345 manat) cavabdehdən alınmasını qanuni və əsaslı hesab edir. Ümumilikdə məhkəmə iddia tələbinin 3065 (üç min altmış beş) manat hissəsinin sübuta yetirildiyinə görə təmin edilməsi qalan hissəsinin isə hər hansı sübut təqdim edilmədiyinə görə rədd edilməsi nəticəsinə gəlir. Mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli 2(078)- 915/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 dekabr 2023-cü il tarixli 211 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş məlumatda qeyd olmuşdur ki, ekspertizanın aparıla bilməsi üçün göndərilmiş vəsatət təmin olunmadığından ekspertizanın aparılması mümkün olmamışdır. Naxçıvan Şəhər Məhkəməsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə sonuncu dəfə 19 yanvar 2024-cü il tarixli 2(078)-10/2024 nömrəli məktub göndərilərək İddiaçı məxsus Volkswagen Polo minik markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanla bağlı mütəxəssis arayışının verilməsi (hansı hissələrinin zədələndiyini, onlardan hansının təmirlə bərpa oluna biləcəyi, hansının dəyişilməli olduğunun, nəqliyyat vasitəsinin təmirinin məqsədə uyğun olub olmadığı barədə) bu sahədə müvafiq bilik və təcrübəyə malik mütəxəssis məsləhətinə zərurət yarandığından bu sahədə müvafiq bilik və təcrübəyə malik mütəxəssisin İddiaçı məxsus avtomobilə baxış keçirməklə məsləhət verilməsi xahiş edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin verdiyi rəydə qeyd olunmuşdur ki, **-BH- *** dövlət qeydiyyat nişanlı avtomobilin istehsal tarixi 2006-cı il olduğu üçün lazım olan ehtiyyat hissələrinə (ön kapot, ön şüşə, sis faralarının eynəyi) qiymət vermək mümkün deyil. Məhkəmə yuxarıda sadalanan hüquq normalarını iş materiallarında olan sübutlarla əlaqəli şəkildə təhlil edir və belə nəticəyə gəlir ki, iş üzrə mötəbər və təkzibedilməz sübutlara əsaslanaraq iddia qismən təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 51 (əlli bir) pul alınaraq İddiaçı oğuna ödənilməli, iddia tələbi qalmış hissədə rədd edildiyindən ödənilən dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, iddia qismən təmin olunduğundan İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə "xxxx" ASC Naxçıvan filialına 28168 nömrəli qəbzlə ödənilmiş 80 (səksən) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 51 (əlli bir) manatı cavabdehdən alınıb iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 3065 (üç min altmış beş) manat pul alınaraq İddiaçı oğuna ödənilsin. İddia tələbi qalmış hissədə rədd edilsin. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə "xxxx" ASC Naxçıvan filialına 28168 nömrəli qəbzlə ödənilmiş 80 (səksən) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 51 (əlli bir) manatı Cavabdeh alınıb iddiaçıya qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-10/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-10/2024
08.02.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver